Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

68

83.



 

Süleymanov Abgül Neymət oğlu

Saxlanma tarixi:

12


avqust 2011‐ci il

İttiham:

CM‐nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı

(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və

qurğular  əldə  etmə,  başqasına  vermə,  satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə),  233  (ictimai



qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla

əlaqədar  olan,  yaxud  nəqliyyatın,  müəssisə,  idarə  və  təşkilatın  normal  fəaliyyətinin  pozulmasına

səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə

fəal  iştirak  etmə),  234.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya

psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq  miqdarda  əldə  etmə  və  ya  saxlama),

234.4.3  (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə

və  ya  saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq

narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1‐ci (zor

tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  milli,  irqi,  sosial  və  ya dini  nifrət  və  düşmənçiliyin

salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı

olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə

yönələn  hərəkətlər,

informasiya  vasitələrindən  istifadə  olunmaqla

törədildikdə) maddə

aşkar  surətdə  və  ya  kütləvi

ləri


Saxlandığı yer:

8 saylı Cəzaçəkmə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab  Süleymanov  Azərbaycanda  inanclı  fəal  və  nüfuzlu  ruhani  kimi

tanınır.  2001‐ci  ildən  səyyar  şəkildə  “Qurani‐kərim”  və  İslam  din  üzrə  dərslər  deyən  ruhani

2005‐ci  ildə  “Milli‐mənəvi  dəyərlər”  İctimai  Birliyinin  yaranmasında  yaxından  iştirak  edib,  elə

həmin  il  Danimarkada  Məhəmməd  peyğəmbər  barədə  çəkilmiş  karikaturalara  etiraz  əlaməti

olaraq  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  qarşısında  keçirilən  aksiyanın  fəallarından  olub,

2006‐2010‐cu  illər  ərzində  Beynəlxalq  Qüds  günü  ilə  bağlı  İsrail  səfirliyi  qarşısında  keçirilmiş

dinc aksiyalarda iştirak edib, 2009‐cu ildə Fatimeyi Zəhra məscidinin sökülməsi ilə bağlı İqtisad

Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı dinc aksiya

cənab  Süleymanovun  təşəbbüsü  ilə  keçirilib,  2009‐2010‐cu  illərdə  digər  məscidlərin  də

sökülməsi ilə bağlı sərt tənqidi çıxışlar edib, 2010‐cu ilin sonlarında Təhsil Nazirliyinin qərarı ilə

orta məktəblərdə hicaba qoyulmuş qadağaya etiraz olaraq keçirilmiş hər iki aksiyada iştirak edib,

mətbuatda  bu  qərarın  qanunsuz  olması  ilə  bağlı  çıxışlar  edib.  2011‐ci  ilin  mayında  keçirilmiş

“Hicaba azadlıq” aksiyasından sonra təqiblərlə üzləşən cənab Süleymanov həmin ilin avqustunda

həbs olunmuşdur.

Avqustun  12‐də  Milli  Təhlükəsizlik Nazirliyi  və  Baş  Prokurorluq  birgə  məlumat  yayaraq  cənab

Süleymanovun onunla birgə həbs edilən jurnalist Bayramov Ramin Cahangir oğlu və Azərbaycan

İslam Partiyasının üzvü Qəniyev Arif Gülsuvar oğlu ilə birlikdə Azərbaycan Respublikasına qarşı

düşmənçilik  fəaliyyəti  aparmaqda,  xarici  dövlətə  və  onun  nümayəndələrinə  kömək  etməkdə,

eləcə  də  ölkədə  iğtişaşların  törədilməsində,  ictimai  təhlükəsizliyin  pozulmasında,  insanların

itaətsizliyə təhrik edilməsində şübhəli bilindiklərini bəyan etmişlər. Bu məlumatda eyni zamanda

bildirilmişdi  ki,  cənab  Süleymanov  İran  İslam  Respublikasının  Bakıda  fəaliyyət  göstərən

Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı

radikal dini qrup yaradaraq ona rəhbərlik etmişdir. Qrupun üzvləri dini radikallığı təşviq edən

təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı‐seçkiliyini

aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil etmişlər. “Cəfəri”

adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə

www.İslam‐Azeri.az

internet saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.



“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və hər üç şəxs barəsində birgə istintaq

aparılsa da,  onların  məhkəmələri  avqustun  12‐də  yayılmış  məlumata  əksi olaraq ayrı‐ayrılıqda

keçirilmiş,  rayon  məhkəmələrinin  qərarları  ilə  Ramin  Bayramov  və  Arif  Qəniyev    1  il  6  ay

müddətinə azadlıqdan  məhrum  edilmişlər  (Ramin  Bayramov  Amnesty  İnternational  tərəfindən

vicdan məhbusu kimi tanınmışdı, o da, Arif Qəniyev də azadlıqdadır), cənab Süleymanovun işinə

isə  Ağır  Cinayətlər  üzrə  Məhkəmədə  baxılmışdır.  Məhkəmə  prosesi  2012‐ci  ilin  avqustunda

başlanmışdır,  cənab  Süleymanovun  barəsində  həbs  qətimkan  tədbiri  barədə  sonuncu  qərar

Səbayel rayon Məhkəməsi tərəfindən 06 aprel 2012‐ci ildə çıxarılıb və bu qərarda qeyd edilib ki,

həbs  müddəti  11  may  2012‐ci  ilə  qədər  artırılıb,  bu  faktdan  aşkar  şəkildə  görünür  ki,  cənab

qust

69

Süleymanov 3 ay müddətində (2012‐ci ilin mayından məhkəmənin başladığı 2012‐ci ilin av



ayına qədər) qanunsuz şəkildə, yəni məhkəmə qərarı olmadan həbsdə saxlanılıb.

Cənab Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2012‐ci il tarixli qərarı ilə 11 il



müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmişdir.  Bakı  Apellyasiya

ilə


Məhkəməsinin  hakimi  Mirpaşa  Hüseynovun  23  yanvar  2013‐cü  il  tarixli  qərarı

bu  hökm

qüvvədə saxlanılmışdır.

Məhkəmə  istintaqı  zamanı  cənab  Süleymanovun  üzərindən  və  evindən  tapıldığı  iddia  edilən

narkotik  maddənin  ona  məxsusluğu,  üzərindən  tapılan  narkotik  maddənin  satış  məqsədi

olmadan, lakin evindən tapılan narkotik maddənin satış məqsədilə saxlanması ilə bağlı gəlinən

nəticənin səbəbləri aşkar olunmayıb. Bundan əlavə ekspert rəsmi şəkildə cənab Süleymanovun

narkotik  maddə  istifadəçisi  olmadığı  və  bundan  əziyyət  çəkmədiyi  ilə  bağlı  rəy  vermişdir.

Məhkəmə  yalnız  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşlarının,  həmçinin  ziddiyyətli  ifadələr

vermiş və məsələnin mahiyyətindən xəbərsiz olan hal şahidlərinə inanmış, əlavə araşdırmalarda

maraqlı olmamışdır. Cənab Süleymanova qarşı irəli sürülmüş ittihamlardan biri həbsindən 8 ay

əvvəl,  yəni  10  dekabr  2010‐cu  ildə  Təhsil  Nazirliyinin  qarşısında  dinc  şəkildə  keçirilmiş  orta

məktəblərdə hicab qadağasına qarşı aksiya ilə bağlıdır. Həmin aksiya nəticəsində polis onlarla

inanclı şəxsi həbs etsə də, onların çoxu sonradan sərbəst buraxılmış, bir neçə nəfər isə inzibati

qaydada həbs edilmişdir, başqa sözlə desək, heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu

aksiyaya  görə  cənab  Süleymanovun  ittiham  edilməsi  onun  həm  məhz  fəallığına  görə  təqib

edildiyini, həm də ona qarşı ittihamın saxta olduğunu sübut edir. Cənab Süleymanovun qarşı irəli

sürülmüş  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə  milli,  sosial,  dini  nifrət  və

düşmənçilik salma ittihamı onun həbsindən 9 ay qabaq, yəni 2010‐cu ilin noyabrında keçirilmiş

dini məclisdəki çıxışı ilə bağlıdır. Cənab Süleymanov həmin çıxışında məscidlərin sökülməsini və

orta  məktəblərdə  hicab  qadağasını  sərt  tənqid  etmiş,  buna  qarşı  etiraz  aksiyalarının

keçirilməsinin  zəruriliyini  vurğulamışdır,  bu  çıxış  məclisdə  iştirak  edən  şəxslər  tərəfindən

videoya çəkilmiş və sonradan sosial şəbəkələrdə yayılmışdır. İstintaq aksiya etməyə çağırışı zor

tətbiqinə  çağırış  kimi  qiymətləndirmiş,  dövlət  qurumu  tərəfindən  verilmiş  ekspert  rəyini

mötəbər sübut kimi qəbul etmişdir.

MTN və Baş Prokurorluğun 12 avqust 2011‐ci il tarixli birgə məlumatında qeyd edilən məsələlər,

xüsusən  cinayətkar  qrupun  yaradılması,  bu  qrupun  İrandan  təlimatlar  alması,  Ramin

Bayramovun baş redaktoru olduğu saytın fəaliyyəti və s. kimi məsələlərə nə istintaq zamanı, nə

n

d

i



l

l i


də məhkəmədə toxu ulmamışdır ki, bu fakt a cənab Süleymanovun s yasi sifariş ə tə əs k həbs

edildiyini göstərir (bu məlumat hazırda da MTN‐nin rəsmi veb‐səhifəsində qalıb

35

).


Cənab  Süleymanov  ilkin  olaraq  13  saylı  Cəzaçəkmə  Müəssisəsinə  köçürülsə  də,  o,  dərhal

“karser”ə  salınmış  və  Cəzaçəkmə  Müəssisəsinin  rəhbərliyi  cənab  Süleymanovun  burada  daxili

nizam‐intizam  qaydalarını  pozması  ilə  bağlı  təqdimatlar  hazırlamışdır.  Məhz  bu  təqdimatlar

əsasında Qaradağ rayon Məhkəməsinin hakimi Fuad Həsənov 24 aprel 2013‐cü il tarixdə (cənab

Süleymanov cəzaçəkmə müəssisəsinə köçürüləndən 1 ay sonra) ruhaninin 6 ay müddətinə ağır

saxlanma  şəraiti  olan  Qobustan  qapalı  həbsxanasına  köçürülməsi  barədə  qərar  qəbul  etmişdir.

Qərardan verilən apellyasiya və kassasiya şikayətləri nəticəsində cənab Süleymanov Qobustana

öçürülməsə də, o, 2014‐cü ilin yanvarında cəzasının qalan hissəsini çəkmək üçün ciddi rejimli 8

aylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.

k

s



35

http://bit.ly/1hiq3vA




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə