4
MÜQƏDDİMƏ
Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısındakı ən
böyük xidməti ondadır ki, o özünün qısa müddətli (çəmi 23 ay) fəaliyyəti dövründə xalqımızın istiqlaliyyətini
elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu
əyani şəkildə sübuta yetirmişdi.
"Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli sərəncamında deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin
daxilində və xaricində yaranmış kərkin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət gostərmişdir. Bu dövlətin
qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və
dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət
sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili
elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq
Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdi".
Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana
gəlmişdi. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət
quruluşu devrilir. Zaqafqaziyada Dövlət dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə
xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər
Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən
[5 - 6]
sonra onda iştirak edə bilməyən nümayəndələr
1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini
yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziya
Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsində heç bir əsaslı Yenilik həyata keçirə bilmir.
Seymdə iştirak edən və müxtəlif millətlərdən olan nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici
oriyentasiya məsələlərindəki əskiliklər onların ümumi dil tapmasına imkan vermirdi.
Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz
millətinin mənafeyini ümumzaqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-
ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq
may ayının 26-da öz istiqlaliyyətini elan edir.
Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya
Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəlir ki, "Əgər Gürcüstan öz
istiqlaliyyətini elan edərsə, onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır".
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk
Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli
müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərilərinə götürmək qərarına
gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.
Bu iclasda Milli Şuranın rəyasət heyəti seçilir. Rəyasət heyətinə "Müsavat" partiyası və partiyasızların
demokratik qrupu tərəfindən M. Hacınski, N. Yusifbəyov, X. Xasməmmədov, M. Y. Cəfərov, müsəlman
sosialist partiyalarından X. .Məlik Aslanov, C. Hacınski, sosial-demokrat (menşevik) "Hümmət" qrupundan
Ə. Şeyxülislamov, Rusiya müsəlmanlarının "İttihad" partiyasından isə doktor X. Sultanov daxil olur. Gizli
səsvermə yolu ilə M. Ə. Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
[6 - 7]
May ayının 28-də keçmiş Qafqaz canişinin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə
Azərbaycan Milli Şurasının iclası keçirilir. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura çox böyük ruh
yüksəkliyi ilə, ayaq üstə və sevinc yaşları içərisində Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul
edir. Bəyannamədə deyilirdi:
"Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus
orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti-siyasiyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan
Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq
Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq
Cümhuriyyəti cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cümhuriyyəti təsislini səlah gördü.
Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyəsi üzündən hasil olan vəziyyət
hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət
5
bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı
qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şura milliyeyi-islamiyyəsi bütün cəmaətə elan
ediyor ki:
1.Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan
ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2.Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.
3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə
münasibəti-Həsənə təsisinə əzm edər.
4.Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan
bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.
5.Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün
geniş meydan buraxır.
[7 - 8]
6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş
Şurai-Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur"
1
.
Sonra Milli Şura bitərəf Fətəli xan Xoyski başda ol-maqla Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini
təşkil edir.
Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək
məqsədilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndələr göndərmək qərara alınır.
N. Yusifbəyov, Ş. Rüstəmbəyov və doktor X. Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərilir.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bu
vaxt Bakıda S. Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqei tutan Bakı Xalq Komissarları
Soveti fəaliyyət göstərirdi. S. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakı-da, Şamaxıda, Qubada
törədilən azərbaycanlı qırğınlarından sonra Bakı kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə
itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam
hakimiyyətsizlikdi və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq
məqsədi ilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə keçir. Bu vaxt
Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş
Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son
qoymuş, şəhərdə ciddi qayda-qanun yarada bilmişdi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə
çalışdıqları tədbirlərin "həddindən artıq demokratik istiqamətindən" narazı qalan Azərbaycan burjuaziyası və
mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru paşa buraya gəlmiş
Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Hətta o, milli şura və hökumətin rəhbərlərini qəbul
etməkdən belə imtina edir. Nəticədə Azərbaycanın müstəqilliyi məsələsi böyük təhlükə qarşısında qalır. Uzun
danışıqlardan sonra Nuru paşanın müşaviri və onun yanında böyük nüfuz sahibi olan Əhməd bəy Ağayev
qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün
hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Bu məsələlərin müzakirəsi üçün 1918-ci il iyunun
17-də keçmiş şəhər idarəsinin binasında M. Ə. Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti yeddinci iclası
keçirilir.
Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin
Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir.
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili və həm də xarici siyasət
sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti
F. X. Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə
çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.
2
Müvəqqəti hökumətin hüquq və səlahiyyətlərinə aid ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan
hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu
kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan
hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün
hüquqlardan istifadə üçün səlahiyyət verilir.
1
İclasda çıxış edən F. X. Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycana
azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. F. X. Xoyski hökuməti Gəncədə çox çətin bir şəraitdə
fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da
[9 - 10]
bütün Azərbaycanda
1
ARDA: f.894, siy,10, iş 192, vər.1.
2
Azərbayçan Cumhuriyyəti hökumətinin qanun və binagüzarlıqları
məcmuəsi, 1919, № 1, səh.9.
1
Yenə orada səh.8-9.