Layihə British
Council tərəfindən Azərbaycan, Ermənistan,
Gürcüstan, İordaniya, Livan və Ukraynada əlilliyi olan
şəxslərin yerli təşkilatları ilə birgə həyata keçirilir
Layihə Avropa İttifaqı
tərəfindən maliyyələşdirilib
BİZİM ÜÇÜN BİZSİZ HEÇ NƏ
İNKLÜZİV QƏRAR QƏBULU üzrə
IDEAS VASİTƏLƏR TOPLUSU
MEDIA üçün VASİTƏLƏR TOPLUSU
Bu vasitələr toplusu Birləşmiş Krallıqdan olan ekspertlər Nik Gross və Agnes Fletçer,
o cümlədən Azərbaycandan olan ekspertlər Məftunə İsmayıllova, Ülviyə Mikayılova,
Lamiyə Şərəfxanova və Səadət Mehdiyeva tərəfindən hazırlanmış və
Səadət Mehdiyeva tərəfindən redaktə edilmişdir
IDEAS layihəsi Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin strateji dəstəyi ilə həyata keçirilir
Foto: Met Rayt və Rüfət Abbas
Müəlliflər bu Vasitələr Toplusunun dəqiq və müasir olmasını təmin etmək üçün müx-
təlif vəsaitlərdən istifadə etmişdir. Biz gələcək nəşrlər zamanı sizin fikir və
təkliflərinizi böyük məmnuniyyətlə nəzərə almağa hazırıq. Təkliflərinizi bu ünvana
enquiries@britishcouncil.az göndərməyinizi xahiş edirik.
Bu nəşrin məzmunu British Council təşkilatının müstəsna
məsuliyyətidir və heç bir halda Avropa İttifaqının baxışlarının
əks etdirilməsi kimi qəbul oluna bilməz.
© 2015 British Council
Bərabər və məsuliyyətli cəmiyyət üçün
inklüziv qərarlar (IDEAS)
Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi
4
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
Ön söz
2015-ci ildə Britaniya 1215-ci ildə İngiltərə kralı Con və onun xalqı arasında imzalanmış
«Böyük Xartiya»nın, yəni MAGNA CARTA-nın 800-cü ildönümünü qeyd edəcək. Bu Xarti-
ya əsasında İngiltərənin azad insanlarına ilk dəfə mühüm azadlıqlar verilib. Magna Carta
demokratiyanın məhək daşlarından biridir və biz bu ildönümündə bütün insanların dünyanın
idarə olunmasında və onların adından qərarların qəbul edilməsində səs hüququna sahib
olduqlarını vurğulayırıq.
Magna Carta-nın qəbul edildiyi tarixdən bu günə dünya çox dəyişib, əksər ölkələrdə hər bir
vətəndaşın həyatına təsir göstərən qərarların qəbul edilməsində iştirak edə bilməsi üçün
konstitusiyada əksini tapan sistem və mexanizmlər var. Ancaq bir qrup insan üçün bu, heç
də hər zaman vacib məsələ deyil.
Əlilliyi olan insanlar tez-tez müəyyən edirlər ki, əlilliklə bağlı məsələlər heç də hər zaman on-
ların ehtiyac və arzularına cavab vermir; yaxud da qanunvericilik zəif olur və ya tam icra edilm-
ir. Geniş ictimaiyyət arasında məlumatlılığın az olması çox vaxt əlilliyi olan insanların siyasi
müzakirələrdən kənarda qalmaları ilə nəticələnir, onların fikir və baxışları nəzərə alınmır.
2013-cü ildə British Council Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni IDEAS layihə-
si çərçivəsində Azərbaycan hökumətindəki və vətəndaş cəmiyyətindəki tərəfdaşlarla işə
başlayıb. Bu layihənin məqsədi əlilliyi olan insanlar üçün daha bərabər və inklüzivbir cəmi-
yyət yaratmaqdır. IDEAS layihəsi əlilliyi olan insanların maraqlarının daha yaxşı təmsil edilmə-
si və hüquqlarının qorunması üçün, əlilliyə fokuslanan vətəndaş cəmiyyəti təşkilatlarının
qərarların qəbul olunması prosesində iştirak etməsi üçün onların rolunun və imkanlarının
gücləndirilməsi hesabına inklüzivcəmiyyət yaratmaq məqsədini qarşıya qoyub. Layihə Av-
ropa İttifaqı və British Council tərəfindən maliyyələşdirilir və Azərbaycan da daxil olmaqla
altı ölkədə British Council tərəfindən həyata keçirilir.
IDEAS layihəsi son iki ildə yerli vətəndaş cəmiyyəti nümayəndələrini yerli orqanlar və media
ilə bir araya gətirməyə, həmçinin Birləşmiş Krallığı və sair ölkələri bu bölgəyə cəlb etməyə
müvəffəq olub. Azərbaycanda fəaliyyət göstərən müxtəlif tərəflər iki ildən artıq müddət-
də bu vəsait üzərində birlikdə işləyiblər. Vəsaitdə Azərbaycan kontekstində effektiv iştirak
məsələsi öz əksini tapıb. Bu vəsait layihənin praktik təcrübəsinin nəticəsidir.