Azərbaycan Respublikasının Təhsil nazirliyi
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ
BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ
Sərbəst iş
İXTİSAS; Rabitə qovşaqları və komunikasiya sistemləri
QRUP ; Rq360
Kurs; lll
FƏNN; Mikroprosessor
Tələbənin ad soyadı ; Sanayev Murad
MÜƏLLİM; Quliyeva Azadə
BAKI-2022
Sərbəst iş 1
Mikroprosessorlu sistemlərin sturukturu və mikroprosessorlu sistemlərin təyinatı və xarakteristikası
Mikroprosessor (MP)- informasiyanın çevirilməsini verilmiş proqrama uyğun, cəbr və məntiqi əməliyyatları, hesablama prosesini idarə edən və sistemin qurğularının işini koordinasiya edən EHM- nın mərkəzi qurğusu olmaqla, rəqəmli məlumatı müəyyən alqoritm üzrə emal və emal prosesini idarə edən qurğulardır.
Təyinatına görə MR- lar EHM- nı prosessorlarına yaxındır. Lakin mikroprosesso-run funksional imkanları nisbətən azdır. Onlar bir və ya bir neçə interqasiyalı inteqral sxemlər üzərində realizə olunur. İnteqral sxeminin sayına görə birkristallı, çox-kristallı və çoxkristallı seksiyalı mikroprosessorlar mövcuddur.Prosessorun bütün aparat vasitələrinin bir böyük inteqral sxem və ya ifrat böyük interqal sxem şəkilində realizə nəticəsində birkristallı mikroprosessorlar əmələ gəlir. Kristalda elementlərin inteqrasiya səviyyələri və gövdədə çıxışların sayı artdıqca MP-un parametrləri yaxsılaşır. Lakin onların imkanları kristalın və gövdənin aparat resusrları ilə məhduddur.Çoxkristallı MP- un alınması üçün onun məntiqi strukturunun funksional tamamlanmış hissələrə bölünməsini aparmaq tələb olunmaqla yanaşı, onların böyük və ifrat böyük inteqral sxemlər şəklində realizə edilməsi tələb olunur. Bu o deməkdir ki, onun hissələri əvvəlcədən təyin edilmiş funksiyaları yerinə yetirir və avtonom işə malikdir.Çoxkristallı seksiyalı mikroprosessorun əmələ gəlməsi üçün böyük inteqral sxem şəklində prosessoron məntiqi strukturunun hissələrinin üfiqi səthi funksional bölünməsi ilə realizə edilir və onların qurulmasında seksiyalarin paralel qurulması üçün qovuşma vasitələri əlavə olunur.
Dostları ilə paylaş: |