25
lər İttifaqının 1977-ci ildə qəbul olunmuş konstitusiyası burada-
dır, kim istəyir götürüb oxuya bilər, - burada dövlət dili maddəsi
yoxdur”. O, məsələnin mahiyyətinə daha dərindən vararaq
çoxlarının ağıllarına gətirmədikləri məqamlara da toxu-
nurdu. Bu mənada diqqət yetirək: “1936-cı ildə Sovetlər İtti-
faqının konstitusiyasında da dövlət dili maddəsi yoxdur. 1977-ci
ildə qəbul olunmuş Sovetlər İttifaqı Konstitusiyasında dövlət dili
barədə maddə yoxdur. Bunun səbəbi o deyildir ki, Sovetlər İttifaqı
bir dövlət deyildi, yox. Yəqin, dövlət dilini yazmayan adamlar
istəmirdilər ki, dillər parçalansın. Bir də bilirdilər ki, onsuz da
rus dili hakim dildir və bunu konstitusiyaya yazmağa da ehtiyac
yoxdur. Mən belə düşünürəm”.
Heydər Əliyev istənilən məsələ barədə çox məlumat-
lı idi. Təbii ki, dilimizin nə vaxtdan və hansı adda dövlət
dili olması barədə. Bu barədə o danışarkən kifayət qədər
məlumatlı və arxiv materialları ilə işləyən adamları da fakt
qarşısında qoyurdu. Burada da o, fakta təkcə fakt kimi ya-
naşmır, onun nə dərəcədə özündən əvvəlki və sonrakı ha-
disələrlə əlaqəsinə ciddi fikir verir, onun fakt olaraq ardıcıl
mövcudluğunu, yaşamasını izləyirdi. Çoxları faktı konkret
şərait və mühitlə bağladığı halda, Heydər Əliyev belə de-
yildi. O, fakta münasibətdə şəraiti, mühiti nəzərə almaq-
la yanaşı, həmin faktın hansı nəticə verəcəyini də diqqət
mərkəzində saxlayırdı. Məsələn, o deyirdi: “Noyabrın 2-də
(1995-ci ildə - B.X.) keçirilən müzakirədə Baş Arxiv İdarəsinin
rəisi arayış verdi və məlum oldu ki, 1936-cı ildə Azərbaycan Res-
publikasının konstitusiyası hazırlanarkən layihədə yazılmışdı ki,
dövlət dili türk dili olsun. Ancaq bizim nümayəndələr Moskvaya
gedib qayıdandan sonra 1937-ci ildə konstitusiya qəbul ediləndə
dövlət dili maddəsi yazılmayıb”.
26
Heydər Əliyev bir çox tarixi məqamları yada salaraq bir
növ dilimizin inkişafı, keçdiyi tarixi mərhələlər barədə ge-
niş təsəvvür yaradırdı. Dilimizin dünəni, bu günü ilə bağlı
tarixi məqamları xatırlamaqla dilimizin gələcəyinin fəlsəfi,
hüquqi, siyasi tərəflərini də nəzərdən qaçırmırdı. Bu məna-
da onun dediklərinə diqqət yetirək: “Əgər biz o tarixi nöqtələ-
ri bir də yadımıza salsaq, 1936-cı ildən indiyədək Azərbaycan-
da bizim dilimiz Azərbaycan dili adlanmışdır. Bütün sənədlərdə
Azərbaycan dili adlanır. Bütün yerlərdə Azərbaycan dili adlanır.
1978-ci ildəki konstitusiyada “Azərbaycan dili dövlət dilidir”
yazılmışdır. Bu gün də hamımız deyirik ki, bizim dilimiz Azər-
baycan dilidir”. Bax, budur Heydər Əliyevin ənənə– varislik,
dünən – bu gün vəhdətində məsələlərin həllinə nail olmaq
qabiliyyəti, başqalarından fərqlənən düşüncəsi, əsassız,
məntiqsiz fikirləri və mövqeləri ram etmək məntiqi. Həm
də elmi – tarixi həqiqətləri görmək və qiymətləndirmək ba-
carığı bir məsələni müxtəlif üsullarla, yollarla ifadə etmək
üçün ona imkan verirdi. Məsələn, o deyirdi: “Mən bunu da
bildirmək istəyirəm ki, biz 1977-1978-ci ildə Azərbaycan konsti-
tusiyasına “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” yazma-
ğa çalışanda bizə Moskvadan deyirdilər ki, axı , SSRİ konstitusi-
yasında bu yoxdur və siz nə üçün yazırsınız? Deyirdilər ki, bizdə
də yoxdur, sizdə də olmamalıdır”.
Tarixi köklərimizə ehtiramımız, dilimizin özünəməxsus
adını götürüb dövlət dili səviyyəsinə çatdırmağımız onun
nöqteyi – nəzərindən mənəvi haqqımız kimi qiymətləndi-
rilirdi. O, tarixi keçmişimizə, dilimizin keçib gəldiyi inkişaf
mərhələlərinə istinad edərək belə hesab edirdi ki, Azərbay-
can dilinin adını dəyişib başqa ad qoymaq tarixi, fəlsəfi,
dövlətçilik, bu günümüz və gələcəyimiz baxımından düz-
27
gün deyildir. Onun bu istiqamətdəki fikirləri də olduqca
ölçülüb - biçilmiş bir şəkildə olmaqla yanaşı, həm də siyasi,
fəlsəfi, dövlətçilik və onun gələcəyi baxımından Azərbay-
can dili adına yiyə, sahib olmaq üçün Azərbaycanın hər bir
vətəndaşına mənəvi haqq verirdi. Heydər Əliyevin fikirlə-
rinə diqqət yetirək: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük
hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik
və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf
dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib
dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad
qoymaq heç bir nöqteyi – nəzərdən düzgün deyil – həm tarixi nöq-
teyi – nəzərdən, həm fəlsəfi nöqteyi – nəzərdən, həm Azərbaycan
dövlətçiliyi nöqteyi – nəzərindən, ölkəmizin nöqteyi – nəzərdən,
həm Azərbaycanın dövlətçiliyi nöqteyi – nəzərindən, ölkəmizin bu
günü və gələcəyi nöqteyi – nəzərindən düzgün deyil”. Heydər
Əliyev bununla da tarixi keçmişi unutmamağı hər bir kəsin
nəzərinə çatdırırdı. Bəzi siyasi məqamları da deyirdi. Bu da
ondan ibarət idi ki, bütün dünya bizi azərbaycanlılar kimi
tanıyır və dilimizin adı da Azərbaycan dilidir. Belə olan
halda, dilimizin adını dəyişməklə biz dünya ictimaiyyəti-
ni çaşdıra bilərik və birdən – birə dünyanı bu istiqamətdə
maarifləndirmək heç cür mümkün ola bilməzdi. Məhz Hey-
dər Əliyev bu məsələni çox sadə bir formada belə deyirdi:
“Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul
olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında ya-
şayanlar azərbaycanlılardır”. Eyni zamanda o, kökümüzü də
unutmur, keçmişimizi inkar etmir, dilimizin mənsub oldu-
ğu dil qrupunu açıq – aşkar bəyan edirdi. O deyirdi: “Bizim
keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm,
biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna
Dostları ilə paylaş: |