AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
RAMAZAN ORUC oğlu QAFAROV
AZƏRBAYCAN TÜRKLƏRİNİN
MİFOLOGİYASI
(qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)
10.01.09 – Folklorşünaslıq
Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın
AVTOREFERATI
BAKI – 2010
Dissertasiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin Folklor və qədim
ədəbiyyat kafedrasında yerinə yetirilmişdir.
Rəsmi opponentlər: AMEA-nın həqiqi üzvü
İsa Əkbər oğlu Həbibbəyli
AMEA-nın müxbir üzvü
Azad Mövlud oğlu Nəbiyev
Filologiya elmləri doktoru, professor
Seyfəddin Həmzə oğlu Qəniyev
Aparıcı müəssisə: AMEA-nın Folklor İnstitutu,
Mifologiya şöbəsi
Müdafiə 15 oktyabr 2010-cu ildə saat 14
00
-da Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində filologiya elmləri
doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini
keçirən D.01.131 - Dissertasiya Şurasının iclasında keçiriləcək.
Ünvan: Az-1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 31, Akademiya
şəhərciyi, Əsas bina, V mərtəbə, Nizami adına Ədəbiyyat İnstitutu.
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi kitabxanasında tanış olmaq
mümkündür.
Avtoreferat 15 sentyabr 2010-cu il tarixində göndərilmişdir.
Dissertasiya
Şurasının elmi katibi,
-
2
-
filologiya elmləri doktoru:
İmamverdi Yavər oğlu Həmidov
-
3
-
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Qafqazın türkdilli əsas etnosunun mifoloji düşün-
cəsinin genezisi və evolyusiyasının öyrənilməsi günümüzün aktual məsələlərindən
biridir. Tədqiqatın predmeti, eləcə də problemin qoyuluşu onunla şərtlənir ki,
Azərbaycan xalqının tarixi kökləri, ilkin təsəvvürləri, ibtidai məişət tərzi, qədim
adət-ənənələri, mənəvi həyatının başlanğıcı əhatəli siyasi-ictimai fəaliyyət
dairəsində hələ də sirli qalır və folklorşünaslıq baxımından hərtərəfli araşdırıl-
mamışdır. Ənənəvi mədəniyyətin arxaik elementləri ədəbiyyatşünaslığın bir sıra
nəzəri problemlərinin, xüsusilə genezislə bağlı məsələlərin həllində əsas mənbədir.
İbtidai inancların təhlili mifoloji görüşlərin, eləcə də digər ilkin düşüncə
formalarının tarixini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Mif
∗
, ritual,
adət-ənənələr və inanclardan doğan mərasim nəğmələri müxtəlifyönlü etnik pro-
sesləri tənzimləməklə yanaşı, xalqın özünü müəyyənləşdirərək tarixi proseslərdə
yer tutmasında xüsusi rola malik olur. AMEA-nın müxbir üzvü A.Nəbiyevin
sözləri ilə desək, “dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşün-
cəsində özünəməxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi olan
cəhətləri və xüsusiyyətləri də vardır. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni
sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və
onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın
yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün ən mötəbər mən-
bələrdəndir.”
1
Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə
gələni isə mifoloji düşüncədir. Bu sıraya mərasimlər,
bayramlar, adətlər – mədəni
irsin başqa arxaik atributları da daxildir. Lakin dünyanı dərketmədə əldə olunan
ilkin nəticələr köklə – çox dərin qatlarla bağlandığından əsas meyar rolunu miflər
oynayır. Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin kompleks şəkildə
∗
Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və
azərbaycanlılarda
mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir.
Mif termini
beynəlxalq aləmdə əsəsən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə
hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır),
dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı yolla əks etdirən dünya modeli, onun ayrı-ayrı
elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.
Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mənanın paradiqmasına
çevriləndə (mətn mədəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mədəniyyət
abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar arasında cüzi fərqlər üzə çıxsa da, miflə
mifologiyanın eyniliyi inkar edilmir. Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin -
miflərin sistemi kimi başa düşülür. Mifologiya termini isə üç anlamda işlənir: birinci, mifologiya -
hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikinci, mifologiya - dünyanı
dərk etməyin xüsusi formasıdır, düşüncə şüur hadisəsidir (mənaların paradiqması). Bu hallarda
mifologiyanın mənası mif anlamına yaxınlaşır, hətta onun paradiqmatik aspekti ilə eyni olur.
Üçüncü, mifologiya - mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim
A.Bayburin də göstərir ki, mifin birinci və ikinci mənaları ilə mifologiyanın birinci və ikinci
mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mənalarda sinonimlər kimi işlədilir.
1
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. Birinci hissə. “Turan” nəşrlər evi, B., 2002, s. 130.