Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə
Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci
bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi
Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq
haqqında 2015-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma
Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu
Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun
müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2015-ci il
№ 531
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə
Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və
Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların
idarə olunması sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Milli
Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu,
hər iki ölkə arasında mövcud dostluq əlaqələrim və əməkdaşlığı nəzərə
alaraq və onların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi
niyyəti ilə, təbii və texnogen xarakterli fəlakətlərin səbəb olduğu zərərləri
dərk edərək, aşağıdakılar barədə razılığa gəlirlər:
Maddə 1
Məqsəd
Öz qanunvericiliklərinə müvafiq olaraq, Tərəflər fövqəladə halların və
böhranların idarə olunması və onların nəticəsində meydana gələn
zərərlərin azaldılması sahəsində məlumat və təcrübə mübadiləsini həyata
keçirirlər.
Maddə 2
Əməkdaşlıq sahələri
Qanunvericiliklərinə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində
Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:
1. informasiya, dövri mətbuat, elmi materiallar, tədqiqat işlərinin
nəticələri, video, foto və digər materialların mübadiləsi;
2. birgə ekspert iclaslarının, seminarların, konfransların, təlim
kurslarının planlaşdırılması və keçirilməsi, tədqiqat planlarının aparılması;
3. Tərəflərin tədris müəssisələrində mütəxəssislər üçün təlim
kurslarının
təşkil
edilməsi,
ekspertlərin,
təlimçilərin,
alimlərin,
mütəxəssislərin, könüllülərin və digər əməkdaşların mübadiləsi;
4. Tərəflərin səlahiyyətinə aid olan məsələlər üzrə qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
5. humanitar və sosial məqsədlər üzrə birgə texniki layihələrin
hazırlanması və həyata keçirilməsi;
6. əvvəlcədən razılıq əsasında, təcrübə qazanmaq məqsədilə könüllü
olaraq Tərəflərin nümayəndələrinin iki ölkədən hər hansı birinin ərazisində
baş vermiş fövqəladə hal, böhran və ya fəlakətlərin idarə olunmasında
iştirakının təmin edilməsi;
7. Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətlərin həyata
keçirilməsi.
Maddə 3
Xərclər
Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərdən və
əməkdaşlıqdan irəli gələn xərclər Tərəflər arasında əvvəlcədən
razılaşdırılacaqdır.
Maddə 4
Səlahiyyətli orqanlar
Bu Anlaşma Memorandumunun tətbiqi ilə bağlı əməkdaşlığın
əlaqələndirilməsi Tərəflərin aşağıda adları qeyd olunan orqanları
tərəfindən həyata keçiriləcəkdir:
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
- Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin
İdarə Edilməsi Qurumu.
Səlahiyyətli
orqanlar
ikitərəfli
əməkdaşlıq
sahələrinin
əlaqələndirilməsi, kommunikasiyası və həyata keçirilməsi üzrə cavabdeh
olan bir və ya bir neçə əlaqə ünvanı təyin edirlər. Səlahiyyətli orqanlar
əlaqə ünvanlarının fasiləsiz fəaliyyətinə zəmanət verirlər.
Tərəflər səlahiyyətli orqanlarında baş verən hər hansı dəyişiklik barədə
təcili olaraq diplomatik kanallar vasitəsilə bir-birlərini məlumatlandırırlar.
Maddə 5
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna
hər hansı əlavə və dəyişiklik edilə bilər. Həmin əlavə və dəyişikliklər bu
Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar
formasında hazırlanır və onun 6-cı Maddəsinin müddəalarına müvafiq
olaraq qüvvəyə minir.
Maddə 6
Qüvvəyəminmə və xitam verilmə
Bu Anlaşma Memorandumu, onun qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərin diplomatik
kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alınması tarixindən qüvvəyə
minir.
Bu Anlaşma Memorandumu 2 (iki) illik müddətə bağlanılır və
Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə
digər Tərəfə ən azı 6 (altı) ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı
bildiriş göndərmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti
ikiillik müddətlərə uzadılacaqdır. Bu Anlaşma Memorandumu belə
bildirişin alındığı tarixdən 3 (üç) ay sonra öz qüvvəsini itirir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 2 aprel 2015-ci il tarixində,
iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, ərəb və ingilis dillərində
imzalanmışdır. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı
yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının
Birləşmiş Ərəb Əmirliklərinin
Fövqəladə Hallar Nazirliyi
Milli Fövqəladə Böhran və Fəlakətlərin
adından
İdarə Edilməsi Qurumu adından
Kəmaləddin HEYDƏROV,
Ənvər QARQAŞ,
fövqəladə hallar naziri
xarici işlər üzrə dövlət naziri