“
Gündəm xəbər”.- 2011 .- 31 yanvar - 1 fevral.- N 12.- S.13.
Masonluğun tarixi
"Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təş kilatlar idarə edir. Siyasətdə
təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulur."
Franklirı Delano Ruzvelt,
sabiq ABŞ prezidenti
Ümumdünya mason ordeninin son məqsədi cəmiyyətin və ayrı- ayrı fərdlərin mənəvi, zehni və fiziki inkişafına
təsir göstərib, millətlər, dinlər arasındakı fərqi silmək və dünya hökmranlığına, Astrey şahlığına nail olmaqdır. Bu
məqsədə çatmaq üçün masonlar yorulmadan, səbr və təmkinlə əsrlər boyu iş aparırlar. Onlar bənnalar kimi,
kələ-kötür daşı yonub lazımı formaya saldıqdan sonra onu çar Salamonun məbədinin divarına düzməklə, məbədin
tikintisində iştirak edirlər.
Masonluq sistemi
Masonluqda bütün qollar, forma və iş qaydaları sistem adlanır. Sistemə masonluğun iş qaydaları, lojalar, Şərq,
konstitusiya, rituallar, simvollar, mason dili, masonluğa qəbul qaydaları və sair prosedurlar daxildir. Sistemdəki
müxtəlifliyə baxmayaraq, terminlər, dil, simvollar, quruluşun əsasları bütün mason təşkilatları üçün eynidir.
Loja - Mason qardaşların yığışıb, iş apardıqları binaya deyilir. Loja həmçinin qardaşlıq ittifaqına da deyilir.
Konkret olaraq, hər bir mason müvafiq lojanın üzvü olur. Lojaları fərqləndirmək üçün onlara müvafiq adlar verilir.
Məsələn: Müqəddəs Georgi, Moisey, Oziris, Laton, Astrey, Böyük Şərq və s. adlarda mason lojaları fəaliyyət
göstəriblər. Çox vaxt lojalara görkəmli masonların adları da verilir. Bu yaxınlarda məşhur rus masonu Novikovun
adına Moskvada yeni mason lojası açılıb.
Lojanın işi
Lojanın işinə müxtəlif mərasimlər, məsələn: masonluğa qəbul mərasimi, yeni lojaların yaradılması mərasimi,
masonların yüksək dərəcələrə keçirilməsi mərasimi, mason ziyafətlərinin keçirilməsi mərasimi və s. aiddir.
Şərq - Yüksək idarə etməyə deyilir. Masonluğun əsası şərqlə bağlıdır. Şərq qədim müdrikliyin əsası da sayılır.
Masonluğun fəaliyyət prinsipləri qədim Şərqdə fəaliyyət göstərən sufizm, dərviş ordenlərinin pirinsipinə uyğun
gəlir. Bu prinsiplər məxfilik, alleqoriya, mistika, özünütərbiyə və özünü təkmilləşdirmədə və s. özünü göstərir.
Konstitusiya. Lojaların yaradılmasına əsas verən şəhadətnamə nəzərdə tutulur. Şəhadətnamə yeni yaradılan lojalara
yuxarı lojalar (məsələn, İngiltərə böyük şərq lojası) tərəfindən verilir. Əks halda yeni yaranan loja qanunsuz və
özbaşına yaranmış hesab olunur.
Ümumiyyətlə masonluğun və lojaların işinin idarə olunması konstitusiyaya əsasən aparılır. İlk konstitusiya kimi,
1722-ci ildə C. Anderson və sonra 1782-ci ildə Vilhemsbad konstitusiyası yaranıb.
Masonluğun qolları
Masonluq qədim tarixi ənənəyə görə, müntəzəm (daimi), qeyri müntəzəm və simvolik qollara ayrılır.
Müntəzəm masonluq özünü mason adlandıranların əksəriyyətini təşkil edir. Müntəzəm masonluğu fərqləndirən
cəhət onların mason qanunlarına ciddi əməl etmələridir. Müntəzəm masonlar ancaq Kainatın Ulu Memarına tapınır,
ancaq onu qəbul edirlər. Müntəzəm masonlar mason ordeninə qadınları qəbul etmirlər. Müntəzəm masonluq ali
hüquqi-ərazi prinsipi üzrə təşkil olunur. Onun fəaliyyət göstərdiyi ərazilərdə başqa mason lojaları yaradıla bilməz.
Nizami böyük lojalar bir-birini tanıyır, qəbul edir və birbaşa əlaqə saxlayırlar. Nizami Böyük Lojalara qəbul olunan
mason qardaş öz dərəcəsinə uyğun olaraq lojanın işində iştirak edir. Müntəzəm masonluq universal ümumdünya
qardaşlıq təşkilatıdır ki, daim əlaqədə fəaliyyət göstərirlər. Ümumdünya nizami masonluğu 100-dən çox böyük
lojanı birləşdirib.
Qeyri müntəzəm masonluq
Onlar mason ənənələrinə, mərasimlərinə tam əməl etməyən, ümumdünya masonluğunun tərkib hissəsi olmayan
mason lojaları sayılır. Qeyri müntəzəm mason lojaları masonluq ənənələrinə və qanunlarına tam əməl etmədiyi
üçün qədim masonluqla bağlılıq qırılır. Qeyri mason lojalarına qadınların qəbuluna və siyasətlə məşğul olmağa yol
verilir.
Simvolik masonluq
Masonluğun bu qolu masonluğun ən qədim hissəsidir və üç dərəcədən ibarətdir. Bu üç dərəcə şagird, usta
köməkçisi və usta dərəcəsidir. Simvolik masonlar lojalarda, həmin lojalar isə ərazi prinsipinə görə Böyük Lojalarda
birləşirlər. Simvolik masonluq sonralar yaradılmış müxtəlif masonluq üçün baza rolunu oynayır. Bunlardan ən
məşhur qurumlar Şotland və Yok nizamnamələridir. Simvolik masonluğun bu qurumlara tabeliyi yoxdur. Müstəqil
fəaliyyət göstərir, onlarla yaxşı münasibət şəraitində işləyir.
Masonluğa qəbul qaydaları
Masonluğa qəbul mərasimi xüsusi əhəmiyyət kəsb edir və masonluğun davamlı fəaliyyətini nizama salır.
Masonluğa qəbul şərtləri müxtəlif yollarla həyata keçirilə bilir. Mason lojalarının hərəsi özünə məxsus ənənələr və
mərasimlər əsasında masonluğa yeni üzvləri qəbul edirlər. Masonluğa qəbul olunanların yaş həddi 21 yaşdan yuxarı
olmalıdır. Mason uşaqları üçün lazımı hədd 18 yaş nəzərdə tutulur. Müntəzəm masonluğa ancaq kişiləri qəbul
edirlər.
Masonluqda əsas simvollar
Mason simvolları masonlar üçün böyük məna və əhəmiyyət kəsb edir. Mason simvolları sirr və gizlilik rəmzidir.
Zahirən adi adam üçün heç bir məna daşımayan simvol masonlara dərəcələrindən asılı olaraq, çox şey ifadə edir.
Memar Sinan yazırdı: "Masonluq - bir tərəfi alleqoriya pərdəsi arxasında gizlənən simvollarla təfsir edilən əxlaq
sistemidir. Loja içində dilsiz, sözsüz, hətta tozlanmış nişanların mənasını incələmək və bu surətlə həqiqətləri
meydana çıxarmaq masonların əsas vəzifələrindən biridir. Yəni, masonluq sistemi alleqoriliyi ilə, simvollarla nə
öyrənmək istədiyi haqqında bilgidir."
Biz gündəlik həyatımızda, televiziya verilişlərində, mətbuat səhifələrində, reklamlarda çoxlu mason
simvollarına rast gəlirik. Lakin masonluq haqqında biliyimiz olmadığından, onların mənasını bilmirik. Masonlar isə
usta dərəcələrindən asılı olaraq, onları başa düşür, işlərini və vəzifələrini qururlar.
Göz şəkli nəyi ifadə edir?
Son vaxtlarda - 2000-ci ilin əvvəllərindən başlayaraq qeyri dövlət televiziya kanallarında, bəzi
qəzet səhifələridə göz şəklini tez- tez göstərirlər. Sən demə, göz şəkli mason simvollarının ən önəmlisidir. Göz şəkli
kainatın Ulu Memarının işıq saçan və hər şeyi görən gözünün simvoludur. Amerikanın bir dollarlıq əskinasında,
üçkünc sütunun yuxarı küncündə də göz şəkli əks etdirilib. Amerikada azad qadın heykəlinin başında yeddiqollu
şamdan vardır. Yeddiqollu şamdan yəhudi masonlarının ən önəmli simvollarından biridir. Yeddiqollu şamdan İsrail
parlamentinin nişanıdır. İngilis masonları onu İsrail parlamentinə hədiyyə vermişlər. Bütün bunlar bir daha göstərir
ki, Amerikanın əsasını masonlar qoymuşlar. Bir çox ölkələrin küçə və meydanlarında istifadə olunan reklamlarda
tac, aslan, yeddiqollu şamdan, zeytun çələngi və s. kimi simvollara rast gəlmək olur ki, bütün bunlar mason
simvollarıdır.
Üçkünc sütun, beşguşəli ulduz
Üçkünc sütun simvolu masonların dünya imperiya quruluşunun rəmzidir. Beşgüşəli ulduz isə masonların
planetin beş güşəsində yaşayan bənna qardaşları ilə əlaqəsini əks etdirən simvoldur. Davud peyğəmbərin möhürü
kimi də dəyərləndirilir. Ümumdünya masonluğunun ümumi simvoludur. Altıguşəli ulduz ümumdünya
masonluğunun böyük dövlət möhürü kimi qəbul olunur. İsrail dövlət bayrağında də öz əksini tapmışdır. Ay və
günəş simvollarının mənasına nəzər yetirək. Günəş kainatın Ulu Memarının gözüdür. Hər şeyi görür. Dairə
təkərliliklə, hərəkətlə bağlıdır. Ay ən önəmli simvollardan biridir. Ay təbabətlə bağlıdır, bolluğu, təbabətin
zənginliyini ifadə edir. Yeddiqollu şamdan mason məbədinin ülvi atəşidir. Usta mason dərəcəsində yeddiqollu
şamdan əsası şərtdir. Aslan isə yeni qurulan gənc İsrail dövlətinin emblemidir. Altıguşəli ulduzun içində şaha
qalxmış aslan vardır. Sionist konqresinin emblemidir. Belçika Böyük Mason lojasının emblemində də aslan vardır.
Toxmaq və çəkic
Mason simvolları arasında toxmaq önəmli yer tutur. Amerikanın ilk prezidenti C. Vaşinqtonun əlində toxmaqla
çəkic tutub və mason libasında heykəli vardır. Tac ümumdünya yəhudi krallığı simvoludur. Sümük və kəllə isə
ölüm rəmzidir (mason sirrini açanlar və masonluğu tərk edən yüksək dərəcəli masonlar üçün). Amerikanın YEL
universitetində qədimdən "sümük və kəllə" lojası fəaliyyət göstərir. İki sütun masonların təməl simvollarından
biridir. İki sütun Y və B mövcuddur. Yaxın və Boğaz sütunları lojanın girişində qoyulur, Y və B hərifləri ilə işarə
olunur və çoxalma, artma siyasətini simvolizə edirlər. Məbədin girişində qoyulur. Şotland viskisinin etiketində
vardır. Mason simvolları çoxdur. Onlardan göyərçin, ilan, zınqırov, üç sütun və s. göstərmək olar. Mason