Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları



Yüklə 24,94 Kb.
tarix27.03.2018
ölçüsü24,94 Kb.
#34992

Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları” fənninin İzahat vərəqi

Ölkəmizin iqtisadi və sosial inkişafı iqtisadiyyatın effektiv inkişaf tempindən, istehsalatın elmi-texniki tərəqqi, texniki silahlandırma yolu ilə qurulmasından asılıdır. Bu vəzifənin yerinə yetirilməsi ilk-peşə ixtisas təhsili sahəsində kadr hazırlığından çox asılıdır.

Ixtisaslar üzrə kadr hazırlığında “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları” fənni mühüm rol oynayır.

Fənnin tədrisində şagirdlərin iqtisadi düşüncə tərzinin ardırılmasına fikir verilməlidir. Fənnin tədrisi zamanı yüksək məhsuldarlıqlı əmək sərfi, yeni təlim texnologiyalarının tətbiqi, qabaqcıl ölkələrin bu sahədə mütərəqqi forma və metodları, üsullarının öyrədilməsi proqramda nəzərə alınmışdır.

Tədris materialları şərh edilərkən fənnin tədrisini əsas ümumtəhsil fənlərinin bünövrəsi üzərində qurmaq tələb olunur. Xüsusən Tarix, Coğrafiya fənlərindəki əsas anlayışlara istinad edilməlidir.

Fənnin tədrisi zamanı müasir bazar iqtisadiyyatı şətraitində istehsalın xüsusiləşməsinin nəzərə alınması proqramda öz əksini tapmışdır.

“Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları” fənnin proqramda bu fənn predmeti, Əsas iqtisadi anlayışlar, Bazar və bazar münasibətləri anlayışları, Əmtəə istehsalı və əmtəə növləri, Ticarət, Sahibkarlığın əsasları, Müəssisə və onun əhəmiyyəti, Biznes-plan kimi fənlərə geniş yer ayrılmışdır.

Biznes planın hazırlanması. Standart biznes-plan. Biznes-planı necə tərtib etməli? Biznes-planın nəticələrinin şərtləndirilməsi.





Bölmələrin (modulların) adı.

Təhsil müddəti

3 il

1

Giriş. Əsas iqtisadi anlayışlar.

2

2

Bazar. Bazar münasibətləri anlayışı.

2

3

Mülkiyyət və onun iqtisadi mahiyyəti. Qeyri dövlətləşdirmə və özəlləşdirmə

2

4

Bazar münasibətləri şəraitində əsas zəmanətlərin təmini

2

5

Əmtəə istehsalı və əmtəə növləri. Ticarət

2

6

Müəssisə və onun mahiyyəti

6

7

Sahibkarlıq

6

8

Sahibkarlar və onların xarakterik xüsusiyyətləri

3

9

Sahibkarlığın imkan və yolları

6

10

Yaxşı biznes layihəsinin əldə edilməsi

6

11

Müəssisənin təşkil edilməsi

9

12

Müəssisənin idarə edilməsi

12

13

Sahibkarlıq zirvəsinə doğru atılan ilk addımlar

15

14

Biznes planı

14

15

Yekun dərs

1




Cəmi:

88

Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları”fənninin Proqramı.

Mövzu 1. Giriş. Əsas iqtisadi anlayışlar

İqtisadiyyat və onun ictimai həyatda rolu. Azərbaycan Respublikasının milli iqtisadiyyatının vəziyyəti və onun problemləri. Əsas iqtisadi terminlər və anlayışlar.

Mövzu.2.Bazar və bazar münasibətləri anlayışları

Bazar iqtisadiyyatının prinsipləri. Bazar anlayışı, onun mahiyyəti və rolu. Bazar infrastrukturu. Sosiyalyönümlü bazar iqtisadiyyatının mahiyyəti. Bazar şəraitində dövlətin rolu.

Mövzu 3.Mülkiyyət və onun iqtisadi mahiyyəti

Qeyridövlətləşdirmə və özəlləşdirmə. Mülkiyyət, onun funksiyası və formaları. Təsərrüfat formaları. Torpaq münasibətlərinin islahatı.



Mövzu4.Bazar münasibətləri şəraitində sosial zəmanətlərin təmini

Əhalinin sosial müdafiəsinin problemləri. Sosial zəmanətlər, işçilərin əmək haqqı və onların müdafiə hüquqları. Bazar iqtisadiyyatı şəraitində əmək haqqı. Azərbaycanda bazar iqtisadiyyatına keçid, onun zəruriliyi və xüsusiyyətləri.



Mövzi5.Əmtəə istehsalı və əmtəə növləri.Ticarə.

Əmtəə istehsalı və əmtəə növləri. Ticarət və onun növləri. Birja marketinq. Tələb təklif. Rəqabət, onun mahiyyəti və metodları.



Mövzu 6. Sahibkarlığın əsasları.Müəssisə və onun mahiyyəti

Müəssisə anlayışının mahiyyəti. Müəssisələrinin formaları. Müəssisələrin formaları. Müəssisələrin fəaliyyətində əsas rol oynayan insanlar. kiçik müəssisələr.



Mövzu 7. Sahibkarlıq

Sahibkarlığın əsasları. Biznesdə sahibkarlığın xeyrinə düşüncələr. Sahibkarlığın cəmiyyət üçün vacibliyi. Özünüməşğulluq.



Mövzu 8.Sahibkarlar və onların xarakterik xüsusiyyətləri

Öz sahibkarlıq potensialının müəyyən edilməsi. Sahibkarların xarakterik xüsusiyyətləri. Sahibkarlar lider kimi. Sahibkarlıq qərarının qəbul olunması prosesi. Risqi öz üzərinə götürmək bacarığı.



Mövzu 9.Sahibkarlığın imkan və yolları

Sahibkarlığa uğur qazanmağa imkan verən qabiliyyətlər. Kiçik müəssisələrin yaradılmasının əsas amilləri, sahibkar olmaq qərarı. Biznesə cəlb olunma.



Mövzu 10.Yaxşı biznes ideyasının əldə edilməsi

İdeyanın yaradılması (generasiyası). İşgüzar mühitə açılan imkanların aşkarlanması və qiymətləndirilməsi.



Mövzu 11.Müəssisənin təşkil edilməsi

Uyğun bazarın seçilməsi. Biznesin yerinin seçilməsi. Müəssisəyə sahib olmağın hüquqi formaları. Müəssisənin yaradılması üçün tələb olunan pul. Biznes açmaq üçün pulun tapılması yolları. Biznesə girməyin yolları.



Mövzu 12.Müəssisənin idarə edilməsi

İşə qəbul və insanlara rəhbərlik. Vaxtın idarə olunması. Satışın idarə olunması. Mal göndərənlərin seçilməsi. Kiçik müəssisələrdə istifadə olunan texnologiyalar. Müəssisənin xərcləri. Maliyyənin idarə olunması. Maliyyə hesabatları.



Mövzu 13. Sahibkarlıq zirvəsinə doğru atılan növbəti addımlar

İnformasiya və yardım mənbələri. Sahibkarın ətraf mühiti görmə qabiliyyətinə yardım. Düzəliş əmsalı və biznesin başlanğıcı.



Mövzu 14. Biznes-plan

Biznes planın hazırlanması.Biznes planın strukturu.Marketinq araşdırmaları planı- məhsul.Marketinq araşdırmaları planı-qiymət.Marketinq araşdırmaları planı- yerləşdiyi yer. Marketinq araşdırmaları planı-tanıtma.
Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə