4
G İ R İ Ş
Elmi-texniki tərəqqinin sürətlə inkişafı etdiyi bir dövrdə istehsal miqyasının
genişlənməsi ilə bərabər istehsal olunan məhsullar keyfiyyətcə dəyişir, yaxşılışır. Bu
yalnız iqtisadi qanunauyğunluq olmayıb, həm də insanların şüurlu, məqsədyönlü
fəaliyyətinin
nəticəsidir.
Məhsulun
keyfiyyətinin
yüksəldilməsi
əməyin
məhsuldarlığının artmasına, maddi ehtiyatlardan səmərəli və qənaətlə istifadəyə,
təsərrüfat quruculuğunun sürətlənməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə
səbəb olur.
İstehsal olunan məhsulun keyfiyyətində elmi-texniki tədqiqatların səviyyəsi,
texnoloji proseslərin yeniliyi, işçi personalın ixtisaslaşması və təcrübəsi əks olunur,
məhsulun keyfiyyəti ölkənin sənaye potensialı və mili iqtisadiyyatın vəziyyətini
xarakterizə edir.
Məhsulun keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq göstəricilər sistemi
və üsulları olmalıdır. Məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri
əsaslarını və metodlarını təcrübi və elmi fəaliyyət sahəsi kimi kvalimetriya işləyib
hazırlayır.
Kvalimetriyanın əsas vəzifələri
məmulatların zəruri
keyfiyyət
göstəricilərini və bu göstəricilərin optimal qiymətlərini təyin etmək, keyfiyyətin
kəmiyyətcə qiymətləndirilməsi üsullarını işləmək, zamana görə keyfiyyətin
dəyişməsini hesaba almaq metodikasını, məhsulun keyfiyyətinin erqonomik
əlamətlərinin kəmiyyətcə qiymətləndirilməsi metodikasını və s. yaratmaqdır.
Məhsulların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi onların keyfiyətinə
nəzarətdən daha geniş məna kəsb edir. İstehlak mallarının keyfiyyət səviyyəsinin
qiymətləndirilməsi zamanı hər bir məhsul növünün əhalinin zövqünə və ictimai
tələbinə nə dərəcədə uyğun olması məsələsi həll edilir. İstehlak mallarının keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi probleminin əsəs xüsusiyyəti və mürəkkəbliyi məhz
bundan ibarətdir. Keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin nəticələri
keyfiyyətin planlaşdırılmasının əsasını təşkil edir.
5
İstehlak mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsinə dair bir sox
məsələlər hələlik tamamilə həll edilməmişdir və elmi-tədqiqat işlərinin aparılmasını
tələb edir.
Azərbaycan Respublikasında və xarici ölkələrdə məhsulunun keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi üçün çoxsaylı metodiki göstərişlər və tövsiyələr
mövcuddur. Bu sənədlərin bəzilərində məmulatların keyfiyyətinin istehsal xarakteri
ilə əlaqədar spesifik xüsusiyyətləri kifayət qədər nəzərə alınmır, keyfiyyətin
qiymətləndlirilməsində yeni istiqamətlər və yanaşma üsulları tətbiq edilmir. Bu
baxımdan istehlak mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin
metodoloji müddəalarının tədqiqinə həsr olunmuş buraxılış işinin mövzusu aktualdır.
6
1.Keyfiyyətin qiymətləndirilməsi metodları haqqında ümumi
məlumatlar
Məhsulun keyfiyyəti onun təyinatına uyğun olaraq müəyyən edilmiş təlabatların
yerinə yetirilməsi üçün məhsulun yararlılığını təyin edən xassələrin məcmusudur.
(ГОСТ 15467-79). Bu təyinatdan aydındır ki, məhsulun hər yerdə bütün xassələri
keyfiyyət anlayışına daxil deyildir. Buraya elə xassələr aiddir ki, onlar məmulatın
təyinatına uyğun olaraq cəmiyyətin ona olan tələbatını təyin edir [3].
Keyfiyyət göstəricisi dedikdə, malların xassələrinin kəmiyyətcə xarakterizə
edilməsi başa düşülür [1].
Məhsulun keyfiyyətinin yüksəldilməsi, onun sertifikatlaşdırılması və ya
istehsaldan çıxarılması məqsədi ilə sistematik olaraq məhsulun keyfiyyəti
qiymətləndirilməlidir.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi məhsulun keyfiyyətinin idarə
olunmasında reallaşdırılan ən yaxşı həll yollarını əsaslandırmaq məqsədi ilə keyfiyyət
göstəriciləri nomenklaturasının seçilməsi, onların ədədi qiymətlərinin, həmçinin baza
və nisbi göstəricilərin təyin edilməsi əməliyyatlarının cəmidir [8]. Başqa şəkildə ifadə
olunarsa, keyfiyyət səviyyəsinin qiymətləndirilməsi bu əməliyyatlardan ibarətdir:
keyfiyyət göstəriciləri sisteminin seçilməsi; ölçmələr, yəni hər hansı şkala üzrə
məlum kəmiyyətlərlə müqayisə və ədədi qiymətlərin əldə olunması; alınmış
nəticələrin qiymətləndirilməsi.
Belə struktur keyfiyyətin qiymətləndirilməsinin mövcud forma və metodlarının
təsnifatının bəzi ümumi prinsiplərini şərh etməyə imkan verir. Bu məsələnin
mürəkkəbliyi ondan ibarətdir ki, qiymətləndirmə üzrə toplanmış təcrübəni
sistemləşdirmək üçün vahid əsasın seçilməsi qeyri-mümkündür. Odur ki, burada həm
prosesin sturukturu həm də sənaye məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi
xüsusiyyətləri nəzərə alınan əlamətlərə görə qiymətləndirmənin növ və metodlarının
təsnifatı təhlil edilir.
Göstəricilər sisteminin seçilməsinə görə, yəni onların növlərinə görə keyfiyyətin
qiymətləndirilməsinin differensial, kompleks və qarışıq metodlarından istifadə
olunur.