Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

237
 
hakim  kəsilir.  Lakin  onların  ölməz  sənətini  yada  salanda  bu  məyusluğu 
sevinc,  şadlıq  hissləri  əvəz  edir.  İftixar  hissi  keçirirsən  ki,  bu  sənətkarlar 
indiki və gələcək nəsillər üçün diqqətəlayiq, həmişə təravətli, müasir, ölməz 
sənət əsərləri qoyub gediblər. Xalqımızın fəxri, professor Bülbül Məmmədov 
məhz belə sənətkarlardandır. Əgər biz dahi bəstəkarımız Üzeyir Hacıbəyovu 
Azərbaycan  professional  musiqimizin  yaradıcısı  adlandırırıqsa,  Bülbül 
Məmmədov  da  professional  vokal  sənətimizin  banisi  və  ilhamvericisidir. 
Musiqi  ictimaiyyətimiz  Bülbülü  xalq  musiqimizin  mahir  bilicilərindən  biri 
kimi  tanıyır  və  sevir.  Onun  böyük  qayğı  və  məhəbbətlə  toplayıb  nəşr 
etdirdiyi  «Azərbaycan  xalq  mahnıları»  adlı  kitabından  indi  musiqi 
məktəblərimizdə  qiymətli  dərs  vəsaiti  kimi  geniş  istifadə  edirlər.  Dünya 
şöhrətli,  unudulmaz,  sevimli  bəstəkarımız  Fikrət  Əmirovun  «Şur»,  «Kürd-
Ovşarı»  simfonik  muğamlarının  yazılmasının  təşəbbüskarı,  məsləhətçisi  də 
professor Bülbül olmuşdur. Keçmiş SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı 
laureatı  Bülbül  oxuduğu  50  il  müddətində  vokal  sənətimizi  ən  yüksək 
zirvələrə  qaldırmışdır.  Məşhur  müğənni  İtaliyada  4  il  təhsil  aldıqdan  sonra 
Avropa  vokal  məktəbi  tarixinə  parlaq  səhifələr  yazmağa  nail  olmuşdur. 
Təkcə  Azərbaycan  xalq  mahnıları,  romansları  deyil,  həmçinin  dünya 
musiqisinin  qızıl  fonduna  daxil  olan  klassik  mahnılar  da  Bülbülün  ifasında 
özünə  vətəndaşlıq  pasportu  qazanmışdır.  Onların  bir  neçəsini  xatırlamaq 
yerinə  düşərdi:  «Şahsənəm»dən  Qərib,  «Nərgiz»dən  Əlyar,  «Nizami»dən 
Nizami, 
«Koroğlu»dan  Rövşən,  «Karmen»dən  Xoze,  «Toska»dan 
Kavaradossini  və  başqa  ariyalar  kimi  onlarca  klassik  nümunələr  Bülbülün 
ifasında  böyük  müvəffəqiyyətlə  səslənmişdir.  «Bakinski  raboçi»  qəzeti  (25 
oktyabr  1921-ci  il)  görkəmli  sənətkarımızın  yaradıcılığını  yüksək 
qiymətləndirərək  yazırdı:  «Dörd  il  İtaliyada  qaldıqdan  sonra  Azərbaycan 
Opera  Teatrının  müğənnisi  Bülbül  Bakıya  qayıtmışdır.  O,  ən  yaxşı  Milan 
professorlarından dərs almışdır. İndi o, tam kamil musiqi təhsili almış yeganə 
müğənnimizdir.  Fitri  istedad  sahibi  olan  bu  müğənninin  sənət  sahəsində 
inkişafı  Azərbaycan  musiqi  və  opera  mədəniyyətinin  parlaq  və  səciyyəvi 
hallarından  biridir».  Görkəmli  müğənninin  anadan  olmasının  100  illiyini 
qeyd  etdiyimiz  bu  günlərdə  biz  onun  Azərbaycan,  eləcə  də  dünya  opera 
sənətinin  inkişafındakı  misilsiz  xidmətlərindən  fəxrlə  danışmalıyıq. 
Azərbaycan opera sənətinin tarixində iki böyük hadisənin tarixi qırmızı xətlə 
yazılır. Birinci, Füzuli qələminin qüdrəti ilə bütün dünyada şöhrət qazanmış 
«Leyli və Məcnun» poemasının romantikası Üzeyir musiqisinin qanadlarında 
ucaldığı  1908-ci  il  25  yanvar  –  Azərbaycan  opera  sənətinin  bünövrəsi 
qoyulduğu  gün.  İkincisi,  1937-ci  il  30  apreldir.  Həmin  gün  musiqi 
sənətimizin  nadir  incisi,  möhtəşəm  sənət  əsəri  olan  «Koroğlu»  operası 
tamaşaya qoyuldu və Azərbaycan səhnəsinə yeni bir Koroğlu – Bülbül gəldi. 
Desəm  ki,  «Koroğlu»  operasının  yaranması  respublikamızda  əsl  bayrama, 
ümumxalq təntənəsinə çevrildi, burada heç mübaligəyə yol vermiş olmaram. 
Bəli,  bütün  Azərbaycan  toy-bayram  içində  idi.  «Koroğlu»  qədim  xalq 


238
 
rəvayətlərindən,  dastanlarımızdan  qaynaqlanan  dahi  bəstəkarımız  Üzeyir 
bəyin ölməz musiqisinin, yeni tipli operamızın əsl təntənəsi və möcüzəsi idi. 
Həm də bu gözəl əsər Bülbülün ifasında həyata qayıtmışdı». 
S.Ələsgərov  ömrünün  çox  hissəsini  pedaqoji  fəaliyyətə  həsr  etmişdir. 
Baxmayaraq  ki,  o  müxtəlif  mədəniyyət  ocaqlarında  çalışmışdır.  Hər  yerdə 
öyrətmək  bacarığı  Süleyman  müəllimin  əsas  vəzifəsi  olmuşdur.  Çünki  o, 
çalışdığı  bütün  idarələrdə  üzərinə  düşən  işin  məsuliyyətini  daha  dərindən 
dərk  etmişdir.  Bu  yüksək  iş  qabiliyyəti  daim  Süleyman  müəllimi  yüksək 
vəzifələrdə  saxlamışdır.  O,  A.Zeynallı  adına  Musiqi  Texnikumunun 
direktoru,  Mahnı  və  Rəqs  Ansamblının  rəhbəri,  Mədəniyyət  Nazirliyinin 
İncəsənət  İdarəsində  rəis,  Radio  və  Televiziya  Komitəsində  Xalq  Çalğı 
Alətləri 
Orkestrinin 
dirijoru 
və 
komitənin 
musiqi-bədii 
rəhbəri, 
Konservatoriyada  müəllim  və  professor,  «Xalq  çalğı  alətləri»  kafedrasının 
müdiri  vəzifələrinin  son  dərəcə  layiqli  icraçısı  kimi  daim  xalqa,  onun 
mədəniyyətinin inkişafına xidmət etmişdir. 
O, bu xidmətlərinə görə həm xalqın sevimlisi olmuş, həm də Dövlətin ən 
yüksək mükafatlarına layiq görülmüşdür. Fəxri fərmanlar, «Dövlət Mükafatı 
Laureatı»,  professor  və  s.  Azərbaycan  mədəniyyətinin  böyük  tərənnümçüsü 
ulu  öndər  Heydər  Əliyev  daim  Süleyman  müəllimin  yaradıcılığını  yüksək 
qiymətləndirmiş,  səxşiyyətliliyinə  böyük  dəyər  vermişdir.  Məhz  onun 
sərəncamları  ilə  S.Ələsgərov  «Xalq  artisti»,  «Şöhrət  ordeni»  Prezident 
təqaüdü və s. kimi fəxri adlara, yüksək dərəcələrə layiq görülmüşdür.  
Beləliklə,  biz  Süleyman  Ələsgərovun  yaradıcılığı  və  yazıb-yaratdığı 
əsərlərinin  cüzi  bir  hissəsini  nəzərdən  keçirdik.  Bütün  bunlar  qəlbi  vətən 
eşqi,  xalq  məhəbbəti  ilə  döyünən  və  fitri  istedadı,  yüksək  peşəkarlığı  ilə 
əsərlərində ürəyindəkiləri tərənnüm edən müdrik bir sənətkarın mənalı ömür 
yolundan soraq verir.  
Süleyman müəllim ölməz sənətkardır bir də ona görə ki, onun xeyirxah-
lığı  sayəsində  sənətə  qədəm  qoyan  neçə-neçə  insanlar  əsl  sənətkar  səviy-
yəsinə  yüksəlib,  xalqına  layiqli  şəxsiyyətlər  kimi  yetişdilər.  Məhz  bütün 
bunlar  bəstəkarın  vəfatından  sonra  «Süleyman  Ələsgərov  xatirələrdə»  adlı 
kitabın (müəllifi Səadət Təhmiraz qızıdır) yaranmasına səbəb oldu. Bu kitab 
Süleyman  Ələsgərov  xeyirxahlığından  payı  olan  hər  bir  kəsin  və  eləcə  də 
mənim  böyük  sənətkarın  xatirəsinə  olan  ülvü  hörmət  və  məhəbbətinin 
ifadəsidir.  
Bu il ölməz bəstəkarın anadan olmasının 85 ili tamam oldu. Bəzən deyir-
lər ki, cismi bizimlə olmayanların ruhu bizimlədir. Amma bu gün Süleyman 
müəllimin  ruhu  bizimlə  deyil,  müqəddəs  Şuşa  torpağının  üzərində  pərvaz 
edir. Biz yalnız o ruha Şuşaya qovuşanda qovuşacağıq. O, zaman Süleyman 
müəllimin ruhu şad, bizim isə arzularımız çin olacaq. 
 
Səadət TƏHMİRAZ QIZI  
 musiqişünas  


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə