5
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2013
D
İLÇİLİK
46.01.09. Dilçilik tarixi. F
ərdilik.
UOT 81 (091); 81 (092)
VİLHELM TOMSEN VƏ QƏDİM TÜRK YAZISI
ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ
E.
İ.ƏZİZOV
azizov-elbrus@mail.ru
XIX
əsrdə dilçilik sahəsindəki mühüm kəşflərdən biri türk xalqlarının Orxon-Yenisey
kitab
ələrinin oxunması olmuşdur. Məqalədə Danimarka alimi Vilhelm Tomsenin türk (run)
abid
ələrinin öyrənilməsi sahəsindəki elmi fəaliyyətinin əsas istiqamətləri nəzərdən keçirilir.
V.Tomsen q
ədim türk kitabələrini açmaqdan başqa öz araşdırmalarında qədim türk dilinin bəzi
xüsusiyy
ətlərini də ilk dəfə olaraq dəqiq şəkildə müəyyənləşdirmişdir. Böyük alim həm
müqayis
əli dilçilik, həm də türkologiya üzrə bir sıra qiymətli əsərlərin müəllifidir. Onun
«
Açılmış Orxon kitabələri» əsəri qədim türklərin Orxon yazıları haqqında ilk mükəmməl
t
ədqiqatıdır.
Açar sözl
ər: Vilhelm Tomsen, dilçilik tarixi, Orxon-Yenisey kitabələri, qədim türk
yazısı, türkoloji araşdırmalar
M
əşhur Danimarka dilçisi Vilhelm Tomsen (1842-1927) dilçilik tarixinə
parlaq s
əhifələr yazmış, elmdə yeni üfüqlər açmış böyük alimdir. Professor
V.Tomsenin dilçilik tarixind
əki yeri barədə təsəvvür yaratmaq üçün təkcə bunu
dem
ək kifayətdir ki, XIX əsrdə dilçilik sahəsindəki ən mühüm kəşflərdən biri
m
əhz onun adı ilə bağlıdır. V.Tomsenin 1893-cü ildə qədim türklərin Orxon və
Yenisey kitab
ələrini oxuması təkcə dilçilik baxımından deyil, ümumiyyətlə,
m
ədəniyyət tarixi baxımından möhtəşəm bir hadisə idi.
V.Tomsen türkologiya tarixind
ə əsas etibarilə qədim türk əlifbasını açmış
bir alim kimi
tanınır, lakin hind-Avropa və fin-uqor dilləri üzrə dərin biliyə,
geniş və hərtərəfli filoloji erudisiyaya malik olan bu alimin elmi fəaliyyət
dair
əsi çox geniş olmuşdur (1, 2, 3).
V.Tomsenin elmi f
əaliyyəti haqqında Azərbaycanda kifayət qədər yazıl-
madığını, dilçilik tarixi, o cümlədən türkologiya tarixi üçün maraqlı olacağını
n
əzərə alıb onun elmi fəaliyyətinin əsas istiqamətlərini və qədim türk (run)
6
yazısı abidələrinin öyrənilməsinə həsr olunmuş araşdırmalarını, qısa şəkildə
olsa da, n
əzərdən keçirməyi məqsədəuyğun hesab etdik.
V.Tomsen Kopenhagen Universitetinin filologiya fakült
əsində təhsil
alark
ən klassik dillərlə yanaşı şimal dilləri (Skandinaviya dilləri) filologiyasını,
müqayis
əli dilçiliyi, habelə qərbin əsas dillərindən başqa sanskrit, ərəb, ispan,
port
əgiz, rus, fin, macar dillərini də öyrənmişdi. V.Tomsenə şöhrət gətirən ilk
elmi
əsəri doktorluq dərəcəsi almaq üçün yazdığı «German dillərinin fin-lapp
dill
ərinə təsiri» (1869) adlı dissertasiyası olmuşdur. O bu əsərində qədimdə
şərqi germanlarda klassik qot dilindən daha qədim bir ləhcənin mövcud ol-
duğunu və fin dilində özünü göstərən alınma german sözlərinin bu qədim
l
əhcədən keçmiş olduğunu inandırıcı dəlillərlə sübut etmişdir. V.Tomsenin bu
əsəri 1870-ci ildə alman dilinə tərcümə edilmiş və Berlin Akademiyasının
Bopp
mükafatına layiq görülmüşdür (3, 9).
Artıq XIX əsrin 70-ci illərindən V.Tomsen Avropanın ən yaxşı linqvist
aliml
ərindən biri kimi tanınırdı. O, 1876-cı ildə Danimarka Kral Akademiyası-
nın üzvü seçilmiş, 1887-1913-cü illərdə Kopenhagen Universitetinin ordinar
professoru olmuşdur.
V.Tomsenin t
ədqiqatları həmişə dilçiliyin ən çətin problemlərinə həsr
olunması və mühüm elmi nəticələrin əldə edilməsi ilə fərqlənmişdir. O, hind-
Avropa dill
ərinin fonetikasına dair məqalələrində roman dillərində samitlərin
inc
ələşməsi (yumşalması) hadisəsini və hind-Avropa dillərində damaq
s
əslərinin qaydasını müəyyənləşdirmişdir.
V.Tomsenin 1876-
cı ildə İngiltərənin Oksford Universitetində «Qədim
Rusiya il
ə Skandinaviya əlaqələri və rus dövlətinin əsası» mövzusunda oxu-
duğu mühazirələr böyük maraqla qarşılanır və ingilis dilində nəşr olunur. O bu
araşdırmasında etnik rus adını fincədə «isveçli» mənasını verən ruotsi sözü və
İsveç dilində ölkənin bir bölgəsinə verilən Roslagen adı ilə əlaqələndirmiş, rus
knyazlarına və drujinalarına məxsus adların əksəriyyətinin Skandinaviya
xalqlarında da olduğunu göstərmişdir. V.Tomsenin əsəri çox keçmədən alman
dilin
ə də tərcümə edilir və 1879-cu ildə Qotada «Der Ursprunq des russishen
Staates» (Rus dövl
ətinin mənşəyi) adı ilə işıq üzü görür. Böyük marağa səbəb
olmuş bu tədqiqat 1891-ci ildə rus dilində də nəşr olunur. V.A.Qordlevski
V.Tomsen
haqqında yazdığı məqalədə bu əsərə diqqət yetirmiş, müəllifin
fikirl
ərini təqdir etmişdir (1, 373).
V.Tomsen Kipr kitab
ələrini, Hindistandakı munda-santalı dillərini, qədim
Anadoludakı liki dilinin sintaksisini və etrusk dilinin Şimali Qafqaz dilləri ilə
qo
humluğu məsələsini də tədqiq etmişdir. Alimin «XIX əsrin sonuna qədər dil-
çilik tarixi»
adlı əsəri də dəyərli bir tədqiqatdır. Bu əsərin alman dilinə tər-
cüm
əsi 1927-ci ildə Halle şəhərində (Almaniya), rus dilinə tərcüməsi isə 1938-
ci ild
ə Moskvada nəşr olunmuşdur. Dilçilik tarixinin öyrənilməsi baxımından
V.Tomsenin bu t
ədqiqatı öz əhəmiyyətini hələ də itirməmişdir (4, 16).
V.Tomsenin elmi f
əaliyyətində qədim türk (run) yazısı abidələrinin öy-
r
ənilməsi mühüm yer tutur. O, ömrünün son 35 ilində bu sahədəki fəaliyyətini
7
ardıcıl olaraq davam etdirmişdir.
M
əlum olduğu kimi, XIX əsrin 90-cı illərinin əvvəllərinədək, başqa sözlə
deyils
ə, V.Tomsenin Orxon kitabələri üzərində tədqiqata başlamasınadək
q
ədim türk yazılı abidələrinin aşkar edilməsi və mətnlərin nəşri sahəsində çox
işlər görülsə də, bu yazılar o vaxtadək oxunmamış halda qalırdı. Bəzi tədqiqat-
çıların həmin yazıları oxumaq cəhdləri də uğursuzluqla nəticələnmişdi. Orxon-
Yenisey
yazıları öz formasına görə Skandinaviyanın qədim run yazılarına
b
ənzədiyi üçün elm aləmində «runik» yazıları kimi tanınırdı.
V.Tomsen Orxon-
Yenisey yazılarının oxunması işinə 1892-ci ildə
başlayır. O öz tədqiqatını iki Orxon abidəsinin - 1892-ci ildə Helsingforsda
(Helsinkid
ə) nəşr olunmuş fin atlasındakı birinci və ikinci abidələrin mətnləri
üz
ərində aparırdı. V.Tomsen ilk olaraq kitabələrdəki sətirlərin çincə mətnlər
kimi
yuxarıdan-aşağıya doğru olduğunu, sətir sıralarının isə sağdan-sola doğru
düzüldüyünü,
əlifbanın 38 işarədən ibarət olduğunu, sözlərin bir-birindən iki
nöqt
ə ilə ayrıldığını müəyyən edir. O, əvvəlcə saitləri bildirən işarələri, sonra
is
ə onların səs dəyərini müəyyənləşdirir. V.Tomsen 1893-cü ildə nəşr olunmuş
«
İlk məlumat»ında yazırdı: «İlk iş olaraq saitlər üçün xüsusi işarələrin olub-
olmadığını və hansılarının da ola biləcəyini araşdırdım və uğura çox asan nail
oldum» (5, 12).
Sonrakı mərhələdə alimin bütün səyləri hərflərin səs dəyərini
mü
əyyən etməyə yönəlir. Onun müəyyən etdiyi ilk hərf ı-i saitlərini bildirən
işarə olur. V.D.Arakinə görə, V.Tomsen 1893-cü ilin yayında kitabələrin
dilinin türkc
ə olduğunu və xüsusi adlarla birləşmədə tez-tez rast gəlinən k
a
ğ
a
n
(çinc
ə: ke xan) sözündəki üç samitin səs mənasını müəyyən etməyə nail
olmuşdu (6, 41). Ancaq o, söz ortasındakı ğ hərfinin türkcənin səs qaydasına
zidd olaraq b
əzi sözlərdə başlanğıcda yazıldığını görüb yanıldığını zənn edir və
araşdırmalarına ara verir (3, 24). Əslində isə V.Tomsen yanılmamışdı, sadəcə
olaraq o h
ələ onda Orxon kitabələrində saitlərin söz əvvəlində yazılmaya da
bildiyini mü
əyyən etməmişdi. 1893-cü il noyabrın 5-də V.Tomsen Orxon əlif-
basının açılması sahəsindəki fəaliyyətini yenidən davam etdirir və bu dəfə
m
ətnlərdən dörd hərfli täŋri sözünü seçir və onu oxumağa nail olur. Sonra çin-
c
ə mətndəki bir şəxs adı ilə müqayisə nəticəsində Kültigin adını müəyyən edir.
N
əhayət, o zamanadək oxuduğu sözlərdəki hərflərin köməyi ilə türk sözünü
oxuyur v
ə bunlar sonrakı iş üçün çıxış nöqtəsi olur. 1893-cü il noyabrın 25-də
V.Tomsen «özünün sakit h
əyatının ən həyəcanlı günündə» (V.Bröndal) qabaq-
cadan
apardığı uzun axtarışların nəticəsi olaraq bir saat ərzində bütün əlifbanı
tam
şəkildə açır (2, 760; 3, 26). A.N.Samoyloviçin 1914-cü ildə nəşr olunmuş
«V.Tomsen türkoloq kimi» m
əqaləsinə istinad edən V.D.Arakin qeyd edir ki, o
vaxtad
ək V.V.Radlov Orxon əlifbasının 11 hərfinin səs mənasını müəyyən edə
bilmişdi (6, 41). V.Tomsen öz kəşfindən dörd gün sonra 1893-cü il noyabrın
29-da akademik V.V.Radlova m
əktub yazaraq Orxon-Yenisey yazılarının
açılışı haqqında məlumat verir. O eyni zamanda bu məktubunda V.V.Radlovu
türkoloq kimi yüks
ək qiymətləndirir: «Kitabələrin şərhlərinə və tərcüməsinə
g
əlincə mən yalnız ona təəssüf edirəm ki, Radlov deyiləm» (7, 56).
8
1893-cü il
dekabrın 15-də V.Tomsen Danimarka Kral Akademiyasının
ic
lasında Orxon-Yenisey kitabələrinin açılışı haqqında məruzə edir və belə-
likl
ə, öz parlaq kəşfini elm aləminə bildirir. Bu, həqiqətən dahiyanə bir kəşf idi
v
ə elmdə V.Tomsenin ən böyük nailiyyəti idi. V.Tomsenin məruzəsi «Orxon
v
ə Yenisey kitabələrinin açılışı. İlk məlumat» adı ilə 1893-cü ildə Danimarka
Kral Elm v
ə Ədəbiyyat Akademiyasının bülletenində nəşr edilir. V.Tomsenin
«
İlk məlumat»ı həmin ildə V.R.Rozen tərəfindən rus dilinə tərcümə edilərək
«Rus arxeologiya c
əmiyyəti Şərq bölməsinin əsərləri»ndə (VIII cild) nəşr
olunur. V.R.Rozen
jurnalın həmin nömrəsində çap etdirdiyi məqaləsində
V.Tomseni «Sibir v
ə Monqolustan yazılarının Şampolonu» adlandırır (8, 12).
V.Tomsenin k
əşfi qədim türk yazısı abidələrinin öyrənilməsini sürətlən-
dirir. H
əmin vaxtdan etibarən V.V.Radlovun bütün səyləri məhz həmin sahəyə
yön
əlir. 1894-cü il yanvarın 19-da V.V.Radlov Peterburq Elmlər Akademiyası-
nın iclasında V.Tomsenin kəşfinə istinadən Kültigin abidəsinin tərcüməsini
t
əqdim edir. Bu işin mühümlüyü nəzərə alınaraq Elmlər Akademiyası tərcümə-
nin
çoxaldılıb ilk təcrübə kimi müxtəlif alimlərə və elmi cəmiyyətlərə göndəril-
m
əsinə icazə verir. İlk nüsxə V.Tomsenə göndərilir (V.Radlov. Monqolustanın
q
ədim türk yazıları. I. Şahzadə Kül Teginin şərəfinə abidə. SPb., 1894; alman-
ca). Bunun
ardınca V.V.Radlov 1894-1895-ci illərdə «Monqolustanın qədim
türk
yazıları» seriyasından daha üç əsər nəşr etdirir (7, 56-57).
1896-
cı ildə Helsinqforsda (Helsinkidə) V.Tomsenin «Açılmış Orxon ki-
tab
ələri» (İncriptions de L’Orkhon déshiffréss) adlı 224 səhifəlik əsəri nəşr edi-
lir (5, 19-302).
İki hissədən ibarət olan bu araşdırmanın birinci hissəsi «Əlifba»
ad
lanır. Burada Orxon-Yenisey yazılarının əlifbası, saitləri və samitləri ifadə
ed
ən işarələr (38 işarə), onların işlənmə xüsusiyyətləri geniş təhlil edilmiş, ya-
zılardakı iki nöqtənin işlənmə qaydaları da dəqiqliklə izah olunmuşdur. Bu his-
s
ədə qədim türk əlifbasının mənşəyi məsələsi də araşdırılmış, onun arami mən-
şəli olması fikri ilk dəfə olaraq irəli sürülmüşdür. Əsərin ikinci hissəsində mü-
əllifin qədim türk tarixi ilə əlaqədar tədqiqatı, fin atlasındakı birinci və ikinci
abid
ələrin mətnlərinin transkripsiyası, fransız dilinə tərcüməsi, mətn və tərcü-
m
əyə dair izahlar və nəhayət, adları, mövzuları, türk sözlərini və qrammatikanı
əhatə edən indeks verilmişdir. V.Tomsen Kül tigin abidəsindəki çincə mətnin
E.H.Parker t
ərəfindən ingiliscəyə tərcüməsini də öz əsərinə daxil etmişdir.
V.Tomsenin bu
əsərdəki şərhləri öz əhəmiyyətini indi də saxlayır. Mə-
s
ələn, tədqiqatçıya görə, kitabələrdə adı çəkilən Tämir kapığ (Dəmir qapı) adlı
yer B
əlx şəhərindən Səmərqəndə gedən yolun üzərində Keş şəhərinin təxminən
90 km c
ənubunda 12-20 metr genişliyində və 3 km uzunluğunda dar bir ke-
çiddir.
Coğrafi obyektin yerini düzgün müəyyənləşdirən alim mənbələrə əsasən
onun d
əqiq təsvirini də vermişdir. O, abidələrdəki Altun yış toponiminin Böyük
Altay
dağlarına aid olduğunu da göstərmişdir (5, 207, 229).
V.Tomsenin «
Açılmış Orxon kitabələri» əsəri türkologiyada Orxon ya-
zıları haqqında ilk mükəmməl nəşr sayılır (Orxon-Yenisey kitabələrinin 1894-
1895-ci ill
ərdəki V.V.Radlov nəşrləri təcili hazırlandığından onlarda oxu və
9
izahlar
baxımından çoxlu səhvlər var idi). Orxon kitabələri üzərində tədqiqat
aparmış sonrakı alimlər V.Tomsenin əsərini öz araşdırmaları və nəşrləri üçün
örn
ək kimi qəbul etmişdilər (9, 2). Orxon abidələri haqqında bu dəyərli tədqi-
qatın bir hissəsini (s. 10-44) P.M.Melioranski rus dilinə tərcümə edərək özünün
«Kül teginin
şərəfinə abidə» (1899) adlı magistrlik dissertasiyasına daxil
etmişdi (10, 310).
V.Tomsenin «Tur
кika» (Turcica) əsərində (1916) Monqolustan və Sibi-
rin o vaxtad
ək məlum olan qədim türk kitabələrinin ayrı-ayrı yerlərinə, sözlərə
v
ə terminlərə dair araşdırmaları toplanmışdır (5, 315-427).
Böyük alimin q
ədim türk (run) əlifbası ilə kağız üzərində yazılmış Turfan
abid
ələrinin oxunması, tərcüməsi və nəşri sahəsindəki fəaliyyəti də qeyd edil-
m
əlidir. V.Tomsen macar alimi Albert Lekok vasitəsilə əldə etdiyi Turfan
abid
əsini 1910-cu ildə nəşr etdirir. Bundan başqa o, Auerel Steynin ona gön-
d
ərdiyi dörd əlyazmasının – Miran qalasının xarabalıqlarından tapılmış və üç
parçadan ibar
ət olan əlyazmanın, Tun-huanq məbədindən tapılmış 104
s
əhifəlik «İrk bitig» (bəxt yazısı, falnamə) adlı əsərin və daha iki əlyazmanın
1912-ci ild
ə Londonda nəşrinə nail olur (11, 507-562).
Q
ədim yazıları oxumaqda böyük şöhrət qazanmış alim Macarıstanın
Nad
sentmikloş kəndində tapılmış peçeneq abidələri üzərində də tədqiqat
aparmış (1917), müxtəlif qablar üzərindəki yunan və qədim türk hərfləri ilə
olan
yazıları da oxumuşdur (3, 13-14).
V.Tomsenin 1924-cü ild
ə alman dilində nəşr olunmuş «Monqolustanın
q
ədim türk yazıları» (Alttürkische İnschriften aus der Monqolei) adlı əsəri
böyük alimin türk run abid
ələrinin öyrənilməsi sahəsindəki çoxillik əməyinin
yekunu hesab olunur (10, 310).
Bir alim kimi Tomseni f
ərqləndirən əsas cəhət araşdırdığı məsələlərdə
d
əqiq elmi nəticələr əldə etməsidir. Fikrin aydınlığı üçün onun bəzi elmi
n
əticələrinə diqqət etmək kifayətdir. V.Tomsen «Yenisey kitabələrindəki yaxşı
d
əyərləndirilməmiş bir hərf» (1916) adlı məqaləsində Yenisey yazılarında qa-
palı e saiti üçün xüsusi işarənin işlədildiyini göstərmişdir: ėki «iki», ėl «el,
tayfa
ittifaqı», bėl «bel», bėş «beş» (5, 313). Sonralar Orxon-Yenisey yazıların-
da
qapalı e saitinin (əslində yarımqapalı e saitinin) işlənməsi ilə əlaqədar olaraq
müxt
əlif fikirlər söylənilsə də, son tədqiqatlar V.Tomsenin mülahizələrinin
doğruluğunu təsdiq etmişdir. Bu məsələnin tarixi A.M.Şerbakın əsərində
verilmişdir (12, 28-35). Yeri gəlmişkən qeyd edək ki, qədim türk yazısı abidə-
l
ərinə dair çoxsaylı tədqiqatların müəllifi Ə.Rəcəblinin də gəldiyi nəticəyə gö-
r
ə, göytürk Orxon-Yenisey abidələrinin mətnlərində geri çəkilmiş ön sıra ya-
rımçıq e fonemini ifadə etmək üçün xüsusi işarədən istifadə olunmuşdur (11,
175).
Başqa bir misal. V.V.Radlov «Kutadqu bilig» poemasının Vyana kitab-
xana
sında saxlanılan uyğur əlyazmasının faksimilesini 1890-cı ildə Peter-
burqda n
əşr etdirərkən əsərin adını «Kudatku bilik» kimi transkripsiya etmişdi.
Ancaq V.Tomsen 1901-ci ild
ə yeni-indiki «Kutadqu bilig» transkripsiyasını
t
əklif etmiş və bu hamı tərəfindən qəbul olunmuşdu (10, 312).
10
Dilçilik tarixind
ə özünəməxsus şərəfli yer tutan V.Tomsenin elmi fəaliy-
y
əti hələ sağlığında yüksək qiymətləndirilmişdir. 1912-ci ildə anadan olması-
nın 70 illiyi münasibətilə Danimarka kralı onu «Fil Medalı» ilə təltif etmişdi.
H
əmin ildə o, Finlandiyaya gedərkən böyük hörmətlə qarşılanmış, onun şə-
r
əfinə təşkil edilmiş bir mərasimdə bildiyi 16 dildə nitqlər söylənmişdi (3, 15).
1926-
cı ildə Bakıda I Türkoloji qurultay keçirilərkən türkologiyaya böyük
töhf
ələr vermiş bu alim unudulmamış, o qurultayın rəyasət heyətinin fəxri üzv-
lüyün
ə seçilmişdi (rəyasət heyətinin fəxri üzvləri altı nəfərdən ibarət idi: Ə.Hü-
seynzad
ə, V.Banq, M.Quliyev, N.Y.Marr, A.V.Lunaçarski, V.Tomsen (13, 8).
V.Tomsenin elmi f
əaliyyətinə bir sıra əsərlər həsr olunmuşdur. Bunlar-
dan V.A.Qordlevskinin «Vilhelm Tomsen (anadan
olmasının 70 illiyinə)»
(1912), A.D.Rudnevin «Vilhelm Tomsen» (1914), A.N.Samoyloviçin «Vil-
helm Tomsen türkoloq kimi» (1914), «Vilhelm Tomsen v
ə türkologiya»
(1928), B.Çobanzad
ənin «Vilhelm Tomsen» (1927), V.V.Bartoldun «Tomsen
v
ə Orta Asiya tarixi» (1928), Q.Aydarovun «V.Tomsenin anadan olmasının
125 illiyi» (1967) m
əqalələrini, Kurt Vulfun «Vilhelm Tomsen» (Lund, 1930,
24 s.), A.
Dilaçarın «Tomsen» (Ankara, 1963, 40 s.) kitabçalarını göstərmək
olar. V.Tomsenin elmi f
əaliyyətinə həsr olunmuş əsərlərdən danışarkən 1928-ci
ild
ə Leninqradda nəşr olunmuş «V.Tomsenin xatirəsi. Vəfatının bir illiyinə»
toplusu ayrıca qeyd edilməlidir. V.V.Bartoldun «V.Tomsen və Orta Asiya
tarixi», A.N.Samoyloviçin «Vilhelm Tomsen v
ə türkologiya» məqalələri həmin
topluda
verilmişdir. V.Tomsenin Orxon kitabələrinə dair əsərlərinin türk dilinə
t
ərcümə edilib nəşr olunması da alimin xatirəsinə böyük ehtiram əlamətidir (5).
2012-ci ild
ə V.Tomsenin anadan olmasının 170 ili tamam oldu. 2013-cü
il
noyabrın 25-də isə qədim türk əlifbasının V.Tomsen tərəfindən açılmasının
120 ili tamam olur. O. Suleymenov h
əmin tarixi nəzərdə tutaraq yazır ki,
türkologiya t
əqvimində 25 noyabr günü qırmızı rəqəmlə qeyd edilməlidir (14,
567). H
əqiqətən də, 25 noyabr türk xalqlarının tarixində əlamətdar bir gündür.
M
əhz həmin gün türk xalqlarının hələ VIII əsrdə qədim yazı mədəniyyətinə
sahib
olduqları qəti şəkildə müəyyən edilmişdir.
ƏDƏBİYYAT
1.
Гордлевский В.А. Вильгельм Томсен (К семидесятилетию со дня рождения) /
В.А.Гордлевский. Избранные сочинения. Т.IV, М.: Наука, 1968, с. 373-374.
2.
Бартольд В.В. Томсен и история Средней Азии / В.В.Бартольд. Сочинения. Т. IX,
М.: Наука, 1977, с. 757-764.
3.
Dilaçar A. Thomsen. Ankara: Türk Dil Kurumu, 1963, 40 s.
4.
Амирова Т.А., Ольховиков Б.А., Рождественский Ю.В. Очерки по истории лин-
гвистики. М.: Наука, 1975, 559 с.
5.
Thomsen V. Orhon
Yazıtları Araşdırmaları. Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken.
Ankara: Türk Dil Kurumu, 2002, 453 s.
6.
Аракин В.Д. Выдающееся открытие XIX века (К 90-летию дешифровки древ-
нетюрских надписей) // Советская тюркология. 1983, №6, с. 40-44.
7.
Щербак А.М. В.В.Радлов и изучение памятников рунической письменности /
Тюркологический сборник. 1971. М.: Наука, 1972, с. 54-63.
11
8.
Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-IX вв.
Ленинград: Наука, 1980, 246 с.
9.
Tekin T. Orhon
Yazıtları. 4. Baskı. Ankara: Türk Dil Kurumu, 232 s.
10.
Кононов А.Н. История изучения тюркских языков в России. Ленинград: Наука,
1982, 360 с.
11.
R
əcəbli Ə. Qədim türk yazısı abidələri. 4 cilddə. I c. Göytürk yazısı abidələri. I hissə.
Bakı: Nurlan, 2009, 568 s.
12.
Щербак А.М. Сравнительная фонетика тюркских языков. Ленинград: Наука, 1970, 204 с.
13.
Первый Всесоюзный тюркологический с’езд. 26 февраля – 5 марта, 1926 г. (Сте-
нографический отчет). Баку: АССР, 1926, 429 с.
14.
Сулейменов О. Эссе, публицистика. Стихи, поэмы. Аз и Я. Алма-Ата: Жалын, 1989, 592 с.
ВИЛЬГЕЛЬМ ТОМСЕН И ИЗУЧЕНИЕ ПАМЯТНИКОВ
ДРЕВНЕТЮРКСКОЙ ПИСЬМЕННОСТИ
Э.И.АЗИЗОВ
РЕЗЮМЕ
В XIX веке одним из выдающихся открытий в области языкознания была дешиф-
ровка орхоно-енисейских надписей тюркских народов. В статье рассматриваются основ-
ные направления научной деятельности В.Томсена в области изучения тюркских ру-
нических памятников. Кроме дешифровки древнетюркских надписей В.Томсен в своих
исследованиях впервые точно определил некоторые особенности древнетюркского
языка. Великий ученый был также автором ряда ценных трудов по сравнительному
языкознанию и тюркологии. Его труд «Дешифрованные орхонские надписи» является
первым совершенным исследованием в изучении орхонских надписей древних тюрков.
Ключевые слова: Вильгельм Томсен, история языкознания, орхоно-eнисейские
надписи, древнетюркская письменность, тюркологические исследования
WILHELM THOMSEN AND THE STUDY OF THE OLD
TURKIC WRITTEN MONUMENTS
E.I.AZIZOV
SUMMARY
In the XIX century, decoding of the Orkhon and Yenisei inscriptions of the Turkic
people was one of the most outstanding openings in the field of linguistics. The article analyzes
the basic directions of the scientific activity of V.Thomsen in the field of the study of Turkic
runic monuments. Besides decoding V.Thomsen’s inscriptions, the research initiates to pre-
cisely define some features of the old Turkic language. The great scientist was also the author
of some valuable works on Comparative Linguistics and Turkology. His work «Incriptions de
l’Orkhon Déchiffrées» is the first complete research in the study of old Turks inscriptions.
Key words: Vilhelm Thomsen, the history of linguistics, Orkhon and Yenisei
manuscripts, Old Turkic writings, Turkic researches
Dostları ilə paylaş: |