237
hakim kəsilir. Lakin onların ölməz sənətini yada salanda bu məyusluğu
sevinc, şadlıq hissləri əvəz edir. İftixar hissi keçirirsən ki, bu sənətkarlar
indiki və gələcək nəsillər üçün diqqətəlayiq, həmişə təravətli, müasir, ölməz
sənət əsərləri qoyub gediblər. Xalqımızın fəxri, professor Bülbül Məmmədov
məhz belə sənətkarlardandır. Əgər biz dahi bəstəkarımız Üzeyir Hacıbəyovu
Azərbaycan professional musiqimizin yaradıcısı adlandırırıqsa, Bülbül
Məmmədov da professional vokal sənətimizin banisi və ilhamvericisidir.
Musiqi ictimaiyyətimiz Bülbülü xalq musiqimizin mahir bilicilərindən biri
kimi tanıyır və sevir. Onun böyük qayğı və məhəbbətlə toplayıb nəşr
etdirdiyi «Azərbaycan xalq mahnıları» adlı kitabından indi musiqi
məktəblərimizdə qiymətli dərs vəsaiti kimi geniş istifadə edirlər. Dünya
şöhrətli, unudulmaz, sevimli bəstəkarımız Fikrət Əmirovun «Şur», «Kürd-
Ovşarı» simfonik muğamlarının yazılmasının təşəbbüskarı, məsləhətçisi də
professor Bülbül olmuşdur. Keçmiş SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı
laureatı Bülbül oxuduğu 50 il müddətində vokal sənətimizi ən yüksək
zirvələrə qaldırmışdır. Məşhur müğənni İtaliyada 4 il təhsil aldıqdan sonra
Avropa vokal məktəbi tarixinə parlaq səhifələr yazmağa nail olmuşdur.
Təkcə Azərbaycan xalq mahnıları, romansları deyil, həmçinin dünya
musiqisinin qızıl fonduna daxil olan klassik mahnılar da Bülbülün ifasında
özünə vətəndaşlıq pasportu qazanmışdır. Onların bir neçəsini xatırlamaq
yerinə düşərdi: «Şahsənəm»dən Qərib, «Nərgiz»dən Əlyar, «Nizami»dən
Nizami,
«Koroğlu»dan Rövşən, «Karmen»dən Xoze, «Toska»dan
Kavaradossini və başqa ariyalar kimi onlarca klassik nümunələr Bülbülün
ifasında böyük müvəffəqiyyətlə səslənmişdir. «Bakinski raboçi» qəzeti (25
oktyabr 1921-ci il) görkəmli sənətkarımızın yaradıcılığını yüksək
qiymətləndirərək yazırdı: «Dörd il İtaliyada qaldıqdan sonra Azərbaycan
Opera Teatrının müğənnisi Bülbül Bakıya qayıtmışdır. O, ən yaxşı Milan
professorlarından dərs almışdır. İndi o, tam kamil musiqi təhsili almış yeganə
müğənnimizdir. Fitri istedad sahibi olan bu müğənninin sənət sahəsində
inkişafı Azərbaycan musiqi və opera mədəniyyətinin parlaq və səciyyəvi
hallarından biridir». Görkəmli müğənninin anadan olmasının 100 illiyini
qeyd etdiyimiz bu günlərdə biz onun Azərbaycan, eləcə də dünya opera
sənətinin inkişafındakı misilsiz xidmətlərindən fəxrlə danışmalıyıq.
Azərbaycan opera sənətinin tarixində iki böyük hadisənin tarixi qırmızı xətlə
yazılır. Birinci, Füzuli qələminin qüdrəti ilə bütün dünyada şöhrət qazanmış
«Leyli və Məcnun» poemasının romantikası Üzeyir musiqisinin qanadlarında
ucaldığı 1908-ci il 25 yanvar – Azərbaycan opera sənətinin bünövrəsi
qoyulduğu gün. İkincisi, 1937-ci il 30 apreldir. Həmin gün musiqi
sənətimizin nadir incisi, möhtəşəm sənət əsəri olan «Koroğlu» operası
tamaşaya qoyuldu və Azərbaycan səhnəsinə yeni bir Koroğlu – Bülbül gəldi.
Desəm ki, «Koroğlu» operasının yaranması respublikamızda əsl bayrama,
ümumxalq təntənəsinə çevrildi, burada heç mübaligəyə yol vermiş olmaram.
Bəli, bütün Azərbaycan toy-bayram içində idi. «Koroğlu» qədim xalq
238
rəvayətlərindən, dastanlarımızdan qaynaqlanan dahi bəstəkarımız Üzeyir
bəyin ölməz musiqisinin, yeni tipli operamızın əsl təntənəsi və möcüzəsi idi.
Həm də bu gözəl əsər Bülbülün ifasında həyata qayıtmışdı».
S.Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr etmişdir.
Baxmayaraq ki, o müxtəlif mədəniyyət ocaqlarında çalışmışdır. Hər yerdə
öyrətmək bacarığı Süleyman müəllimin əsas vəzifəsi olmuşdur. Çünki o,
çalışdığı bütün idarələrdə üzərinə düşən işin məsuliyyətini daha dərindən
dərk etmişdir. Bu yüksək iş qabiliyyəti daim Süleyman müəllimi yüksək
vəzifələrdə saxlamışdır. O, A.Zeynallı adına Musiqi Texnikumunun
direktoru, Mahnı və Rəqs Ansamblının rəhbəri, Mədəniyyət Nazirliyinin
İncəsənət İdarəsində rəis, Radio və Televiziya Komitəsində Xalq Çalğı
Alətləri
Orkestrinin
dirijoru
və
komitənin
musiqi-bədii
rəhbəri,
Konservatoriyada müəllim və professor, «Xalq çalğı alətləri» kafedrasının
müdiri vəzifələrinin son dərəcə layiqli icraçısı kimi daim xalqa, onun
mədəniyyətinin inkişafına xidmət etmişdir.
O, bu xidmətlərinə görə həm xalqın sevimlisi olmuş, həm də Dövlətin ən
yüksək mükafatlarına layiq görülmüşdür. Fəxri fərmanlar, «Dövlət Mükafatı
Laureatı», professor və s. Azərbaycan mədəniyyətinin böyük tərənnümçüsü
ulu öndər Heydər Əliyev daim Süleyman müəllimin yaradıcılığını yüksək
qiymətləndirmiş, səxşiyyətliliyinə böyük dəyər vermişdir. Məhz onun
sərəncamları ilə S.Ələsgərov «Xalq artisti», «Şöhrət ordeni» Prezident
təqaüdü və s. kimi fəxri adlara, yüksək dərəcələrə layiq görülmüşdür.
Beləliklə, biz Süleyman Ələsgərovun yaradıcılığı və yazıb-yaratdığı
əsərlərinin cüzi bir hissəsini nəzərdən keçirdik. Bütün bunlar qəlbi vətən
eşqi, xalq məhəbbəti ilə döyünən və fitri istedadı, yüksək peşəkarlığı ilə
əsərlərində ürəyindəkiləri tərənnüm edən müdrik bir sənətkarın mənalı ömür
yolundan soraq verir.
Süleyman müəllim ölməz sənətkardır bir də ona görə ki, onun xeyirxah-
lığı sayəsində sənətə qədəm qoyan neçə-neçə insanlar əsl sənətkar səviy-
yəsinə yüksəlib, xalqına layiqli şəxsiyyətlər kimi yetişdilər. Məhz bütün
bunlar bəstəkarın vəfatından sonra «Süleyman Ələsgərov xatirələrdə» adlı
kitabın (müəllifi Səadət Təhmiraz qızıdır) yaranmasına səbəb oldu. Bu kitab
Süleyman Ələsgərov xeyirxahlığından payı olan hər bir kəsin və eləcə də
mənim böyük sənətkarın xatirəsinə olan ülvü hörmət və məhəbbətinin
ifadəsidir.
Bu il ölməz bəstəkarın anadan olmasının 85 ili tamam oldu. Bəzən deyir-
lər ki, cismi bizimlə olmayanların ruhu bizimlədir. Amma bu gün Süleyman
müəllimin ruhu bizimlə deyil, müqəddəs Şuşa torpağının üzərində pərvaz
edir. Biz yalnız o ruha Şuşaya qovuşanda qovuşacağıq. O, zaman Süleyman
müəllimin ruhu şad, bizim isə arzularımız çin olacaq.
Səadət TƏHMİRAZ QIZI
musiqişünas
Dostları ilə paylaş: |