15
qovularaq tələyə salınması (3№-li mağara,45№-li daş) və bu kimi dəyərli təsvirlər
gözə dəyməkdədir.”
Ekrana yenidən yallı rəqsini ifa edənlərin təsviri (3№-li mağara,45№-li daş)
gəlir. Bu təsviri milli geyimdə yallı rəqsi ifa edən rəqqaslar əvəz edir.Yenə də eyni
təsvir görüntülənir.
Diktor mətni:
“Böyükdaşın 3№-li mağarasındakı 45№-li daşın üzərindəki təsvirdən də gö-
ründüyü kimi,xalqımızın bu günə qədər sevə-sevə ifa etməkdə olduğu yallı rəqslə-
rini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl ifa etməyə başlamışlar.Bu isə o
deməkdir ki,rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər uzanır.Elə
təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir.”
Ekranda 29№-li daşın şimal tərəfindəki çoxfiqurlu kompozisiya canlanır.
Diktor mətni:
“Qayalarda nisbətən dərin qazılmış ovçuların böyük fiqurlu siluet şəkilli təs-
virləri ilk Mezolit dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir.Belə rəsmlər-
dən ibarət böyük bir təsvir kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində,29№-li
daşın şimal tərəfində qazılmışdır.Kompozisiyanın mərkəzi hissəsində göstərilən
ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti xarakter daşıyır,qulaq,burun,göz,
ağız və sairə hissələr göstərilmir.Bu rəsmlər təxminən natural böyüklükdədir.Bura-
dakı insan fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilmə-
mişdir.Buna baxmayaraq,qədim rəssamlar ovçuların üç baxımdan—ön,yan və arxa
tərəfdən təsvir edilməsinə çalışmışlar.Bunu kamanların tam və yarımçıq şəkildə təs
-vir edilməsindən anlamaq olur.Arxa tərəfdən göstərilmiş ovçuların kamanları bü-
tövlüklə,ön tərəfdən rəsm edilmiş ovçuların kamanlarının isə ancaq kənar ucları
təsvir edilir.Bundan başqa bu təsvirlərdəki kamanların yönləri də bir-birinin
əksinə olan diaqonal xətlər istiqamətindədir.Arxa tərəfdən rəsm edilmiş ovçuların
cinsi əlamətləri də bir qayda olaraq göstərilmir.Buradan aydın olur ki,qədim
rəssamlar Insanların ön və arxa baxımdan rəsm edilməsinə ancaq bu yolla nail ola
bilmişlər. Mezolit rəssamlarının bu nailiyyətini nəzərə alaraq həmin daşın
petroqliflərinə diqqətlə baxdıqda aydın olur ki,burada çevrə boyu düzülmüş
ovçular təsvir edilmiş,dairəvi kompozisiya yaradılmışdır.Ona görə də bu petroqlif
ibtidai rəsm xüsu-siyyətlərinə baxmayaraq,Mezolit dövründə yardılmış müəyyən
kompozisiya tərtibatına malik çoxfiqurlu,monumental xarakterli nadir təsviri sənət
əsəri kimi çox qiymətlidir.”
Ekrandakı təsvirin fonunda sənətşünas alim Nəsir Rzayev peyda olur.Ekra-
nın altında onun adı,soy adı və elmi dərəcəsi yazılır. O,mövzunu davam etdirərək
deyir:
16
“Həmin petroqlifin mərkəzi hissəsində insan təsvirlərinin ayrı-ayrı fraq-
mentlərinə bənzər rəsmlər görünür.Onlar bir necə ovçunun profildən primitiv şə-
kildə qazılmış təsvirləridir.Bu yarımçıq və anlaşılmaz rəsmlər qədim rəssamların
yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.
Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki
kamanlar Mezolit dövrünün xarakterik xüsusiyyətlərindəndir.Bu dövrün yetişdir-
diyi təsvir motivlərindən biri də insan fiqurlarında əl və ayaqların statik və
standart vəziyyətdə verilməsidir.Əksər hallarda ovçuların qolları yanlara doğru
açılmış halda, qıçları isə yarımbükülü vəziyyətdə təsvir edilir.Bu təsvir motivləri
qanun şəklini alaraq sonrakı dövrlərdə də təkrar edilmişdir.
Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti
çəkir.Bu onunla izah edilir ki,rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş
vəziyyətdə təsvir etməyə çalışmışdır.Ovçular qısa önlükdə də rəsm edilir.Lakin
petroqliflərə əsasən demək lazımdır ki,Mezolit ovçuları bəzi hallarda enli,dəri şal-
varlar geyirdilər.Belə şalvarda asan hərəkət etmək üçün ovçular diz və topuqlarını
sarıyırdılar.”
Ekranda Böyükdaşın yuxarı mərtəbəsindəki 49№-li qayanın
üzərindəki təs-
vir görüntülənir.
Diktor məni:
“Qobustanın Mezolit dövrü ovçuları ox və yayı ixtira etdikdən sonra yeni
bir çətinlik qarşısında qalmış oldular.O da bundan ibarət idi ki,daş ucluqlu
primitiv oxla uzaq məsafədən vəhşi heyvanları vurmaq olmurdu.Ona görə də
ovçular hey-vanlara daha çox yaxınlaşa bilmək üçün və onları yaxın məsafədən
oxlamaq üçün tədbirlər axtararkən yeni-yeni kəşflər etmiş oldular.Qobustanın
Mezolit dövrünün qaya təsvirlərində o dövrün bir sıra kəşfləri öz əksini
tapmışdır.Bu kəşflər bizim qədim əcdadlarımızın –ovçuların fərasət və əməllərinin
nəticəsi idi.”
Ekranda eyni təsvirin fonunda görünən Nəsir Rzayev deyir:
“Bir zamanlar Almaniyanın Frankfurt şəhərinin zooloji qoruğunun
direktoru olmuş professor Bernard Qrijmekin elmi kəşfi bizim üçün xüsusi maraq
kəsb edir.
Professor Qrijmek uzun illərdən bəri müxtəlif ölkələrdə vəhşi heyvanlar
üzərində təcrübələr apararaq belə nəticəyə gəlmişdir ki,əksər heyvanlar özlərinin
qüvvətli iy duymaq qabiliyyətindən daha çox pis görən zəif gözlərinə arxalanırlar
və etibar edirlər.Alim bu məqsədlə yüngül materiallardan hazırlatdırdığı heyvan
fiqurların-dan gizləncək kimi istifadə edərək çox asanlıqla heyvanlara yaxınlaşa və
onların arasında gəzə bilmişdi.Qobustan təsvirlərindən isə belə görünür ki,alman
alimin 20-ci əsrdə etdiyi kəşfi əcdadlarımız ondan 14 min il öncə ediblərmiş.
Qobustan ovçularının düzəltdikləri gizləncəklərin yan baxımdan qazılmış
daha böyük və aydın təsvirlərini Böyükdaşın yuxarı mərəbəsindəki 49№-li qayada