55
70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən
maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və
rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində
kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında
inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən
inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün
mütəxəssis kimi dəvət olunur.
70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:
70.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
70.2.2. sübutların aşkar edilməsində, götürülməsində,
rəsmiləşdirilməsində iştirak etmək;
70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;
70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini
protokolda öz imzası ilə təsdiq etmək;
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş
hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli
vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat vermək.
70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:
70.3.1. iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan
iş üzrə materiallarla tanış olmaq;
70.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə,
şahidlərə iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan
suallar vermək;
70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar
vermək.
56
70.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət
haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini
yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati
məsuliyyətə cəlb edilir.
Maddə 71. Ekspert
71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin
izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi
üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında
işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət
olunur.
71.2. Ekspertin vəzifələri aşağıdakılardır:
71.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam
və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə
əsaslandırılmış və obyektiv rəy vermək;
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş
hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara
çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi
üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy
verməkdən imtina edir.
71.4. Ekspertin aşağıdakı hüquqları vardır:
57
71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla
tanış olmaq;
71.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materalların
təqdim olunması barədə vəsatət vermək;
71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların
aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş
şəxsə, şahidlərə suallar vermək;
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə
aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində
göstərmək.
71.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət
haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə
yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Maddə 72. Tərcüməçi
72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən
maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri
olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında
tərcüməçi ola bilər.
72.2. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.
72.3. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə
58
və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və
tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş
hallardan biri olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli
vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat verməlidir.
72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati
məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin
olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və
ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə
nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 73. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı
rədd edən hallar
73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış
etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi
və ya nümayəndə ola bilməzlər.
73.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda
inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:
73.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə,
onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla,
hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta
haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;
Dostları ilə paylaş: |