Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə91/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
290 
deyildir. Sənin seçkilərə gedib-getməməyindən asılı olmayaraq 
seçki  gec-tez  baĢ  tutacaqdır,  son  anda  sənin  getməyindən  heç 
nə 
asılı  deyildir.  Əgər  hakimiyyətə  seçki  prosesi 
manipulyasiyanı  yüngülləĢdirmək məqsədi ilə lazımdırsa onda 
Ģəraitdən asılı olaraq seçicilərin iĢtirak həddini aĢağı sala bilər 
və ya onu tamam ləğv edə bilər. Sadəlöhv illyuziyaya müvafiq 
olaraq-  əgər mən siyasətlə  məĢğul  olmuramsa onda siyasətdən 
azadam-  bu  uĢağın  çaĢqınlığına  oxĢayır:  uĢaq  düĢünür  ki,  o 
gözlərini  yumanda  heç  kimi  görmədiyi  kimi  heç  kim  də  onu 
görmür. ġ.Montalamberin məĢhur bir kəlamı var: “Siz siyasətlə 
məĢğul  olmaya  bilərsiniz-  buna  baxmayaraq  siyasət  sizinlə 
məĢğul  olacaqdır”.  Vaxtilə  A.Linkoln  demokrtiyaya  tərif 
vermiĢdir:  “Demokratiya-  xalq  idarəçiliyidir,  xalq  vasitəsi  ilə 
və  xalq  üçün  idarəçilikdir”.  Nəzəriyyədə  yox,  praktikada 
demokratiya  bu  tərifdən  “qızıl  ortanı”,  məhz  “xalq  vasitəsilə” 
ifadəsini  çıxarmıĢdır.  “Xalq  hakimiyyəti”,  “xalq  üçün” 
illyuziyası  yaratmaq  üçün  xalqdan  oyuncaq  kimi  istifadə 
olunur.  Linkolnun  verdiyi  tərifə  nisbətən  R.de  Faerin  verdiyi 
tərif  bu  fenomenin  məğzini  daha  dəqiq  ifadə  edir  və  bu  tərif 
aĢağıdakı  kimi  səslənir:  “Demokratiya-  lazım  olanda,  ehtiyac 
olanda  xalqa  müraciət  etmək  üçün  bu  termindən  istifadə 
olunur”.  Q.Fildinq  yazırdı:  “Mən  mütləq  monarxiyaya  qarĢı 
yalnız bir əsaslı etirazı qəbul edirəm: bu gözəl idarə sisteminin 
yeganə  çatıĢmamazlığı-  mütləq  monarxiyaya  layiq  olan  damın 
tapılmasıdır”. 
*** 
 Bütün  seçkilər  təhrif  olunur-  həm  də  təhrif  olunma  rəqəmləri 
də  var-  5-10  faiz.  Ġstənilən  mötəbər  piar  agentlikdə  səslərin 
təhrif olunması ilə məĢğul olan adamlar var- onlar bunu həyata 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
291 
keçirmək  üçün  yüzlərlə  müxtəlif  metodlardan  istifadə  edə 
bilərlər.  Bu  ən  bahalı  xidmətdir.  Əlbəttə  seçkilərin  təhrif 
olunması  bizə  məxsus  deyildir,  o  mənimsənilmiĢ  ixtiradır. 
 2000-ci  il  prezident  seçki-ləri  vaxtı  Floridada  maraqlı  hadisə 
baĢ vermiĢdir. AxĢam burada da elan olundu ki, seçkini A.Qor 
udmuĢdur, ancaq məlum olanda ki, bu Ģtatın nəticələri həlledici 
ola  bilər,  onda  elan  etdilər  ki,  BuĢ  qalib  gəlib.  Qeyd  edək  ki, 
ABġ-ın  bu  Ģtatının  qubernatoru  BuĢun  qardaĢı  Ceb  BuĢdur. 
 Qərb ölkələrində nəticələrin hesablanması vaxtı müĢahidəçilər 
içəri  buraxılmır.  Bir  çox  Qərb  ekspertləri  öz  ölkələrində 
seçkilər  zamanı  olan  təhriflərdən  açıq  danıĢırlar,  Qərb 
mütəxəssislərinə  baĢqa  ölkələrdə  seçkiləri  təhrif  etməkləri  ilə 
bağlı deyilənlərə Ģübhə etməyə dəyməz. Qərb istənilən ölkədə 
keçirilən  seçkilərə  müdaxilə  etməyə  vərdiĢ  edib  və  bu 
seçkilərlə  bağlı  hesabat  hazırlanır,  Avropa  Ġttifaqının 
yığıncağında  bu  nəticələr  haqqında  məruzələr  dinlənilir. 
Qəribədir  ki,  Avropa  nümayəndəsi  seçki  keçirilən  ölkədə 
verdiyi  bəyanatla  Avropa  Ġttifaqında  verdiyi  bəyanat  çox  vaxt 
üst-üstə düĢmür. Bəzən avropalılar bu və ya digər ölkəyə təzyiq 
etmək  üçün  seçkilərin  nəticələri  ilə  bağlı  bəyanatdan  istifadə 
edirlər.  Özlərində  olan  təhriflərə  göz  yuman  avropalılar  bu  və 
ya  digər  ölkələrə  “seçki  dərsi”  keçir,  onlara  məsləhətlər 
verirlər,  həmin  ölkə  ilə  münasibətlərini  seçkinin  nəticələrinə 
uyğun  quracaqlarını  bəyan  edirlər.  Burada  da  ikili  standartlar 
özünü göstərir. 
 Alyendanın nümunəsi göstərdi ki, əgər bütün metodlar tükənsə 
-nə qara piar, nə də namizəd-oxĢar, nə təhrif, nə haqqı ödənilən 
mitinqlər  kömək  etməyəndə  onda  müxalifət  lideri  sadəcə 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
292 
olaraq  məhv  edilir.  1973-cü  ildə  Çilidə  ABġ-ın  hazırladığı 
hərbi çevriliĢ oldu və hakimiyyətə Pinoçet gəldi. 
 Yerdə  qalan  hər  Ģeydə  piar  reklamın  bütün  atributları  ilə  -
müxtəlifliyi,  sırınması,  daimliyi  ilə-  davamıdır.  Sözün  qısası, 
çoxlu  piar  olmur,  yalnız  çoxlu  pis  piar  olur-  piarçının  kəlamı 
budur. 
 Beləliklə, 
piar  liberal  doktrina  çərçivəsində  iĢlənib 
hazırlanmıĢ,  əsas məqsədi  hakimiyyəti ələ keçimək və  ya onu 
saxlamaq 
olan 
ictimai 
proseslərin 
idarə 
olunmasına 
istiqamətlənən  metodların  məcmusudur,  piarın  əsas  aləti 
ictimai  Ģüurun  manipulyasıyasına  xidmət  etməkdir.  Siyasi 
piarın  mexanizmi  iki  yüzillik  ərzində  minlərlə  peĢəkar 
psixoloqlar,  sosioloqlar,  tarixçilər,  filosoflar,  kulturoloqlar 
tərəfindən tam təfsilatı ilə iĢlənib hazırlanmıĢ və cilalanmıĢdır, 
nəticədə  Ģüurların  manipulyasiya  edilməsi  və  psixoloji 
müharibələrin mühüm alətinə çevrilmiĢdir. 
*** 
 Çox  vaxt  müstəqil  KĠV-i  həm  də  azad  hesab  edirlər,  ancaq 
bununla  onun  məğzi  dəyiĢmir,  nə  müstəqil,  nə  azad,  eyni 
zamanda müstəqil və azad ictimai təĢkilatlar olmur. Bütün KĠV 
(əgər onlar əyləncəli deyilsə) və ictimai təĢkilatlar dotasiyalı və 
ziyanlı  olurlar.  Bir  halda  ki,  sahibi  var,  onda  KĠV  onların 
iradəsini  yerinə  yetirir.  Deməli, ictimai  təĢkilatların və  KĠV-in 
müstəqilliyindən  danıĢmaq-  qələmin  səndən  asılı  olmadığı 
haqqında danıĢmağa bənzəyir. 
 KĠV-in  və  ictimai  təĢkilatların  sahibi  kim  ola  bilər?  KĠV  və 
ictimai təĢkilatlar ya Ģəxsi, ya da dövlətin ola bilər, ona görə də 
onlar  ya  dövlətdən,  ya  da  Ģəxsi  biznesdən  asılı  olurlar. 
 Dotasiyalı  ictimai-siyasi  KĠV  dənizində  həm  də  müəyyən 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə