7
nun verilməsində öz təcrübəsini və əməyini əsirgəmədi.
Azərbaycan dilini qorudu, yaşatdı və dövlət dili səviyyə-
sinə qaldırdı.
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il fevral
ayının 21-də Ana dili günü qeyd olunur. Deməli, dünyanın
hər yerində ana dilinə diqqət yetirilir, ana dilinin mövqe-
yi, nüfuzu yüksək qiymətləndirilir. Bu mənada Heydər
Əliyev dünyanı yaxşı bilən, təhlil edən bir ictimai – siyasi
xadim, dövlət adamı kimi yaxşı bilirdi ki, dillərin mövcud-
luğu, nüfuzu müasir cəmiyyətdə əvəzsiz rol oynayır. Əl-
bəttə, biz Azərbaycan dilini qorumasaq, milli düşüncəmizi,
məfkurəmizi qoruya bilmərik. Eyni zamanda dünya mədə-
niyyətinə, siyasətinə, müasir dünyanın düşüncəsinə qalxa
bilmərik. Bütün bunların hamısına biz dilin sayəsində nail
oluruq. Məhz doğma ana dilimiz – Azərbaycan dili inki-
şaf etməsə, başqa dillərin təsirindən yaxa qurtara bilmərik.
Bununla da azərbaycançılıq təfəkkürünü, düşüncəsini və
bunun hər ikisinin səviyyəsini itirə bilərik. Ona görə də
Heydər Əliyev dünyanı yaxşı bilən, tanıyan bir azərbay-
canlı, dövlət adamı kimi Azərbaycan dilinin statuslu olma-
sını dərindən dərk edərək həyata keçirdi. O, yaxşı bilirdi
ki, Azərbaycan dili statuslu olmasa, onda ingilis, fransız,
alman, ispan və s. dillərin nüfuzu doğma dilimizin imkan-
larına kölgə salar. Bu mənada Heydər Əliyev Azərbaycan
dilinin beynəlxalq nüfuzunu da apardığı siyasətin tərkib
hissəsinə çevirdi və Azərbaycan dilini mötəbər kürsülərdə
səsləndirdi. Azərbaycan dilini beynəlxalq miqyasda səslən-
dirməklə dünyanın nüfuzlu dillərindən olan ingilis, fran-
8
sız, alman, çin, yapon və s. dillərdə rəqabət prosesinə ana
dilimizi qoşdu. Bunun nəticəsində Azərbaycan dili ilə dün-
yanın nüfuzlu dilləri arasında tərcümə prosesi baş tutdu.
Bu, təkcə dilimizin nüfuzlu dillərlə qarşılaşdırılması kimi
başa düşülməməli, həm də milli təfəkkürümüzün, məf-
kurəmizin rəqabətə dözümü kimi anlaşılmalıdır. Dilimiz-
lə yanaşı, təfəkkürümüzün, məfkurəmizin nüfuzlu dillərə,
təfəkkürlərə, məfkurələrə dözümü kimi qiymətləndiril-
məlidir. Bununla da Heydər Əliyev dilimizin dözümünü,
daxili potensialını, imkanlarını ortalığa qoydu və sübut
etdi ki, Azərbaycan dili tarixi ənənəsi olan bir dil olmaqla
inkişaf etmək imkanına qadirdir. Və dünyanın dillərindən
biri kimi həmişə yaşayacaq, insanların ünsiyyətinə xidmət
edəcək, nəinki respublikamızın hüdudlarında, həm də rəs-
mi dövlət dili olaraq mötəbər kürsülərdə səslənəcək, dün-
yada həmişə mövcud olacaqdır.
Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan 51
milyondan çox azərbaycanlının əlaqələrinin qurulmasında,
azərbaycançılıq ideologiyasının təntənəsində doğma ana
dilimizin roluna böyük əhəmiyyət verirdi. O, ana dilimiz
vasitəsilə dünya azərbaycanlılarının mənəvi məsuliyyəti-
ni artırırdı. Ulu öndər Dünya Azərbaycanlılarının Birinci
qurultayında üzünü soydaşlarımıza tutaraq belə söyləmiş-
dir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız
ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız
ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unut-
mamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər
birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcək-
9
dir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər
bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı
ölkədə özünə layiq yer tutmasını istəyirik”. Göründüyü kimi,
doğma ana dilində öz fikrini sadə və aydın bir şəkildə ifadə
etməklə dünya azərbaycanlılarında məsuliyyət hissini, bir-
liyi, milli və dövlətçilik ruhunu gücləndirirdi.
Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan dilinin
istifadə imkanları ilə bağlı aşağıdakı mühüm işlər görüldü:
a) Azərbaycan dilinin rəsmi dövlət dili olması təmin
edildi.
b) Azərbaycanda uşaq bağçalarından başlamış ali mək-
təblərə qədər təhsilin ana dilində aparılmasına üstünlük ve-
rildi.
c) Kütləvi informasiya vasitələrinin dili kimi Azərbay-
can dilinə üstünlük verildi.
ç) Azərbaycan dilini araşdıran alimlərin əməyi yüksək
qiymətləndirildi və onların bir qismi “Müasir Azərbaycan
dili” dərsliyinə görə Dövlət mükafatına layiq görüldü.
d) Dünyada yaşayan 51 milyondan çox azərbaycanlının
hər biri anladı ki, onların doğma ana dili Azərbaycan dilidir.
Ona görə də xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşa-
dıqları ölkələrdə Azərbaycan dilində radio, televiziya veriliş-
ləri yayımlamalı, qəzet və jurnallar nəşr etdirməli, məktəblər
yaratmalıdırlar. Odur ki, bu istiqamətdə xeyli işlər görüldü.
e) Dövlət orqanlarında çalışanların hər biri Azərbaycan
dilinə təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də dövlət dili
kimi yanaşmalı oldular.
10
ə) Azərbaycan dili elm, mədəniyyət, siyasət, iqtisadiy-
yat, hüquq və s. dili kimi özünü təsdiq etdi və s.
Heydər Əliyev hər bir kəsin doğma ana dilini bilməsi-
ni, bu dildən istifadə etməsini, Azərbaycan cəmiyyətində
hakim dil olmasını vacib sayırdı. Onun fikrincə “... Biz di-
limizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır.
Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir
Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən
istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini döv-
lət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də
Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Əlbəttə, Heydər
Əliyev Azərbaycan dilini hər bir azərbaycanlıya sevdirir,
bu dilin istifadəsinə təminat verirdi: “Öz ana dilini bilməyən
adamlar şikəst adamlardır!”.
Heydər Əliyev Azərbaycan dilini təkcə ünsiyyət vasitə-
si kimi qiymətləndirmir, həm də doğma ana dilinin arxasın-
da klassiklərimizin, milli – mənəvi dəyərlərimizin, millətin
özünün dayandığını öz nitqində həmişə nəzərə çatdırırdı.
Onun digər sahələrdə olduğu kimi, dilimiz barəsində də
söylədikləri təcrübədən, sınaqdan çıxdığından olduqca tə-
bii və praktik görünür və həmişə də belə olaraq qalacaqdır.
Bir sözlə, Heydər Əliyevin Azərbaycan dili – doğma ana
dili barəsində dedikləri sadəcə olaraq bir fikir deyildir, qə-
libləşmiş, ölçülüb – biçilmiş, həkk olunmuş aforizmlərdir:
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı
bilə bilməz, öz klassiklərinin əsərlərini ana dilində oxuya bilməz.
Əgər onları oxuya bilməsə, tariximizi bilməyəcək, onları oxu-
ya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, milli – mədəni
Dostları ilə paylaş: |