Demokratiya, insan hüquqları və əmək bürosu
2009 İnsan Hüquqlarının vəziyyətinə dair
Ölkə Hesabatları
11 Mart, 2010
Azərbaycan təqribən doqquz milyon əhalisi olan və prezident üsuli-idarəsi respublikasıdır.
Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir. Praktikada prezident
hakimiyyətin
icra, qanunvericilik və məhkəmə qolları üzrə üstünlük təşkil etmişdir. Sabiq prezident Heydər
Əliyevin oğlu İlham Əliyev demokratik seçkilər üçün mövcud olan beynəlxalq standartlara tam
olaraq cavab verməyən seçkilər vasitəsi ilə 2008-ci ilin oktyabr ayında ikinci müddətə prezident
seçilmişdir. Seçki zamanı baş vermiş qüsurlara siyasi iştiraka və kütləvi informasiya vasitələrinə
tətbiq edilən ciddi məhdudiyyətlər, müşahidəçilərə tətbiq edilən təzyiq və məhdudiyyətlər, və
səslərin qüsurlu sayılması prosesi və tabulyasiyası prosesi daxildir. Mart ayında ciddi qüsurlarla
keçirilmiş referendum vasitəsi ilə prezidentliyə şamil edilən iki müddətlilik məhdudiyyət ləğv
edilmişdir. Baxmayaraq ki, 50-dən çox siyasi partiya mövcud olmuşdur, hakimiyyətdə olan Yeni
Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etməkdə davam etmişdir. Ermənistanın
dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və
ətrafda olan yeddi rayona nəzarət etməkdə davam etmişdir. Dövlət həmin ərazilərdə baş vermiş
hallara heç bir nəzarət etməmişdir. Ümumilikdə, mülki qurumlar təhlükəsizlik qüvvələrinin
üzərində effektiv nəzarəti həyata keçirmişdir. Dövlət və yerli səviyyədə təhlükəsizlik
qüvvələrinin nümayəndələri çox saylı insan hüquqları pozuntuları törətmişdirlər.
Vətəndaşların öz hökumətini dinc yolla dəyişmək hüququ 2008-ci ilin oktyabr ayında keçirilmiş
prezident seçkilərində, mart ayında keçirilmiş referendumda və dekabr ayında keçirilmiş
bələdiyyə seçkilərində məhdudlaşdırılmışdır. Polis və hərbi orqanlarda saxlanılan şəxslərin
döyülməsi və onlara işgəncələr verilməsi nəticəsində 4 nəfər vəfat etmiş və hüquq mühafizə
orqanları cəzasızlıq şəraitində fəaliyyət göstərmişlər. Həbsxanalarda şərait sərt və insan həyatı
üçün təhlükəli olmuşdur. Xüsusilə, hakimiyyətə siyasi müxalif hesab edilən şəxslərə
münasibətdə həyata keçirilən əsassız həbs və saxlamalar, habelə məhkəmədən öncəki uzun-
müddətli saxlamalar davam etmişdir. Dövlət siyasi motivlər səbəbindən insanların həbs
edilməsini davam etdirmişdir. Hüquq mühafizə orqanları və məhkəmələr də daxil olmaqla geniş
yayılmış korrupsiya halları davam etmişdir. Xüsusən siyasi təşkilatlanma, dinc yolla etirazın
bildirilməsi və dini fəaliyyətlə bağlı sərbəst toplaşma azadlığına, məhdudiyyətlərin qoyulması
davam etmişdir. Kütləvi informasiya vasitələrinə təzyiq və məhdudiyyətlər və siyasi iştiraka
məhdudiyyətlər daha da pisləşmişdir. Hökumət qeydiyyatdan keçməmiş bir sıra müsəlman və
xristian qrupların fəaliyyətini məhdudlaşdırmış və yerli rəsmilər bəzi üzvlər və dini icmalarla pis
rəftar etmişdir. Həmçinin, qadınlara qarşı zorakılıq hallarının baş verməsi barədə məlumat
verilmişdir. Cinsi istismar məqsədi ilə insan alveri və məcburi əmək də problem olaraq
qalmışdır.
İNSAN HÜQUQLARINA HÖRMƏT
1-ci Bölmə. İnsan toxunulmazlığınahörmət, o cümlədən::
a. Həyatdan əssasız və ya qeyri-qanuni məhrumetmədən azadlıq
Hökumət və ya onun nümayəndələri əsassız və ya qanunsuz heç bir qətl törətməmişlər; lakin
insan hüquqlarının monitorinqini həyata keçirən şəxslər məlumat vermişlər ki, polis və ya hərbi
orqanlar tərəfindən nəzarət olunan təcridxanalarda ən azı dörd
nəfər qaba və ya pis rəftar
nəticəsində vəfat etmişdir.
14 yanvar tarixində, Vaqif Süleymanov Biləsuvar rayonunda polis şöbəsində vəfat etmişdir.
Etibarlı mənbələrin məlumatına əsasən həmin şəxs döyülərək öldürülmüşdür.
19 may tarixində 70 yaşlı Toğrul Məmmədzadə Ədliyyə Nazirliyinin tibb müəssisəndə vəfat
etmişdir. Nazirliyin ölüm halını özünə qəsd kimi bildirməsinə baxmayaraq etibarlı mənbələr
hesab etmişlər ki, həmin şəxs döyülərək öldürülmüşdür.
11 iyun tarixində Rüstəm Əliyev Lənkəranda polis şöbəsində bir həftə saxlanıldıqdan sonra vəfat
etmişdir. Polisin həmin şəxsin kamerada özünü asaraq intihar etməsini iddia etməsinə
baxmayaraq etibarlı mənbələr qeyd etmişdir ki, həmin halın baş verməsi fiziki cəhətdən mümkün
deyil və tibbi sübutlar həmin şəxsin döyülərək öldürülməsini özündə əks etdirmişdir.
2 avqust tarixində Ağa Turabov Bakıda Nərimanov Rayon Polis İdarəsində polis işçiləri
tərəfindən döyülmüşdür. Turabov infarkt keçirib və hadisə yerində vəfat etmişdir.
Rəşad Həziyev, Məhəmməd Rəhimov və ya Zaur Məmmədovun işlərinə dair hər hansı bir
yenilik barədə məlumat olmamışdır. Onların dördünün də cəsədi 2008-ci ildə polis şöbələrinin
içində və ya ətrafında tapılmışdır.
Hökumət il ərzində orduya çağırılmış 6 əsgərin vəfatı barədə məlumat vermiş və bunları
ermənilərlə təmas xəttində baş vermiş hadisələrə aid etmişdir.
Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər
hissəsinə və ətrafda olan yeddi rayona nəzarət etməkdə davam etmişdir. Dağlıq Qarabağ
münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xəttində il ərzində baş vermiş
atışmalar nəticəsində yenə də hər iki tərəfə aid çox saylı tələfatlar baş vermişdir. Xarici İşlər
Nazirliyi təmas xəttində iki mülki şəxsin həlak olması barədə məlumat vermişdir.
Ərazilərin minalardan təmizlənməsinə dair milli agentliyin verdiyi məlumata əsasən minaların
partlaması nəticəsində
iki nəfər həlak olmuş, onlardan biri mülki şəxs olmuş, 17 nəfər isə xəsarət
almış və onlardan 15-i mülki şəxs olmuşdur. Yerli qeyri-hökumət təşkilatı (QHT) olan
Azərbaycan Minaların Qadağan edilməsi Kampaniyası məlumat vermişdir ki, il ərzində
minaların partlaması iki nəfərin ölümü və altı nəfərin xəsarət alması ilə nəticələnmişdir. Həlak
olmuş iki şəxs hərbçi, xəsarət almış altı şəxs isə mülki şəxslər olmuşdur.
b. İtkin düşmə
İl ərzində siyasi motivlər səbəbindən itkin düşmə hallarına dair heç bir məlumat olmamışdır.
Lakin, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq itkin düşmə halları haqqında məlumat
verilmişdir. Hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 133 nəfərin itkin düşməsi barədə
il ərzində məlumat vermişdir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş
şəxslərlə bağlı işləri araşdırmaqla fəal məşğul olmuş və itkin düşmüş şəxslərin vahid siyahısının
tərtib edilməsi üçün hökumətlə birgə iş aparmışdır. BQXK-yə əsasən münaqişənin hər iki
tərəfinin itkin düşənlərin təsdiq edilən sayı 4478-dən 4558 nəfərədək artmışdır. BQXK məlumat
vermişdir ki, il ərzində o, yeni 105 itkin düşmüş şəxslərə aid işin araşdırmasına başlamışdır.
2008-ci ildə hökumətlə imzalanmış çərçivə sazişinin nəticəsi olaraq BQXK il ərzində 2000
ailədən vəfata qədər olan vəziyyət barədə məlumat toplamışdır., Təmas xəttində hər iki münaqişə