5
I FƏSĠL
MÜASĠR DÖVRDƏ MÜƏSSĠSƏNĠN KAPĠTALI VƏ ONUN TƏRKĠBĠ
§1.1. Müəssisənin kapitalının mahiyyəti, zəruriliyi və aktivlərinin təsnifatı
Müəssisənin maliyyəsinin idarəolunması – onun kapitalının idarəolunması
deməkdir.
Kapital – aktivlərə qoyulan və gəlir gətirən vəsaitdir. Aktivlər isə əsas və
dövriyyə kapitalından, yəni müəssisənin əmlakından və pul vəsaitindən ibarətdir.
Təsərrüfat subyektinin fəaliyyətinin maliyyələşdirilməsi sistemində əsas
anlayışlardan biri – kapitaldır.
Kapitalın iqtisadi kateqoriya kimi mahiyyətinin formalaşdırılmasına qarşı üç
yanaşmanı qeyd etmək olar:
- iqtisadi;
- mühasibat;
- uçot-analitik.
İqtisadi yanaşma çərçivəsində kapitalın fiziki konsepsiyası realizə olunur.
Geniş mənada isə bu resursların məcmuu deməkdir və onlar cəmiyyətin gəlirlərinin
universal mənbəyini təşkil edirlər. İqtisadi kapital ayrılır: şəxsi, xüsusi və dövlət.
Xüsusi və dövlət kapitalı özü də aşağıdakılara ayrılır:
1.
real kapital;
2.
maliyyə kapitalı.
Real kapital – istehsal faktoru kimi material-əşya formasında çıxış edir.
Məsələn, maşın, bina, nəqliyyat vasitələri, xammal və material və s.
Maliyyə kapitalına isə qiymətli kağızlar və pul vəsaiti daxildir. Bununla
əlaqədar olaraq, kaptalın səviyyəsi mühasibat balansının aktivinin yekunu kimi
hesablanılır.
Mühasibat yanaşması çərçivəsində kapital təsərrüfat subyekti səviyyəsində
müəssisənin mülkiyyətçilərinin onun aktivlərinə olan marağı kimi ifadə olunur və
bu halda «kapital» termini xalis aktivlərin sinonimii kimi çıxış edir. Lakin xalis
aktivlərin səviyyəsi isə sbueyktin aktivlərinin6 məbləği ilə onun öhdəliklərinin
6
səviyyəsi arasındakı fərq kimi hesablanılır. Belə anlayış kapitalın maliyyə
konsepsiyası kmi qeyd olunur və sonrakı balans modeli ilə formal olaraq ifadə
edilir:
A = K + Bö
A – təsərrüfat subyektinin dəyər ifadəsndə aktivləri;
K – mülkiyyətçinin kapitalı;
- Bö – üçüncü şəxs qarşısında borc öhdəliyi.
Yuxarıda qeyd edilən yanaşmaya əsasən kapitalın səviyyəsi təsərrüfat
subyektinin mühasibat balansının «kapital və ehtiyatlar» bölməsinin yekunu kimi
hesablanılır.
Kapitala uçot-analitik yanaşma zamanı isə iqtisadi (maliyyə) və mühasibat
yanaşmanın (iki yanaşmanın) modeli kimi kapitala baxılır. Belə halda resursların
məcmuu kimi kapital iki tərəfdən eyni zamanda xarakterizə olunur:
- onun qoyuluşunun istiqaməti;
- yaranma mənbələri (kapital haradan alınmışdır və o kimindir).
Yuxarıda qeyd olunanlara əsasən kapitalın bir-biri ilə əlaqəsi olan hissələri
müəyyən edilir:
- aktiv kapital;
- passiv kapital.
Aktiv kapital – təsərrüfat subyektinin istehsal gücləridir və müəssisənin
mühasibat balansının aktivində iki blok növündə, yəni əsas və dövriyyə kapitalında
əks etdirilir.
7
AKTĠV KAPĠTALIN QURULUġU
Passiv kapital – vəsaitin uzunmüddətli mənbidir, həmin mənbələr hesabına
təsərrüfat subyektinin aktivi formalaşır. Passiv kapital bölünür:
- xüsusi kapital;
- borc kapitalı.
Xüsusi kapital müəssisənin aktivlərinin dəyərinin bir hissəsidir. Xüsusi kapital
üçüncü şəxsin tələbləri ödənildikdən sonra təsərrüfatın mülkiyyətçisinə çatan
hissəsidir.
Təsərrüfatın xüsusi kapitalı qiymətləndirilməsi formal müəyyən edilir: Yəni,
xüsusi kapital iui üçuldan biri ilə müəyyən edilir. Balans qyməti ilə, yəni cari uçot
və hesabat məlumatı il əvə ya bazar qiyməti ilə.
Material
dövriyyə vəsaiti
Aktiv kapital
Əsas kapital
Dövriyyə kapitalı
Əsas vəsaitlər
Qeyri-material
aftivlər
Hesablaşmalarda
olan vəsaitlər
Pul vəsaiti
Uzun müddətli
maliyyə qoyuluş-
ları
Bitməmiş tikinti
(uzunmüddətli
investisiya)
Material dövriy-
yə vəsaiti
Qısa müddətli
maliyyə qoyulu-
şu
8
PASSĠV KAPĠTALIN QURULUġU
Xüsusi kapital faktiki qiymət ilə də ifadə oluna bilər. Bu qaydadan müəssisə
ləğv olunan zaman istifadə oluna bilər.
Borc kapitalı – üçüncü şəxs tərəfindən uzunmüddətə müəssisəyə verilən
vəsaitin pula ifadəsidir.
Xüsusi mülkiyyətdən fərqli olaraq borc kapitalı aşağıdakı xüsusiyyətlərə
malikdir:
- geri qaytarılma;
- uzunmüddətli kredit verildiyi məbləğdə də geri qaytarılmalıdır.
Borc kapitalı formal olaraq təsərrüfatın balansının passivində göstərilir və belə
kapital üçüncü şəxs qarşısında müəssisənin uzunmüddətli öhdəliklərinin
məcmuudur. Borc kapitalına uzunmüddətli kreditlər, istiqrazlar və sair daxildir.
Uçot-analitik yanaşma nöqteyi-nəzərdən kapitalın səviyyəsi = mühasibat
balansının üçüncü yekununun məbləği ilə dördüncü bölmənin «uzunmüddətli-
öhdəliklər» cəmindən ibarətdir.
Material – əşya nöqteyi-nəzərindən kapital-müəssisənin müxtəlif aktivləri
arasında yayılmışdır, yəni demək olmaz ki, müəssisənin hesablaşma hesabında
yerləşən vəsait xüsusidir və ya borc vəsaitidir. Müəssisənin balansının aktivində
Passiv hapital (maliyyələşmə-
nin uzunmüddətli mənbələri)
Xüsusi kapital
Təssərüfat subyektinin vəsait
məbnəi
maliyyələşmənin qısamüddət-
li mənbələri
Borc kapitalı
Dostları ilə paylaş: |