9
sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləĢdirdi. UĢaqlara
verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa baĢladı. Ġbtidai
icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uĢaq və yeni-
yetmələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə
səbəb oldu. “Gənclər evi” insanlara müəyyən əmək vərdiĢləri və
bacarıqların, ayinlərin (mərasimlərin) öyrədilməsi məqsədilə təĢkil
edilmiĢdi. Burada tərbiyənin baĢlıca forması keçirilən birgə oyun və
məĢğələlərdən ibarət idi.
Patriarxal qəbilə quruluĢunda “gənclər evi” müxtəlif forma-
larda təĢkil olunurdu. Oğlanların tərbiyə edilməsi iĢi ilə ağsaqqallar
və kahinlər məĢğul olurdular. Əmlak təbəqələĢməsinə görə kasıblar
və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey-
dana gəldi. 10-15 yaĢına çatmıĢ hər iki cinsdən olan bütün yeni- yet-
mələr inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçirdi-
lər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət
davam edirdi. Ġnisiasiya dini mərasim formasında keçiri- lərək ənə-
nəvi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müĢayiət
olunurdu. Ġbtidai icma dövründə tərbiyə iĢi mürəkkəb- ləĢmiĢ, çox-
sahəli və planlı xarakter almıĢdı.
UĢaqlara əmək bacarığı və vərdiĢləri aĢılanmaqla yanaĢı, həm
də onlara dini mərasim qaydaları öyrədilirdi. Böyüyən gənc nəslin
tərbiyəsində Ģifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, musi-
qi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, dav-
ranıĢını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi.
Qəbilə icmasının sonrakı inkiĢaf mərhələsində gənclərin hərbi
tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə et-
mək, at çapmaq və s. kimi bacarıqları əhatə edən hərbi tərbiyə
verilirdi.
Sonralar isə onlara ilkin bilik verməklə yanaĢı, yazının əmələ
gəlməsi ilə əlaqədar olaraq yazmağı öyrətmək də tərbiyə iĢinin
məzmununa daxil edildi. Ġbtidai icmanın sonlarında ailə tərbiyəsi
tərbiyə iĢinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha
da geniĢləndi və mürəkkəbləĢdi. Tərbiyə ictimai fəaliyyətin xüsusi
forması kimi fərqləndirildi.
10
1.3. Antik yunan fəlsəfəsində tərbiyə
1.3.1. Sparta tərbiyə sistemi
Qədim yunan filosofu Aristotelə görə, Sparta vətəndaĢlarının
tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas
yer tuturdu. Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər, gələcək qul-
darlar yetiĢdirməkdən ibarət idi. Ona görə də quldar övladlarının fi-
ziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.
Plutarx yazırdı ki, “yeni doğulan uĢaqları ağsaqqallar nəzər-
dən keçirirdilər. Əgər o, (uĢaq) möhkəm və ahəngdar quruluĢlu
olardısa, onu tərbiyə etmək üçün atasına qaytarar, zəif və eybəcər
uĢaqları Tayqet yanındakı uçurumdan atardılar. Onlar zənn edirlər
ki, belə uĢağın həyatı nə onun özünə, nə də cəmiyyətə mənfəət verə
bilməz. Çünki təbiət ona əvvəldən qüvvət və yaxĢı bədən quruluĢu
verməmiĢdir”.
Spartalılar 7 yaĢa qədər ailədə məĢhur dayələrin himayəsində
tərbiyə alırdılar. Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim
vəzifəsini öz üzərinə götürdü. Belə tərbiyə uzunmüddətli olub üç
mərhələni əhatə edirdi:
a) 7 yaşdan 14 yaşadək;
b) 14 yaşdan 20 yaşadək;
c) 20 yaşdan 30 yaşadək.
Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu
məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu
ki, onlara pedanom deyilirdi.
Birinci mərhələdə uĢaqlar pedanomun-tərbiyəçinin rəhbərliyi
altında tərbiyə alırdılar. Onlar birlikdə yaĢayır, oxu və yazı vərdiĢ-
lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki,
oğlanların bədəni möhkəmləndirilir, habelə onlara soyuğa, aclığa,
ağrılara və susuzluğa tab gətirmək aĢılanırdı. Gənc spartalılar qaç-
mağa, hoppanmağa, əlbəyaxa vuruĢma zamanı müxtəlif vasitələrdən
istifadə etməklə yanaĢı, hərbi mahnılar oxumağa da hazırlanırdılar.
Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri-
lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alıĢ-
dırırdılar.
11
Tərbiyənin ikinci mərhələsində uĢaqların savad təliminə
musiqi və nəğmə məĢğələləri də əlavə edilirdi. Tərbiyə üsulları get-
dikcə sərtləĢirdi. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət baĢçıla-
rının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi. Gənc-
lərə yaĢlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, la-
kin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə
məhdudlaĢdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. YaĢlılar
tərəfindən pis hərəkətlər kəskin Ģəkildə mühakimə edilir və onların
qarĢısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq
spartalıları sərxoĢluqdan qorumaq üçün “ayıqlıq dərsləri” təĢkil
etmiĢdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar
sərxoĢluğun nə qədər iyrənc və çirkin bir iĢ olduğunu gözləri ilə
görsün və buna Ģəxsən əmin olsunlar. UĢaqların tərbiyə- sindəki
mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir
neçə sözdə çox Ģeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri
idi. Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq
öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi.
Likurq pul sikkəsini hörmətdən salsa da “söz sikkəsi” ilə
baĢqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna
ifadə olunsun. UĢaqlar uzun müddət dinməz dayanmağı öyrənib, də-
rin mənalı cavab verməyə alıĢırdılar. Ona görə də belə yığcam danı-
Ģan adamların vətəninin adından “lakonik danışıq” anlayıĢı ya- ran-
mıĢdır. Sonralar spartalılar bu xüsusiyyəti daha da inkiĢaf etdi-
rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daĢı-
yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə
də kifayət qədər diqqət yetirilmirdi. Fiziki tərbiyədə dövlət üçün
möhkəm bədənli döyüĢçülər yetiĢdirilməsi nəzərdə tutulurdu. Spar-
tada mükəmməl Ģəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüĢ-
çü nəzərdə tutulurdu. Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim
dövrlərdə formalaĢmıĢ dövlət sistemi ilə Ģərtlənirdi. Dövlətin əsas
vəzifəsi isə qulları itaətdə saxlamaq idi.
1.3.2. Afina tərbiyə sistemi
Afinada hərtərəfli inkiĢaf etmiĢ Ģəxslər tərbiyə etmək vəzi-
fəsi qarĢıya qoyulmuĢdu. Onlar həm fiziki, əxlaqi, həm də əqli cə-
hətdən inkiĢaf etmiĢ, gözəl zövqə malik insanlar olmalı idilər. Bu
Dostları ilə paylaş: |