"Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR
№ 101
Bakı şəhəri, 23 iyun 2011-ci il
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 3.1.10-cu yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 23 iyun tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün
X Ə R C L Ə R S M E T A S I
Xərclərin iqtisadi təsnifatı
|
Məbləğ
(manatla)
|
1
|
2
|
Cəmi xərclər
o cümlədən:
|
2406464
|
1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saxlanılması xərcləri
o cümlədən:
|
397202
|
1.1. ştatda olan işçilərin əməkhaqqı
|
39600
|
1.2. ştatdankənar işçilərin əməkhaqqı
|
20000
|
1.3. əməyin ödənişi ilə bağlı sair pul ödənişləri
|
18502
|
1.4. Dövlət Sosial Müdafiə Fonduna ayırmalar
|
17182
|
1.5. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, Fondun üzvlərinin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və Fondun fəaliyyəti ilə bağlı digər xərclər
|
301918
|
2. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri
|
1300000
|
3. "Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 114 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalları və "Ədəbiyyat", "Savalan" qəzetləri redaksiyalarına ayrılan xərclər
|
709262
|
Dostları ilə paylaş: |