Bəzək əşyası Sənətkarlar müxtəlif növ silahlar (zireh, qılınc, xəncər, ox, nizə uduqları), əmək
alətləri (balta, bıçaq, oraq, qayçı və s.), bəzək şeyləri (üzük, sırğa, bilərzik, muncuq və s.)
hazırlayırdılar.
Dulusçu peşəsi inkişaf etmişdi. Qazıntılar göstərir ki, əhalinin təsərrüfat həyatında və məişətində
saxsı məmulatı geniş yer tutmuşdur. Sənətkarlar gildən tikinti materialı (kirəmit, kərpic), müxtəlif
qablar, insan və heyvan fiqurları hazırlayır və dulus kürələrində bişirirdilər. Gil qabları insan,
heyvan, quş, bitki rəsmləri ilə və həndəsi fiqurlarla bəzəyirdilər. Albaniyada eramızın ilk
əsrlərindən başlayaraq yerli şüşə qablar hazırlamışlar.
Bəzək əşyası Dövlətin yaranması ilə möhürlər meydana gəlmişdi. Möhürlər üzük formasında
düzəldilir və bəzək əşyası kimi barmağa taxılırdı. Möhür-üzüklərin qaş hissəsində dini məzmunlu
rəsmlər həkk olunurdu.
Möhürlə sənədləri təsdiqləyir, qapıları və müxtəlif məhsulla doldurulan qabları möhür-ləyirdilər.
Albaniyada toxuculuq da inkişaf etmişdi. Toxucular qoyun və dəvə yunundan hazırlanmış iplərdən
istifadə etmişlər.
Boyaqçılıq, dabbaqlıq, dülgərlik, dərzilik, çəkməçilik və s. sənət sahələri əhalinin gündəlik
tələbatını ödəyirdi. Dövlət yaranana qədər əhali, əsasən, mal mübadiləsi ilə ticarət aparırdı.
Dövlətin yaranmasından sonra daxili və xarici ticarət xeyli genişlənmişdir.
Antik Albaniyada istifadə olunan pullar Alban dövlətində ticarətdə puldan geniş istifadə
edilmişdir. Şamaxıda, Qəbələdə tapılmış gümüş pul dəfinələri albanların ticarətdə puldan istifadə
etdiyini sübut edir.
Albaniya ərazisindən tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilən gümüş
pullardır. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədiyindən e.ə. III əsrin 1-ci yarısından
başlayaraq Albaniyada İsgəndərin pullarına oxşar pullar kəsilmişdir. Ölkədə başqa dövlətlərin
pulları da işlədilmişdir.
Qalatəpədə antik dövrə aid
divar qalığı (Qarabağ) Şəhərlər. Albaniyada şəhərlərin əmələ gəlməsi üçün şərait e.ə. I minilliyin
ortalarında yaranmışdır. Şəhərlərin yaranmasında sənətkarlıq və ticarətin inkişafı mühüm rol
oynamışdır. Qədim şəhərlər karvan yolları üzərində, dini mərkəzlərin (məbədlərin) ətrafında
yaranmış, yaxud ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərlər üçün əlverişli coğrafi
məkan seçilmiş, düşməndən qorunmaq üçün onların ətrafına möhkəm müdafiə divarları çəkilmiş
və dərin xəndəklər qazılmışdır.
Strabon öz əsərində Albaniyanın Ayniana və Anariaka şəhərlərinin olduğunu yazır. Plini yazır ki,
Albaniyanın başlıca şəhəri Kabalakadır (indiki Qəbələ). Ptolemey Albaniyanın 29 şəhəri və böyük
yaşayış məntəqələri sırasında Qəbələ və Şamaxının adlarını çəkir.
Mingəçevir, Qəbələ, Şamaxı, Dərbənd, Torpaqqala və başqa şəhər yerlərində arxeoloji qazıntılar
aparılmış və tapılmış zəngin materiallar əsasında Albaniyanın şəhər mədəniyyəti öyrənilmişdir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Albanların təsərrüfat həyatını təsvir edin.
2. Albaniyada metalişləmə sənəti necə inkişaf etmişdi?
3. Möhürlər nə vaxt meydana gəlmişdi? Onlardan nə üçün istifadə olunurdu?
4. Albaniyada sənətin daha hansı sahələri inkişaf etmişdi?
5. Ticarətin inkişafında nə kimi yenilik baş vermişdi?
6. Qədim Albaniyada hansı şəhərlər olmuşdur?
7. Albaniyanın şəhər mədəniyyətini hansı mənbələr əsasında öyrənirik?
Atropatena və Albaniya əhalisinin təsərrüfat həyatını müqayisə edin.
Əldəyirmanı, pul dəfinələri, Kabalaka
§ 21. ALBANLARIN YADELLİLƏRƏ QARŞI
MÜBARİZƏSİ
Oroys E.ə. II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrilmişdi. Romalılar
Albaniya ərazisini, Xəzər dənizinin sahillərini tutmaq istəyirdilər. Çünki Hindistanla Qara dəniz
sahillərini birləşdirən ticarət yolu buradan keçirdi.
Bu məqsədlə Roma sərkərdəsi Pompey Albaniyaya hücum etdi. Albanlar Pompeyə müqavimət
göstərdilər. Albaniyaya daxil olan Pompey qışı Kür vadisində keçirməli oldu. O, ordusunu üç
məntəqədə yerləşdirdi. Bu məntəqələrdən birinə özü, digərlərinə köməkçiləri başçılıq edirdi.
Albaniya padşahı Oroys romalıların hər üç düşərgəsinə eyni vaxtda hücum etməyi qərara aldı. Bu
döyüşdə albanların 40 min nəfərlik qoşunu döyüşürdü. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində
döyüş oldu. Bu döyüşdə romalılar qalib gəldilər. Pompey albanlarla sülh bağlayıb İberiyaya doğru
hərəkət etdi. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də
Pompey yenidən e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Albanlar romalıları Qanıx çayı
yaxınlığında qarşıladılar. Albaniya qoşunlarına Oroysun qardaşı Kozis başçılıq edirdi. Hərbi hiylə
işlədən romalılar bu döyüşdə də albanlara qalib gəldilər. Pompeylə Kozis döyüşdə qarşılaşdılar.
Kozis ölümcül yaralandı, Pompeyi isə əynindəki zireh ölümdən xilas etdi. Salamat qalan alban
döyüşçüləri qaçıb meşədə gizləndilər. Pompeyin əmri ilə romalılar meşəyə od vurdular. Meşədə
gizlənmiş alban döyüşçüləri həlak oldular.
Romalılara qarşı qadınlar da vuruşurdular. Alban qadınlarının cəsarəti romalıları heyrətə
gətirmişdi.
Dostları ilə paylaş: |