çıxıb getdi. Ona son dəfə Bazardüzündəki buzlu qayaya gedən yolda rast
gəliblər.
Rəssam buzlu qayanın yolunu Pəriyə başa salandan sonra, qız dayanmadan
ora getdi. Buzlu qayaya gedən yol sıx və qorxulu meşədən keçirdi. Axşama
qədər sıx meşə ilə yol gedən Pəri qaranlıqda meşədə gecələməli oldu. Balaca
qızcığaz heyvanların qorxusundan ən hündür bir ağac tapdı. Dırmaşdı düz
onun başına. Qorxudan gözlərini bərk
-
bərk yumdu. Amma bunun da xeyri
olmadı.
Birdən qızın ağlına bir fikir gəldi. Durdu ağacdan düşdü. Şəklin üstünə
bağladığı kələğayını götürdü. Hər tərəf nura qərq oldu. Bayaqdan bəri təkcə
cırcıramanın səsi gəlirdi. İndi meşədəki bütün quşlar oyanıb səslərini
cırcıramanın səsinə qoşdular. Pərinin qorxusu canından çıxdı. Amma, «ehtiyat
igidin yaraşığıdır», deyib, çıxıb ağacın başında şirin yuxuya getdi. Bir də
Günəş çıxmağa az qalmış yuxudan oyandı və yoluna
düzəldi.
Az getdi, çox getdi, dərələr keçdi, dağlar aşdı, axır ki, gəlib Bazardüzü deyilən
yerə çatıb, buzlu qayaya yetişdi. Buzlu qaya böyük bir gölün kənarında idi.
Uzaqdan baxanda adi sıldırım qayaya oxşayırdı. Yaxınlaşanda isə qayanın
soyuğu adamı dondururdu. Qayanın üstündə mağara var idi. Həmin
mağaranın girəcəyindən su damlaları tökülən buz salxımları sallanırdı. Pəri
nazik geyindiyindən tir
-
tir əsirdi. Qız mağaradan içəri boylandı. Gördü
mağaranın içi tamam buz bağlayıb. Elə bil hər tərəf şüşədən idi. Amma içəri
soyuq da olsa, çox gözəl idi.
Pəri inanmadı ki, Mətin burada ola. Əgər Mətin burada olmuş olsaydı da,
indiyə qədər mütləq donmalıydı. İstədi qayıtsın. Bir də fikirləşdi ki, bu qədər
yol gəlib, heç olmasa girib mağaraya baxsın, Mətinin ölüsündən, dirisindən
xəbər bilsin. Bu fikirlə Pəri titrəyə
-
titrəyə mağaraya girdi.
Bura möhtəşəm bir şah sarayına bənzəyirdi. Hər tərəf ağappaq, cürbəcür
heykəllərə bənzəyən buzlarla örtülmüşdü. Qayanın içərisi çox soyuq olsa da,
elə gözəl idi ki, Pəri bir an hər şeyi unutdu. Birdən əlini başına apardı ki,
çadrasını düzəltsin, gördü ki, saçları donub daş kimi olub. Başa düşdü ki,
buradan tez çıxmasa özü də donacaq.
Axırıncı dəfə diqqətlə hər tərəfə boylandı. Gözünə oturmuş yerdə buzdan bir
adam göründü. Həmin adamın əlində çəlik olduğuna görə, qız yəqin elədi ki,
bu Mətindir. Heç olmasa özü donmasın deyə, tez
-
tez, var qüvvəsi ilə onun
buzunu sındırmaq istədi ki, oğlanın ya ölüsünü, ya da dirisini buzlaqdan
çıxarsın. Amma buz çox bərk olduğundan Pəri buzu sındıra bilmirdi. Qız
hikkəsindən ağlamağa başladı. Özlüyündə qərara gəldi ki, Mətini burdan
çıxara bilməsə, özü də burada qalıb ölsün. Bu fikirlə Pəri özü donmağa
başlayana qədər oğlanın buzunu sındırmağa çalışdı. Bir də baxdı ki, artıq
ayaqları buz bağlayıb. Pəri bunu görəndə hönkür çəkib ağladı.
-
Mətin, sən mənim gözlərimə nur verdin, mən isə sənə heç bir kömək edə
bilmədim. Bağışla məni. İndi mən də sənin yanında qalacağam, mənim
bundan başqa daha heç nəyə gücüm çatmır. Al, sənə çəkdiyim şəkli də sənin
yanına q
oyuram, -
bunu deyib, qız şəklin üstündən kələğayını götürdü.
Şəkildəki Günəşin isti şəfəqləri buz mağaraya yayıldı. Buzlu qayanın içərisi
elə isindi ki, hər yandan buzlar əriməyə başladı. Mətinin də buzu yavaş
-
yavaş
əriyirdi. Onun buzu əriyib qurtaran kimi, oğlan tərpəndi. Pəri gördü ki, oğlan
şəkildəki günəş şüalarının işığına tab gətirə bilməyib, əlləri ilə gözlərini tutur.
Qız Mətinin gözlərinin açıldığını başa düşdü. Mətin qızı tanıdı. O, nə isə
demək istəyirdi ki, sözü ağzında qaldı. Bu vaxt böyük bir
dəhşət baş verdi.
Onlar sevinmək istədilər, sevincləri üzlərində dondu.
Hər tərəfdən iri buz parçaları yerə tökülüb parçalanırdı. Mağaranın ağzı
buzdan tamam tutulmuşdu. Şəkil, əriyib tökülmüş buz qırıntılarının altında
qalmışdı. Mətin tez qızın əlindən tutub, onu buz qırıntılarının arasında gizlətdi
ki, başına böyük buz parçaları düşməsin. . Özü də böyük bir buz parçasının
yanında gizləndi. Onlar hər ikisi qopub gələn buzlardan özlərini qoruya
-qoruya
bir-
birlərinin əlindən möhkəm tutmuşdular.
Buzlaqlar qo
pub töküləndən sonra əriyib suya çevrildilər və qəfildən gölə
töküldülər. Göl bir an təlatümləndi və aradan çox keçmədi ki, sakitləşdi.
Mətin birtəhər üzüb gölün kənarına çıxdı. Çətinə düşsə də o, Pərinin əlini
buraxmamış, onun balaca ovcunu sıxıb əlində saxlamışdı. Mətin qızı sudan
çıxartdı, amma Pərinin huşu özündə deyildi. Qız hannan
-
hana özünə gələndə
özünü lap nağıllardakı kimi hiss elədi və sevindiyindən Mətinin boynunu bərk
-
bərk qucaqlayaraq ağladı. Mətin də onu qucağından yerə qoymayıb, qolları
üstü
ndə elinə
-
obasına gətirdi. Oğlan balaca bir qızın bu qədər etibarlı
olmasına heyran olmuşdu.
Fərəh bacısı ilə Mətinin salamat qayıtmasına çox sevindi. Pəri, niyyəti hasil
olduğuna görə gedib «Yeddi gözəl» şəlaləsini ziyarət elədi.
Mətin sevincindən qızlara
və kənd camaatına böyük qonaqlıq verdi. Mən də
qonaqlıqda idim. Doyunca yeyib
-
içəndən sonra Mətinlə Pəridən xahiş elədim
ki, bir Gülzar nənələrinin də şəklini çəksinlər. Onlar da eləmə tənbəllik şəklimi
çəkdilər.
Sən demə, onların heç biri yaxşı şəkil çəkə bilmirmiş. Şəkli alıb nə görsəm
yaxşıdır? Üzü yüz yerdən qırışmış, beli bükülmüş bir qarı. Mənim cəmi
-
cümlətanı yüz qırx yaşım var. Mənim sifətimdə o qədər qırış nə gəzir? Düzünü
desəm, heç belim də bükülməyib. Özüm duranda belimi əyirəm ki, uca
boyuma b
ədnəzər dəyməsin.
Nə başınızı ağrıdım, indiyə qədər onlardan küsülüyəm. Bəlkə novruz
bayramında,
-
bütün küsülülər barışanda barışdım.
Süsən
və
Sünbülün
nağılı
(Nağıl)
Biri vardı, biri yoxdu, bir kənddə Səltənət
adlı qoca bir arvad vardı.
Səltənət nənənin
iki ekiz qız nəvəsi vardı.
Qızlardan birinin adı Süsən, o
birisininki isə Sünbül idi. İkisinin də on bir yaşı vardı. Qızlar çox ağıllı və