vicdan borcudur!
Buklet Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli
1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı»nın icrası üzrə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 4.2-ci bəndinə
uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
hazırlanmışdır.
aradan qaldırılması
hamının və hər kəsin
İşgəncə nədir?
İşgəncə şəxsiyyəti alçaltmaqla nəyəsə məcbur etmək üçün ona
ağrı, əzab vermədir.
İşgəncə insan hüquqlarının pozulmasının geniş yayılmış
növlərindən biridir. İşgəncə insana sadəcə iztirab vermir, o eyni
zamanda hər bir pis rəftar kimi insan ləyaqətini də alçaldır.
İşgəncənin növləri
İnsan ləyaqətinə sui-qəsd həm fiziki, həm də psixi təsir
vasitəsilə ola bilər.
Fiziki işgəncələr:
suda boğma, döymə, çılpaq bədənə ardıcıl zərbələr vurma, yandırma,
dırnaqları çıxarma, elektrik cərəyanı ilə işgəncə, yuxudan uzunmüddətli
məhrumetmə, narahat vəziyyətdə oturtdurma, asma və s.
Psixi işgəncələr:
işgəncə vermənin və ya uydurulmuş edam səhnəsinin nümayiş
etdirilməsi, işgəncə vermədə iştiraka məcbur etmə, təcrid etmə və s.
Uzunmüddətli psixi işgəncə çox vaxt fiziki işgəncəyə çevrilir. Təkrar
olunan qorxulu yuxular, qorxu hissi, utancaqlıq və s. şəxsdə özünü
büruzə verir və insanı normal həyat imkanlarından məhrum edir.
Cinsi işgəncələr:
təhqirli sözlər, alçaltma, zorlama, seksual xarakterli zorakılıq
hərəkətləri və s.
İşgəncələrin qadağan edilməsi
haqqında beynəlxalq standartlar
İnsan hüquqlarının ümumi Deklarasiyası (1948) və soyqırım
cinayətlərinə xəbərdarlıq və onlara görə cəzalar haqqında
Konvensiya (1948) işgəncə vermənin tətbiq edilməsi təcrübəsini
qadağan edən ilk beynəlxalq sənədlərdir. Bu sənədlərin
əsasnamələri 1966-cı ildə «Vətəndaş və siyasi hüquqlar
haqqında beynəlxalq pakt»la təsdiq edilmiş və 10 dekabr 1984-cü
ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuşdur.
31 may 1996-cı il tarixdə “İşgəncələrə
və digər qəddar, qeyri-insani, yaxud
ləyaqəti alçaldan rəftar və cəza növlərinə
qarşı Konvensiyaya qoşulmaq barədə”
Azərbaycan Respublikasının Qanunu
qəbul edilmişdir.
İşgəncə qadağası sadəcə fiziki toxunulmazlığı qorumur. İnsan
ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət
hüququ onu tələb edir ki, heç bir insana heç bir halda insan ləyaqətinə
sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin.
BMT-nin Baş Assambleyası 26 iyunu “BMT-nin işgəncə qurban-
larını dəstəkləməsi günü” kimi qeyd etməyi qəbul etmişdir.