88
xarakterizə edən məlumatlarla birlikdə internet resurslarında
yerləşdirilməsi. (qismən təmin olunub)
Ancaq təəssüf ki, belə hesabatlarda heç bir dövlət orqanı
maliyyə fəaliyyətinə dair hər hansı məlumat açıqlamır.
-
Dövlət təşkilatlarının illik hesabatlarının geniş ictimaiyyət üçün
açıq olması; (qismən təmin olunub)
Çoxlu sayda dövlət orqanı hazırladığı hesabatları internet
saytında yerləşdirir. Lakin bu hesabatlardan həmin
təşkilatların fəaliyyətinə dair dolğun məlumat almaq mümkün
deyil, çünki onlar çox səthi və ümumi hazırlanır. Yerli İH-
lərin çox azında hesabat ayrıca sayta yerləşdirilib. Hətta
bəzən böyük bir İH orqanının 1 illik hesabatı bir neçə
cümlədən ibarət olur. Məsələn, Sumqayıt şəhər icra
hakimiyyətinin saytında 2014-cü ilin hesabatı barəsində cəmi
1 cümləlik məlumat yerləşdirilib. (http://www.sumqayit-
ih.gov.az/news/73.html) Hesabatın özü isə ümumiyyətlə, sayta
yerləşdirilməyib.
-
Dövlət büdcəsi və müvafiq qanun layihələri Azərbaycan
Respublikası Milli Məclisinə təqdim edilməzdən əvvəl tam
şəkildə internetdə yerləşdirilməsi və eyni zamanda bununla
əlaqədar ictimai müzakirələr və dinləmələrin təşkil edilməsi.
(qismən təmin olunub)
Bu məsələdə əsas problem dövlət büdcəsinin müzakirəsindən
öncə açıqlanan sənədin tam yetərli olmaması və ictimai
müzakirə və dinləmələrin keçirilməməsidir.
89
ƏLAVƏ 1.
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər
üçün
Milli Fəaliyyət Planı
Azərbaycan
Respublikasında
dövlət
orqanlarının
fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi,
ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların
tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir
standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci
illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq
hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən
edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi
üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı
fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin
mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün
ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət
prinsiplərinin tətbiqi üçün, əsasən, aşağıdakı tədbirlər
görülmüşdür:
İnformasiya azadlığının təmin edilməsi sahəsində
2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun icrasına
nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə