BANKIN İNKİŞAF STRATEGİYASI
Yapı Kredi Bank Azərbaycan QSC 100% xarici sərmayəli kommersiya Bankı olaraq
Azərbaycanın maliyyə sektorunda çox önəmli yer tutmağı hədəfləyir. Səmərəli bank
əməliyyatları ilə fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan QSC bütün bank
xidmətlərini özünün dünya üzrə yayılmış şəbəkəsi vasitəsilə həyata keçirir.
Bankın əsas siyasəti keyfiyyətli və etibarlı korporativ və pərakəndə bankçılıq xidmətlərini
Müxtəlif sektorlarda çalışan müştərilərə və əhalinin geniş təbəqəsinə təqdim etməkdir.
Bank müştərilərə keyfiyyətli və geniş, köçürmələrini daha rahat həyata keçirmək üçün sərfəli
xidmət göstərir və eyni zamanda yeni müştərilərin cəlb edilməsi istiqamətində fəalliyyət
göstərməkdədir.
Bankın vəzifələri sırasında məhsul çeşidinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi
yer almaqdadır. Bank 26 ATM və 2700-dən çox POS Terminal şəbəkəsinə sahibdir. Gələcəkdə bu
istiqamətlərdə bankın böyük planları var.
Vizyonumuz :
Davamlı böyümə və dəyər yaratmaqla maliyyə sektorunun öndə gedən banklarında biri halına
gəlmək, müştərilərin və işçilərin ilk seçimi olmaq.
Missiyamız:
Bankın əsas missiyası, müştərilərə beynəlxalq səviyyədə geniş çeşiddə məhsullar təqdim etmək,
limitsiz
xidmətlər, şəffaf biznes fəaliyyəti, və müştərilərə inam, uzun müddətli əlaqələr qurmaqla
müştəri məmnuniyyətini qazanmaq və bank sektorunda əhəmiyyətli və aparıcı pozisiya
tutmaqdır.
Dəyərlərimiz :
Yapı Kredili düşüncələrini hər şəraitdə, şəffaf və rahat ifadə edə bilir. Bunun üçün uyğun
metodlardan konstruktiv bir şəkildə istifadə edir. Bank dəyərləri çərçivəsində sərbəst hərəkət
edir, qurumu gələcəyə aparan fəaliyyətlərə qoşulur.
Ədalətli olma:
Yapı Kredili, iş yoldaşları, həmkarlarına, müştərilərinə və Yapı Kredinin əlaqədə olduğu
tərəflərə, şəxsi mənafelərini güdmədən, ayrı seçkilik olmadan ədalət və əzmlə davranır; hər
vəziyyəti obyektiv şəkildə dəyərləndirərək qərar verir. YapıKredili qurum və toplum
vəzifələrini yerinə yetirərkən, dəyərlərinə və öhdəliklərinə uyğun davranır.Şəffaflıq:
Yapı Kredili öz sahəsi ilə əlaqəli məlumatları iş yoldaşları, müştəriləri və Bankın münasibətdə
olduğu tərəflərlə, məxfilik prinsipləri çərçivəsində şəffaf, aydın bir şəkildə,vaxtında paylaşır və
təqdim edir. YapıKredili öz düşüncələrini eyni şəffaflıqla irəli sürür.
Etibarlılıq:
Yapı Kredili, bank bilikləri, təcrübəsi və təşkilati dəyərlərə sadiqliyi ilə iş yoldaşları,
müştəriləri və Bankın münasibətdə olduğu tərəflər arasında etibar yaradır. Səlahiyyət və
məsuliyyət verdiyi insanlara etibar edir. Verdiyi sözü vaxtında, əskiksiz və təşkilati dəyərlərə
uyğun olaraq ən gözəl şəkildə yerinə yetirir. əməl edə bilməyəcəyi sözü verməz. Nöqsanlara
və problemlərə sahib çıxır, həlli yolları və nəticələrini izləyir.
Hörmət etmə /Ehtiram:
Yapı Kredili iş yoldaşlarının və müştərilərinin söyləmək istədiklərini, kim olduqlarına fərq
qoymadan dinlər və mühüm sayar. Başqalarının fikir və göüşlərinə hörmət edər. Öz fikir və
görüşlərinin də eyni şəkildə diqqətə alınacağını bilir.