peyğəmbərimizi
Səhabə kimi Sevmək
67
sevinə bilər? Əgər o insan səfərə çıxacağı şəxsi ölümünə bir
sevda ilə sevərsə, həqiqi bir sevgi ilə ona bağlanarsa, məhz
həmin vaxt belə sevinəcəkdir. Çünki səhabənin sevda sı,
səhabənin ən parlaq mayakı olan Hz. Əbu Bəkrin sevdası
ölümünə bir sevda idi. Hz. Əbu Bəkri də sevindirən elə bu
idi: sevdiyinin yolunda ölmək fürsəti qazanmışdı.
İki əziz dost səfərə çıxdılar. Sevr mağarasında üç gün,
üç gecə qaldılar. Bu müddət ərzində Hz. Əbu Bəkrin
Peyğəmbərimizə
qarşı göstərdiyi sevgini yazmaqla
bitirmək qeyri-mümkündür. Dağdan aşağı enib Yəsribə
doğru yola çıxdıqda Hz. Əbu Bəkr gah önə keçir, gah
arxaya baxır, gah sağa, gah sola tərəf boylanaraq yerində
dayanmırdı. Peyğəmbərimizin ətrafında pərvanə kimi
dövrə vururdu. Peyğəmbərimiz Hz. Əbu Bəkrin bu hə-
rəkətinə bir məna verə bilmir və soruşurdu:
“Ey Əbu Bəkr!
Nə üçün yanımda getmirsən, ətrafımda dövrə vurursan?
Sənin yerin mənim sağ tərəfim ikən, səni belə getməyə
məcbur edən səbəb nədir?” Hz. Əbu Bəkr
deyir
ki: “Ya Rasulullah! Düşünürəm ki, birdən sənə qarşıdan
hücum olsa, dərhal sinəmi sipər edim. Sənə deyil, mənə
dəysin... Həmçinin deyirəm ki, birdən arxa tərəfdən də
hücum olar. Ona görə də arxa tərəfə keçirəm. Sağdan,
soldan da hücum ola bilər deyə, hər tərəfində dövrə vurmaq
məcburiyyətindəyəm. Sənə heç bir şey olmasın, nə olacaq-
sa, qoy mənə olsun! Ona görə belə gedirəm.” Bu sözləri
eşidən Peyğəmbərimiz
kövrəlir, gözləri dolur və deyir
ki: “Məni çox istəyirsən, ey Əbu Bəkr?!” Hz. Əbu Bəkr: “Bə-
peyğəmbərimizi
Səhabə kimi Sevmək
68
li, ya Rasulullah! Çox, həm də lap çox sevirəm. Elə ki, sənin
yolunda gözümü qırpmadan öləcək qədər çox istəyirəm!”-
deyir.
Peyğəmbərimiz
daha da kövrəlir:
“Ey Əbu Bəkr!
İndi sən mənim yerimə ölərsənmi?” - deyir. Hz. Əbu Bəkr
heç tərəddüd etmədən: “Bəli, ya Rasulullah! Sənin yolunda
heç düşünmədən ölərəm.” - deyir. Peyğəmbərimiz ailəsini və
yaxınlarını ona xatırladaraq: “Bəs nə üçün mənim yolumda
ölümü belə gözə alırsan?!” - deyir. Bu suala cavabında Hz.
Əbu Bəkr deyir ki: “Ya Rasulullah! Əgər mən ölsəm, təkcə
atam Əbu Kuhafənin evi ağlayar. Ancaq Sənə bir şey olsa,
bu ümmət ağlar qalar, bu din ağlayar, bütövlükdə varlıq
aləmi ağlayar. Sən deyil, mən sənin yolunda ölməliyəm.”
59
Bu rəvayəti bizə nəql edən Hz. Ömər
sonralar belə
bir etiraf edəcəkdi: “Ruhumu qüdrət əlində tutan Allaha
and olsun ki, təkcə Əbu Bəkrin bu gecəsi Ömərin bütün
həyatından daha xeyirlidir.”
60
Bax budur, ölümünə sevda... Budur, Əbu Bəkrin sevgisi...
Budur həqiqi sevgi...
Hz. Əbu Bəkrin sevdasından söz düşmüşkən, bu sevda
anlatmaqla bitməz. Ancaq biz burada bir misal da verərək
onunla əlaqəli olan bu mövzunu bitirəcəyik.
Məkkə fəth edilmiş, o torpaqlarda şirkin beli bir də
dü zəlməyəcək şəkildə qırılmışdı. O gün Hz. Əbu Bəkr ya-
59.
əd-Diməşqi, Subul-Xuda, c.3, s.342; Beyhəqi, Dəlailun-Nubuvvə,
14/135
60.
İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.3, s.180
Peyğəmbərimizi
Nə üçün və Necə Sevməliyik ?
69
şı səksəni haqlamış, gözləri artıq görməz olmuş atası Əbu
Kuhafəni razı salmış və imanını dilə gətirmək üçün Allah
Rəsulunun
yanına getmişdilər. Peyğəmbərimiz yaşlı
atanın gəlişini görüb: “Ey Əbu Bəkr! Niyə yordun atanı, kaş
onu gətirməsəydin, biz onun yanına gedərdik...” - demişdi.
Hz. Əbu Bəkr
burada da özünə layiq olan bir
cavab vermiş və demişdi ki: “Xeyr, ya Rasulullah! Əgər bir-
birimizin yanına gəlmək lazımdırsa, əlbəttə, biz gəlməliyik
sizin hüzurunuza. Siz atamın yanına deyil, atam sizin hü-
zurunuza gəlməlidir.”
Bu dialoqdan sonra Əbu Kuhafə şəhadət kəlməsini de yə-
rək iman edirdi. Onun iman etməsinə Peyğəmbərimiz
elə
sevinirdi ki, mübarək üzündə təbəssüm yaranırdı. Pey-
ğəmbəri miz illərlə atasının iman etməsi üçün çırpınan
Hz. Əbu Bəkrin də çox sevindiyini zənn edərək onu təbrik
et mək üçün baxdıqda çaşıb qalırdı. Çünki Hz. Əbu Bəkr
olduğu yerdə çöməlmiş, gözlərində yaş, üzündə dərin bir
hüzn, hıçqıraraq ağlayırdı. Peyğəmbərimiz sadiq dostunun
bu halına çox təəccüblənmiş, Hz. Əbu Bəkrin qolundan
tutub ayağa qaldırarkən bu hala düşməsinin səbəbini so-
ruşmuşdu: “Ey Əbu Bəkr! Atanın iman etməyinə sevinəsi
yerdə, üzündə güllər açıb şükür etmək yerinə bu hal nədir?
Niyə kədərlənirsən? Göz yaşlarının səbəbi nədir?” Əziz
oxucu, sizcə niyə ağlayırdı, Hz. Əbu Bəkr?! Belə bir gündə
onu göz yaşlarına qərq edən səbəb nə idi? İnanın ki, qırx
il düşünsək də, ağlımıza gəlməz. Çünki Peyğəmbərimizin
belə ağlına gəlməmişdi onun kə dərlənməyinin sə bə bi.
peyğəmbərimizi
Səhabə kimi Sevmək
70
Hə min an da Hz. Əbu Bəkr
bir tərəfdən göz yaş-
larına hakim olmağa çalışır, bir tərəfdən də belə deyirdi:
“Ya Rasulullah! İllərlə atamın hidayəti üçün Rəbbimə dua
edərək yalvardım. Onun iman etməsi üçün hər şeyimi fəda
etməyə hazır idim. Bilirəm ki, sən də mənim bu hissləri min
eynisini əmin Əbu Talib üçün yaşayırdın. Ancaq necə edim
ki, mən istəyimə nail oldum, sən isə məhrum qaldın. Mən,
sənin arzuna qovuşmadığın üçün ağlayıram. Atamın iman
etməsi mənim ağlıma bunu gətirdi və ona görə kədərlən-
dim.” Bu sözləri eşidən Peyğəmbərimiz də göz yaşlarına ha-
kim ola bilmir və ağlamağa başlayır.
61
Hz. Əbu Bəkrin sevdası, eşqi, sevgisi... “Sevən sev-
diklərinin sevdiyini də sevər” qaydasının Əbu Bəkrin hə-
yatındakı canlı nümunəsi bax budur.
Bunlardan başqa hələ nələr var onun bərəkətli həyatın-
da... Biz bu qədər misalla kifayətlənib, Peyğəmbərimizin
“sol tərəfndəki adam” olan Hz. Ömərə
keçirik.
• İslamın Faruqunun Peyğəmbər sevdası
Hz. Ömər
Peyğəmbərimizin
“sol tərə-
fin dəki adam” idi. O, altı il İslam dəvətinə qarşı olmuşdu.
Altı il ərzində əlindən gəldiyi qədər dəvətin səsini kəsməyə
çalışmış, əlinin altındakılara işgəncə vermiş, nəhayət Pey-
ğəmbərimizi öldürmək üçün yola çıxmışdı. Hz. Ömər be-
61.
Təbərani, əl-Mucəmul-Kəbir, 8323; Heysəmi, Məcmauz-Zəvaid,
c.6, s. 174
Dostları ilə paylaş: |