Conseil Superieur de L audiovisuel (CSA) – radio, televiziya kimi müxtəlif elektron
mətbuat orqanlarının fəaliyyətini tənzimləyir. Seçki prosesində mətbuata tövsiyyələr və
təlimatlar verir. Konstitusiya Şurası və Milli Nəzarət Şurası da daxil olmaqla seçkilərə
nəzarət edən qurumlarla yaxından əməkdaşlığ edir.
Amerika Birləşmiş Ştatları
MSK – nın 6 nəfər səlahiyyətli namayəndəsi var. Bunlardan biri sədr, biri müavindir. MSK
üzvlərini prezident təyin edilir, Senat isə bu onları təsdiq edir. Komissiyanın səlahiyyətli
nimayəndələri Federal qanunda Seçki prosesinə aid müddaların həyata keçirilməsinə məsuliyyət
daşıyır və bu seçki prosesini idarə edirlər. Onların iş rejimi dövlət qulluqçuları kimi tam iş günü
müdətindədir.
Polşa
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
Milli Seçki Komissiyası
Dairə Seçki Komissiyası
Məntəqə Seçki Komissiyası
Milli Seçki Komissiyasının səsvermək hüququ olan 9 üzvü var. Onlardan 3 - ü
Konstitusiya Tribunalının sədri, 3 - ü Ali Məhkəmənin sədri, 3 - ü isə Ali İnzibati
Məhkəmənin sədri tərəfindən təyin olunur. Bunlar müvafiq olaraq 3 Konstitusiya
Tribunalının hakimi, 3- ü Ali Məhkəmənin hakimi, 3 - ü isə Ali İnzibati Məhkəmə
hakimlərindən ibarət olur. Onlar öz aralarından bir sədr və iki sədr müavini seçirlər. Siyasi
partiyalar, o cümlədən müxalifət partiyaları, azlığlar və bu kimi digər birliklər Komissiyanın
tərkibində və işində heç bir təsirə malik deyil. Mərkəzi Seçki ofisi - Milli Seçki
Komissiyasının icra orqanıdır. Onun sədri MSK sədrinin tövsiyyəsi əsasında Seym sədri
tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. MSO – nın vəzifəsi seçki və
referendumlara hazırlıq və onların kemirilməsi ilə əlaqədar təşkilati, maliyyə və texniki
məslələr həl edir.
Dairə Seçki Komissiyaları – 7 – 11 nəfər hakimdən ibarət olur. Onlar seçkiyə 52 gün
qalmış Ədliyyə Naziri tərəfindən Milli Seçki Komissiyası ilə razılaşdırılaraq təyin olunurlar.
Məntəqə Seçki Komissiyası – 6-1- üzvü seçki gününə ən azı 21 gün qalmış seçki
komitələri tərəfindən, bir üzv isə icmanın başçısı (mer) tərəfindən təyin olunur.
Türkiyə
Seçki komissiyaları 4 pilləli struktura malikdir:
Yüksək Seçim Kurulu
Rayon Seçki Şuraları
Ərazi Seçki Şuraları
Məntəqə Seçki Komitələri
Yüksək Seçim Kurulunun – təcrübəli hakimlərdən təşkil olunur. Onun səsvermə hüququ
olan 7 üzvü və 4 yardımçi üzvü olur. 6 üzvü Kassasiya Məhkəmələrinin Plenumu, 5 üzv isə
Dövlət Şurası öz üzvləri arasından seçir. Sədr və müavinləri Yüksək Seçim Kurulu öz üzvləri
arasından seçir. Üzvlərin səlahiyyət müddəti 6 ildir. Yüksək Seçim Kurulu sədri ölkənin ən
rütbəli hakimidir.
Rayon Seçki Şuralarına – rayondakı ən rütbəli hakimlər arasından 3 nəfər 2 il müddətinə
təyin olunur. Siyasi partiyalar da Şuraya səsvermə hüququ olmayan üzvlər təyin edə bilərlər.
Ərazi Seçki Şuraları - Sədrdən, 6 daimi, 6 yardımçı üzvdən ibarət olur. Üzvlərdən ikisini
Şura sədri mülki qulluqçular arasından təyin edir. Əvvəlki seçkidə ən çox səs toplamış 4 siyasi
partiyanın hər biri, yeni seçkidə iştirak etdikləri təqdirdə bir üzv və bir yardımçı üzv təyin edə
bilərlər.
Məntəqə Seçki Komitələrinin üzvləri - Rayon Seçki Şuraları tərəfindən təyin olunur.
Komitə sədrdən, 6 əsas və yardımçı üzvlərdən ibarət olur. Əvvəlki parlament seçkləridə ən çox
səs toplamış 5 siyasi partiyanın bir əsas və bir yardımçı üzv təyin etmək hüququ var. Digər
üzvlər isə məntəqənin yerləşdiyi ərazinin bələdiyyə üzvləri arasından püşkatma yolu ilə seçilir.
Sloveniya
Seçki komissiyaları dörd il müddətinə, seçki komitələri hər seçki üçün ayrıca olaraq, təyin edilir.
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Milli seçki komissiyası;
2) Dairə seçki komissiyası;
3) Ərazi seçki komissiyaları
Milli seçki komissiyası parlament tərəfindən təyin olunur. Milli seçki komissiyası sədr,
beş üzv və onların əvəzedicilərindən ibarətdir. Milli seçki komissiyasının sədri və onun müavini
Ali Məhkəmənin hakimləri arasından təyin edilir. Komissiyanın iki üzvü və iki əvəzedicisi
hüquq ekspertləri arasından təyin olunur. Komissiyanın üç üzvü və üç əvəzedicisi siyasi
partiyaların proporsional təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin
edilir.
Dairə seçki komissiyaları milli seçki komissiyası tərəfindən təyin olunur. Dairə seçki
komissiyaları sədr, üç üzv və onların əvəzedicilərindən ibarət olur. Dairə seçki komissiyasının
sədri və onun müavini hakimlər arasından təyin edilir. Komissiyanın bir üzvü və bir əvəzedicisi
hüquq ekspertləri arasından təyin olunur. Komissiyanın iki üzvü və iki əvəzedicisi siyasi
partiyaların proporsional təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin
edilir. Milli icmanın deputatının seçkisi üzrə xüsusi dairə seçki komissiyasının ən azı bir üzvü
həmin icmanın üzvü olmalıdır.
Ərazi seçki komissiyaları milli seçki komissiyası tərəfindən təyin olunur. Ərazi seçki
komissiyası seçki ərazisi üçün təyin edilir. Ərazi seçki komissiyaları sədr, üç üzv və onların
əvəzedicilərindən ibarət olur. Ərazi seçki komissiyasının sədri hakimlər, onun müavini isə digər
hüquqşünaslar arasından təyin edilir. Komissiyanın digər üzvləri siyasi partiyaların proporsional
təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin edilir. Ərazidəki yerli
icmaların nümayəndə orqanları ərazi seçki komissiyalarının üzvləri və onların əvəzedicilərinin
təyinatı ilə bağlı təklif irəli sürə bilər. Parlamentə seçilmiş siyasi partiyaların təkliflərinin sayı az
olduqda, komissiya üzvləri və onların əvəzediciləri dövlət orqanları və yerli orqanların rəsmiləri
tərəfindən müəyyənləşdirilir.
İtalyan və macar milli icmalarının deputatlarının seçkisi üçün xüsusi seçki dairələri üzrə
seçki komissiyaları təyin olunur.
Seçki orqanı sədr, üzvlər və onların əvəzedicilərindən (bundan sonra üzvlər) ibarətdir.
Milli seçki komissiyasının sədri və onun müavini konstitusiya məhkəməsinin sədrinin
məvacibinin maksimum dörddə biri, milli seçki komissiyasının digər üzvləri isə konstitusiya
məhkəməsinin sədrinin məvacibinin maksimum altıda biri məbləğində kompensasiya alırlar.
Seçki keçirilməyən dövrdə milli seçki komissiyasının sədri konstitusiya məhkəməsinin sədrinin
məvacibinin 10%-i, milli seçki komissiyasının sədr müavini isə konstitusiya məhkəməsinin
sədrinin məvacibinin 5%-i məbləğində müavinət alır.
Seçki orqanının bütün üzvləri və ya onların əvəzediciləri iştirak edirsə, bu, yetərsay hesab
olunur. Seçki orqanında iştirak etməyən üzvün yerinə onun əvəzedicisi iştirak edirsə, bu,
yetərsay hesab olunur. Sədr yalnız öz müavini tərəfindən əvəz oluna bilər. Seçki orqanı bütün
üzvlərin səs çoxluğu əsasında qərar qəbul edir. Əgər “lehinə” və “əleyhinə” olan səslər
bərabərdirsə, seçki orqanının sədri həlledici səsə malikdir. Əgər seçki orqanı seçkilərin
keçirilməsi üçün vacib olan qərarı zamanında verə bilməyibsə, qərarı seçki orqanının sədri verir.
Makedoniya
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Dövlət Seçki Komissiyası;
2) Bələdiyyə Seçki Komissiyaları;
3) Seçki Şuraları
Dövlət Seçki Komissiyası – parlament tərəfindən seçilir,Prezident, Prezident müavini və 5 üzv
olmaqla 7 nəfərdən ibarətdir. Seçki və Təyinat məslələri üzrə Parlament Komitəsi müraciət etmiş
namizədlərin siyahısını parlamentə təqdim edir. Bu siyahıdakı namizədlərin arasından, müxalifət
partiyaları DSK – nın prezidentini, hakim partiya isə prezidentin müavuinin namizədliyini irəli
sürür. DSK prezident, prezidentin müavini və üzvləri parlamentdə 2/3 səs çoxluğu ilə seçilirlər.
MSK üzvləri təkrar seçilmə hüquq olmaqla 5 il müddətinə seçilirlər. Son seçkilərdə qələbə
çalmış partiyadan sonra ən çox səs toplamış partiya müxalifət hesab olunur. Makedoniya azlıqda
qalan partiya anlayışı yoxdur.
Aşağıdakı şəxslər DSK prezidenti və üzvü ola bilər:
1.
Makedoniya Respublikasında daimi yaşayan ölkə vətəndaşları;
2.
Ali təhsilli və ən azı 8 il hüquq ( siyasi - seçki sitemləri) sahəsində iş təcrübəsi olan;
3.
Hər hansı siyasi partiyanın üzvü olmayan
Bələdiyyə Seçki Komissiyaları – bir prezident, dörd üzv və onların müavinlərindən təşkil
olunur. Komissiyanın katibi və katib müavini BSK sədri tərəfindən 5 il müddətinə hüquq təhsilli
şəxslərdən təyin edilir. Onlar dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan ali
təhsilli şəxslər arasından seçilir.
Seçki Şuraları - prezident, dörd üzv və onların müavinlərindən təşkil olunur. Prezident və
müavinləri dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan şəxslərdən, 4 üzv və
onların müavinləri isə ictimai quluqçular arasında 4 illik müddətə seçilirlər.
Albaniya
Seçki komissiyaları 4 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Yerli Hökumət Seçki Komissiyaları;
3) Zona Seçki Komissiyaları
4) Səsvermə Mərkəzi Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyasının – yalnız bir dəfə təkrar seçilmək hüququ olan 9 üzvdən ibarətdir.
MSK aşağıdakı qaydada formalaşır:
-
4 üzvü parlament təyin edir. Namizədlər ən böyük partiyalar istisna olmaqla
parlamentdəki sağ və sol partiyalar tərəfindən təqdim olunur. Hər vakant yer üçün
ən çox 2 nəfərin namizədliyi irəli sürülə bilər. Tərəflər öz namizədlərini böyük
partiyaların iştirakı olmadan konsesnsus və ya səsvermə yolu ilə seçirlər. Bir
deputat birdən artıq namizədi dəstəkləyə bilməz. Namizədlər parlamentin spikeri
tərəfindən təqdim olunur.
-
2 üzvü hakimiyyət və müxalifət partiyaların müvafiq olaraq irəli sürdüyü
namizədlər arasından seçməklə Prezident təyin edir. Hər vakant yer üçün 2 – dən
çox namizəd ola bilməz.
-
3 üzv isə aşağıdakı qaydada Ali Ədalət Şurası tərəfindən seçilir:
a)
2 üzv iki ən böyük partiyanın Ali Ədalət Şurasına təqdim etdiyi namizədlər
arasından təyin edilir. Hər vakansiya üçün ən çox 2 namizəd irəli sürülə bilər.
b)
3 – cü üzv isə bu qaydada seçilir: iki ən böyük partiyanın hər biri peşəkar
hüquşünas olan 4 namizəd irəli sürür. Sonra bu partiyalar qarşı tərəfin
namizədlərindən ikisini seçir. Namizədliyi verilmiş bu 4 nəfərdən biri isə 48 saat
ərzində Ali Ədalət Şurası tərəfindən 2/3 səs çoxluğu ilə seçilir. Əgər
namizədlərdə heç biri 2/3 səs toplaya bilməzsə, eyni gündə təkrar səsvermə
keçirilir. Bu dəfə ən çox səs toplamış namizədlər səsə qoyulur. Əgər bu dəfə də
namzidlərdən heç biri səslərin 2/3 - ni toplaya bilmədikdə, ən çox səs toplamış
iki namizəd üçün üçünçü tur keçirilir. Bu dəfə səslərin 50 % - ni toplamış
namizəd seçilmiş hesab olunur.
MSK sədri və müavini yenidən seçilmək hüququ olmaqla 3,5 il müddətinə üzvlər
tərəfindən gizli səsvermə yolu ilə seçilir. Sədr seçkisi üçün hər bir üzvə üzərində 7 üzvün adı
yazılmış bülleten verilir. 5 və daha çox səs toplamış üzv sədr seçilmiş olur. Əgər namizədlərdən
heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış 2 namizəd ikinci tura çıxır. Əgər
yenə də namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə bu zaman ən çox səs toplayan
altı aydan çox olmamaq şərti ilə sədr vəzifəsini icra edir.
Altı aydan sonra yenidən seçki keçirilir. 5 və daha çox səs tyoplamış üzv sədr seçilmiş
olur. Əgər namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış
namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman ən çox səs toplayan namizəd sədr seçilir.
MSK sədrinin müavinin namizədliyi MSK sədrinin təmsil etdiyi siyasi mövqeyə əks
mövqedə dayanan partiyalar tərəfindən verilir və üzvlər arasında gizli səsvermə yolu ilə seçilir.
Səslərin əksəriyyətini toplamış namizəd seçilmiş olur. Əgər namizədlərdən heç biri əksəriyyətin
səsinin toplaya bilmirsə, ən çox səs toplamış namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu
zaman ən çox səs toplayan namizəd sədr müavini seçilir.
Sədr və müavini iki MSK üzvünün təklifi əsasında və üzvlərdən ən azı beşinin səs
verdiyi iclasda vəzifədən kənarlaşdırmaq mümkündür. Səsvermə gizlo keçirilir.
MSK katibi təyin olunur və onun səs vermə hüququ yoxdur. Siyasi partiyalar MSK – ya
məşvərətçi səs hüququ olan nümayəndələr göndərmək hüququ var.
Seçki məcəlləsində yalnız sağ və sol partiyaların MSK üzvlüyünə seçilməsi nəzərdə
tutulub ki, bu da digər partiyalara qarşı ayrı seçkilik yaradır.
Seçki məcəlləsində yalnız sağ və sol partiyaların MSK üzvlüyünə seçilməsi nəzərdə
tutulub ki, bu da digər partiyalara qarşı ayrı seçkilik yaradır.
MSK üzvü aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsilli olmalı;
Məhkəmənin qərarı ilə məhkumluğu olmamalı;
Son 5 ildə heç bir siyasi partiyanın mərkəzi və yerli orqanlarında rəhbər vəzifə
tutmamalı;
Son 5 ildə Dövlət Məlumat Xidməti və Dövlət Polisinin üzvü olmamalı;
Qanun pozuntusuna görə dövlət qulluğundan kənarlaşdırılmamlı;
Hüquq, dövlət və ya seçki administratsiyası, insan haqları müdafiəsi sahəsində
fəaliyyət göstərən QHT və birliklərdə, ictimaiyyətlə münasibətlər, statistika,
politalogiya sahələrinin birində ən azı 5 il təcrübəsi olmalı.
Yerli Hökumət Seçki Komissiyaları 7 üzvdən və səsvermə hüququ olmayan katibdən
ibarətdir. Parlamentdə təmsil olunan partiyalardan ikisi – coxluq və müxalifət – hər biri 3 üzvün
namizədliyini irəli sürür. Yeddinci üzv isə ixtiyari seçmə yolu ilə ya çoxluq, ya da müxalifət
partiyasından seçilir. Seçki Məcəlləsinə görə sədr çoxluq təçki edən partiyadan olduqda, müavin
və katib azlıq təşkil edən partiyadan təyin olunur.
Zona Seçki Komissiyaları və Səsvermə Mərkəzi Seçki Komissiyalarının üzvləri 6 siyasi
partiyanın irli sürdüyü namizədlərdən təşkil olunur. Bu partiyalar istənilən vaxt təyin etdikləri
üzvü dəyişmək hüququna malikdir. Bu prosedura ilə iki əsas siyasi partiyanın orta və aşağı
komissiyalara təsiri azaldılmışdır.
Latviya
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Şəhər Seçki Komissiyaları;
3) Region Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyasının - 9 üzvü var ki, onlardan Sədr və 7 üzv Seym tərəfindən,
1 üzvü isə Ali Məhkəmə tərəfindən 4 il müddətinə seçilir. Seymin hər bir üzvü, o cümlədən
siyasi partiyaların nümayəndələri olan deputatlar yazılı formada MSK üzvlüyünə namizəd
təqdim edə bilər. Müxalifət partiyalarına və ya azlıqda qalan partiyaları üçün hansısa xüsusi
qayda və prosedur nəzərdə tutulmayıb.Msk üzvləri üçün heç bir rəsmi tələb yoxdur. Onların
bacarığı və səriştəliyinə görə namizədləri təqdim edənlər və təsiq edən Seym daşıyır.
Şəhər və Region Seçki Komissiyaları 7 – 15 üzvdən ibarət olur. Komissiyadakı üzvlərin
sayı müvafiq şura tərəfindən müəyyən edilir. Komissiya üzvləri Latış dili bilən latviya
vətəndaşlarından seçilir. Onlar ən azı orta təhsilli olmalıdır.
Ukrayna
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Dairə Seçki Komissiyaları;
3) Məntəqə Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyası – Namizədlikləri Prezident tərəfindən irəli sürülən,
Parlament tərəfindən təyin olunan, 7 illik səlahiyətə malik 15 üzvdən ibarətdir. Prezident
namizədləri irəli sürərkən parlamentdəki fraksiya qruplarla məsləhətləşir. MSK sədri və onun 2
müavinini MSK gizli səsvermə yolu ilə özü seçir. MSK - da səsvermə hüququ olmayan üzvlər
yoxdur. Qanuna görə MSK üzvü – son 5 ildə Ukraynda daimi qeydiyyatda olmaq şərti ilə, ölkə
vətəndaşı olmalı, məhkumluğu olmamalı, ən azı 25 yaşı olmalı, dövlət dilində sərbəst danışmaq
bacarığı və əmək qabiliyyətli olmalıdır. MSK üzvü, onun müavinləri, MSK katibi və ən azı 5
üzvün ali hüquq təhsili oilmalıdır. MSK üzvlərinin elmi fəaliyyətdən başqa digər işlərdə işləməsi
qadağandır.
Dairə Seçki Komissiyaları – 18 üzvdən ibarətdir. Onların 15 nəfərinin namizədliyi 2005 –
ci ildən parlamentdə təmsil olunuan 15 partiya və bloklar tərəfindən irəli sürülüb. Yerdə qalan 3
yerə isə seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş digər partiyalar namizədlər irəli
sürür. Bu 3 yerə üzvlər MSK da keçirilən püşkatma ilə müəyyənləşdirilir. Hər bir partiya və
blokun Məntəqə Seçki Komissiyalarının üzvlərinin hər üç kateqoriyasına namizəd vermək
hüququ var. Hər bir partiya və blokun DSK – da nümayəndələri olur. Ukraynada 225 DSK var.
Məntəqə Seçki Komissiyaları - DSK –lar formasında təşkil olunur. MnSK – da partiyalar
tərəfindən irəli sürülən namizədlər kifayət etmədikdə MnSK sədri müvafiq namizədlər təqdim
etmək hüquqna malikdir. Qanunvericilikdə Məntəqə Seçki Komissiyalarında partiya
təmsilşiliyini balanslaşdırmaq haqqında heç bir tələb yoxdur. Ukraynada 34039 MnSK var.
Gürcüstan
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Dairə Seçki Komissiyaları
3) Məntəqə Seçki Komissiyaları və
Abxaziya və Acariya Muxtar Respublikalarının ali seçki komissiyaları
Mərkəzi Seçki Komissiyasının - 7 üzvü var. MSK sədrliyinə namizədlər Gürcüstan
prezidenti tərəfindən parlamentə təqdim edilir. Digər MSK üzvlüyünə namizədlər isə Rəqabət
Komissiyasının Gürcüstan prezidentinə verdiyi təkliflər əsasında parlamentə təqdim olunur.
MSK – nın səlahiyyət müddətinin başa çatmasına 60 gün qalmış Gürcüstan prezidenti Rəqabət
Komissiyasının yaradılması haqqında sərəncam verir. Komissiya prezidentə hər vakant yer üçün
2 və ya 3 namizəd verir. Rəqabət Komissiyasınınn müraciətindən sonra ən geci 7 gün ərzində
prezident hər vakant yer üçün 2 namizəd, MSK sədrliyinə 1 namizəd müəyyənləşdirir.
Namizədlərin siyahısı parlamentə təq dim edildikdən 14 gün ərzində parlament adlı
səsvermə yolu ilə MSK üzvlərini və sədrini seçir. Hər bir namizəd ayrı – ayrılıqda səsə qoyulur.
Ən çox səs toplayan namizədlər seçilmiş hesab olunur. Boş qalmış yerlər olarsa seçki proseduru
yenidən keçirilir. Eyni namizəd 2 dəfədən çox olmayaraq irəli sürülə bilər. Siyasi partiyalar
MSK – da təmsil olunmurlar.
Qanunla MSK üzvü – ali təhsilli, heç bir partiyanın üzvü olmayan, ictimaiyyətə müraciət
imici olan, Gürcü dilində sərbəst danışan, Seçki administrasiyasının sertifikatını almış, ən az 3 il
iş təcrübəsi olan şəxslər ola bilərlər.
Dairə Seçki Komissiyaları - MSK tərəfindən verilmiş sertifikatlara malik olan şəxlərdə
aşıq müsabiqə yolu ilə seçilirlər.
Məntəqə Seçki Komissiyası - 9 üzvdən ibarətdir. Son seçkilərdə ülk üç yeri tutmuş
partiyaların MnSK üzvlərinin 2/3 hissəsini təyin etmək hüququ var. Yedə qəlan üzvlər DSK
tərəfindən təyin olunur. Gürcüstanda 76 DSK, 3033 MnSK fəaliyyət göstərir.
İstifadə edilmiş ədəbiyyat
--------------------------------
1.
Dahl Robert “ Demokratiya haqqında” Bakı 2005
2.
Andrew Reynolds & Ben Reilly/ The International IDEA: Handbook of Elektoral
System Desig. Stokolm: International Institute for Democracy and Elektoral
Assistance, 1997
3.
Avropa Şurası və Venetsiya Komissiyasının 9 noyabr 2007 – cu il tarixdə Bakı
şəhərində keçirdiyi konfransın materialları
Dostları ilə paylaş: |