Akronimlər
AB – Avropa Birliyi
AİHK – Avropa İnsan Hüquqları Konvensiyası
AQS – Avropa Qonşuluq Siyasəti
AM – Anlaşma Memorandumu
AŞ – Avropa Şurası
ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
AzTV – Azərbaycan Teleradio Yayımı Qapalı Səhmdar Cəmiyyəti
BBC – Britaniya Teleradio Yayımı Şirkəti
BMT – Birləşmiş Millətlər Təşkilatı
CETS – Avropa Şurası Müqavilə Seriyası
FP – Fəaliyyət Planı
İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
QHT – qeyri-hökumət təşkilatı
MDB – Müstəqil Dövlətlər Birliyi
MSHBP – Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
MTRŞ – Milli Televiziya və Radio Şurası
ŞT – Şərq Tərəfdaşlığı
TACIS – Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım
TƏS – Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
ÜİHB – Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
Minnətdarlıq
Bu hesabat Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. Hesabat
Beynəlxalq Mediaya Dəstək (International Media Support) təşkilatının proqram rəhbəri Gülnarə
Axundova tərəfindən, onun RATİ araşdırmaçıları Günay İsmayılova və Pərviz Əzizov və RATİ-nin
sədri və direktoru Emin Hüseynovla birgə apardığı araşdırma əsasında hazırlanıb. Hesabat insan
hüquqları konsultantı Rebekka Vinsent tərəfindən redaktə olunub. Bu hesabatdakı məlumatların
redaktə olunmuş versiyası RATİ-nin hazırladığı və Azərbaycanın müxtəlif insan hüquqları
qurumları qarşısındakı öhdəliklərinin icrasını təhlil edən daha geniş hesabatın bir hissəsi olaraq
dərc olunub.
Hesabat Beynəlxalq Mediaya Dəstək (International Media Support) təşkilatının dəstəyi ilə nəşr
olunub.
Xülasə
Son 10 il ərzində Azərbaycan Avropa Birliyi (AB) ilə, xüsusilə enerji əməkdaşlığı sahəsində, sıx
əlaqələri inkişaf etdirib. Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin
1
saytında qeyd
olunduğu kimi, “AB Azərbaycanla əməkdaşlıq sərhədlərini aşaraq, tədrici iqtisadi inteqrasiya və
siyasi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində sıx əlaqələrin qurulmasına çalışır”.
AB-nə qoşulmaq məqsədinin Əliyev rejimi üçün prioritet məsələ olmamasına baxmayaraq, AB ilə
"bərabər tərəfdaşlıq" prinsipi altında enerji və iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq
gündəmdə olub.
Həm İlham Əliyevin, həm də onun atası, mərhum prezident Heydər Əliyevin Avropa dəyərlərinə
sadiqliyini elan etmələrinə baxmayaraq, əslində onlar ölkə daxilində öz güclərini
möhkəmləndirməyi prioritet məsələyə çeviriblər – hətta bu onların demokratik etimadına xələl
gətirsə belə və Qərblə əlaqələrini təhlükə altına almaq bahasına olsa belə. Azərbaycanda
demokratiya görüntüsü yaratmaqla bərabər hər iki prezident Qərbdən Rusiyanın həddən artıq təsir
gücünə qarşı balansı qorumaq vasitəsi kimi istifadə etməyə çalışıb – bu taktika onlar üçün ölkə
daxilində insan haqları pozuntuları ilə bağlı Qərblə “sövdələşmək” üçün bir vasitədir.
AB-Azərbaycan əməkdaşlığını enerji təhlükəsizliyi üzərində davam etdirmək, şübhəsiz ki,
gündəliyin başlıca məsələsidir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region
üçün əhəmiyyətlidir. Lakin Azərbaycanda insan haqlarının pisləşməkdə olan durumu da eyni qədər
diqqət yetirilməli və narahatlıq doğuran bir məsələdir.
Azərbaycan uzun illər demokratiya və insan hüquqları sahəsində davamlı surətdə geriləyib.
Azərbaycan 2006-cı ildə birgə imzalanmış Fəaliyyət Planında
2
bir çox sahədə islahatlar həyata
keçirmək öhdəliyi götürsə də, ölkədə ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı hüquqları
dramatik dərəcədə məhdudlaşdırılıb. Halbuki, bu hüquqlar həm Azərbaycan Konstitusiyası, həm də
Azərbaycanın üzvü olduğu beynəlxalq insan hüquqları müqavilələri ilə aşkar şəkildə təmin olunub.
1
AB-nin Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsi:
http://bit.ly/15rKlgZ
2
AB-Azərbaycan Fəaliyyət Planı:
http://bit.ly/14TCKE9
Azərbaycan və AB arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi müxalifət üçün
azad məkanın kiçilməsi ilə nəticələnib. Azərbaycanın 2006-cı ildə AB-Azərbaycan Fəaliyyət Planını
imzalamasından bəri fundamental insan hüquqları məhdudlaşdırılmış və ya kobud şəkildə
pozulmuş çoxlu sayda tanınmış hökumət tənqidçiləri, jurnalistlər, müxalifətçilər, ictimai
nəzarətçilər və etiraz aksiyası iştirakçıları vardır.
Vətəndaşlara, xüsusən də müxalif partiyalara, hüquq müdafiəçilərinə, müstəqil mediaya və gənc
fəallara qarşı hüquq pozuntularının baş verməsi ilə bağlı sənədləşdirilmiş faktlar mövcuddur.
Prezident seçkiləri ərəfəsi dövr siyasi müxalifəti və fəal vətəndaş cəmiyyətini susdurmağa
hesablanmış siyasətin tətbiqində kəskin artım ilə müşayiət olunur. Hazırkı prezident bu
narahatedici təşəbbüslərin həyata keçirilməsində qanunvericilik, media və məhkəmə üzərində tam
nəzarətə malikdir. Ambisiya sadədir: siyasi və ictimai siyasət məsələləri ilə məşğul olan müstəqil
QHT, media və digər qrupların və ya şəxslərin sıradan çıxarılması.
Özünün Azərbaycan üçün nəzərdə tutulmuş demokratiyanın təşviqi strategiyasında AB daha çox
“yumşaq güc” kimi çıxış etmiş və dialoqa, əməkdaşlığa və maarifləndirməyə əsaslanan
strategiyadan istifadə edib. Bu gün Azərbaycanda siyasi nüfuzunu artırmaq və ölkədə insan
hüquqlarının pisləşməkdə olan durumunu yaxşılaşdırmaq üçün AB daha sərt və daha düşünülmüş
yanaşmadan istifadə etməlidir.