110
Xolerik temperament tipi. Sanqvinik kimi, xolerik üçün də yüksək reak
tivlik, aktivlik və reaksiyaların cəld olması səciyyəvidir. Lakin xolerikin reak
tivliyi onun aktivliyindən üstündür. Buna görə də onlar tez özlərindən çıxır,
hövsələsiz, səbirsiz və tündməcazdırlar. Onlar sanq viniklərə nisbətən az plas
tik, lakin çox rigiddirlər (rigid – sərt, bərk), ona görə də maraqları davamlı və
sabitdir.
Fleqmatik temperament tipi. Sanqvinik və xolerikdən fərqli olaraq, fleq
matikdə reaktivlik azdır. Bu onda özünü göstərir ki, onları güldürmək və ya
hirsləndirmək çətindir. Səbirli, təmkinli və soyuqqanlıdırlar. Pis xəbərdən sonra
zahirən sakit olmaları, hamı güləndə onların təmkinlə oturması, onlarda emosi
onal oyanıqlığın zəifliyi ilə izah olunur. Fleqmatikin psixi tempi ləngdir, onun
hərəkətləri asta, yerişi ağırdır, suallara dərhal cavab vermir. Fleqmatik tempera
ment az plastikliyi, böyük rigidliyi və introvertliyi ( introvert – özünəqapalı) ilə
fərqlənir.
Melanxolik temperament tipi. Temperamentin başqa tiplərindən fərqli
olaraq, melanxolik üçün yüksək senzitivlik (senzitiv – həssas) səciyyəvidir.
Bu, özünü onun ifrat həssaslığında, küsəyənliyində göstərir. Melanxolik tempe
ramentə xas olan zəif reaktivlik və aktivlik onun nadir hallarda gül mə yində,
özünə inanmamağında, teztez özünü itirməyində, işi axıra çatdıra bilmə mə
yində təzahür edir. Melanxolikin hərəkətləri süst və zəifdir, o, çox astaasta
danışır. Melan xolik rigid (ətalətli) və introvertdir.
Beləliklə, aydın olur ki, hər temperament tipinin özünəməxsus əlamətləri vardır.
12. Peşə fəaliyyətində və təlim fəaliyyətində fərdi üslub
Hər temperament tipinin özünəməxsus xüsusiyyətləri vardır. Əslində, onları
müsbət və ya mənfi xüsusiyyətlərə bölmək də düzgün deyildir. Sözün mütləq
mənasında müsbət və mənfi temperament xüsusiyyətləri yoxdur. Əsas məsələ
bu və ya digər temperament xüsusiyyətinin müsbət və ya mənfi olmasında
deyil, insanın onları özünün peşə fəaliyyətində və ya təlim fəaliy yətində necə
(nə dərəcədə düzgün) nəzərə almasındadır.
Məsələn, sanqviniklər qəza hallarını işin gedişində, məsələn, sap qırı
lan kimi dərhal aradan qaldırırlar. Halbuki fleqmatiklər qəza hallarını tez ara
dan qaldıra bilmirlər. Sanqviniklərin, tutaq ki, 2 dəqiqədə aradan qaldırdıq
ları qəzanı onlar, bəlkə də, 1015 dəqiqə ərzində aradan qaldıra bilmirlər. Bəs,
belə hallarda fleqmatik nə edir? Onlar öz xüsusiyyətlərini nəzərə alaraq hazır
lıq işlərinə daha çox diqqət yetirirlər və bununla da qəzanın qarşısını mümkün
qədər qabaqcadan alırlar.
Psixoloqlar bu faktların təhlili əsasında aşağıdakı nəticəni çıxarıblar: iş
üsulları, üslubu fərdi xüsusiyyətlərinə uyğun gələn işçilər daha yüksək isteh
111
salat uğurları əldə edirlər. Beləliklə də, psixologiyada fərdi üslub anlayışı yara
dılmışdır. Göründüyü kimi, anlayış iki sözdən iba rətdir. Fərdi sözünün mənası
aydındır. Bəs, üslub nə deməkdir? Üslub çoxmənalı sözdür. Burada o, iş priyo
mu,
vasitəsi, üsulu mənasında işlənmişdir.
Eyni bir əmək şəraitində müxtəlif tipli adamlar, müxtəlif iş üsullarından
istifadə edirlər.
Fərdi üslub fəaliyyətin bütün sahələrində mühüm rol oynayır. Peşə fəaliy
yəti ilə yanaşı, təlim fəaliyyətində də onun əhəmiyyəti böyükdür. Təlim prose
sində şagirdlərdə özünəməxsus fərdi üslub formalaşdıqda, onlar daha yaxşı
oxuyur, ev tapşırıqlarını vaxtında və səliqə ilə yerinə yetirirlər.
Fərdi üslub birdənbirə yaranmır. Onun yalnız kortəbii surətdə əmələ
gəlməsini düşünmək də səhvdir. İnsan öz temperamentinə müvafiq olaraq daha
yaxşı nəticə əldə etmək üçün səmərəli olan iş üsullarını fəal surətdə axtaranda,
fərdi üslubun əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Kiçik yaşlarında fərdi
üslubun formalaşmasında təlim və tərbiyə mühüm rol oynayır.
13. Xarakter. Xarakter və şəxsiyyətin motivasiya sahəsi
İnsanlar özlərinin xarakterinə görə də birbirindən fərqlənirlər. Onlar
həmişə birbirinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və
rəftarında biri digərinin xarakterini nəzərə alır. “Yaxşı adam”, “pis adam” haq
qındakı etalon və stereotiplər nə qədər ümumi olsa da, onların əsasını insan
xarakterləri haqqındakı təsəvvürat təşkil edir. “Qonşun pisdir köç qurtar” kimi
10larla atalar sözlərində xalqın insan xarakterləri haqqında olan təsəvvürləri
öz əksini tap mışdır. Nağılların və dastanların təhlili göstərir ki, ünsiyyət pro
sesində xarakterin mühüm rol oynaması insanlara empirik (empirik – təcrübəyə
əsaslanan) surətdə çoxdan məlum imiş.
14. Xarakter əlamətləri
Xarakter əlamətləri çoxdur. Ayrıayrı dillərdə xarakter əlamətlərini ifadə
edən 4000dən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlə nir,
hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələn dirirlər.
Xarakter əlamətlərini necə təsnif etmək olar? Məlumdur ki, xarakter insanın
münasibət lə ri ni ifadə edir. Bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi
təsnif edirlər:
I.
Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri:
kollektivçilik, doğruçuluq,
kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.;