Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti



Yüklə 36,57 Kb.
səhifə1/11
tarix31.12.2021
ölçüsü36,57 Kb.
#81907
  1   2   3   4   5   6   7   8   9   10   11
referat 4713


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Naxçıvan Dövlət Universiteti
SƏRBƏST İŞ
Fakültə:İqtisad

İxtisas: İqtisadiyyat “A”

Bölmə: Əyani

Kurs: III

Fənn: İqtisadi təhlil və audit

Müəllimə: Nuriyyə İbrahimova

Tələbə: İman İmanov

NAXÇIVAN-2015

Mövzu 1. İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri

Müəssisənin təsərrüfat fəaliyyətinin təhlilinin mahiyyəti istehsalın texniki səviyyəsinin, istehsal olunan məhsulun keyfiyyət və rəqabət qabiliyyətliliyinin, istehsalatın material, əmək və maliyyə resursları ilə təmin edilməsi və onların səmərəli istifadə edilməsinin hərtərəfli öyrənilməsindən ibarətdir. Təhlil sitemli yanaşmaya, müxtəlif amillərin kompleks şəkildə nəzərə alınmasına, keyfiyyətli, dəqiq informasiyanın toplanmasına əsaslanır və mühüm idarəetmə funksiyası kimi çıxış edir. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsədi – bütün fəaliyyət növlərinin sistemli şəkildə öyrənilməsi və alınmış nəticələrin ümumiləşdirilməsi əsasında müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəltməkdir. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin vəzifələri aşağıdakılardır:



  • təhlil obyektinin real vəziyyətinin eyniləşdirilməsi (identifikasiyası);

  • obyektin tərkibinin və xassələrinin tədqiqi, məlum olan analoqlarla və yaxud baza xarakteristikaları, normativ kəmiyyətlərlə müqayisəsi;

  • vaxt-məkan kəsiyində obyektin vəziyyətindəki dəyişiklərin müəyyən edilməsi;

  • obyektin vəziyyətinin dəyişməsinə səbəb olan amillərin təyin edilməsi və onların təsirinin uçotu;

  • əsas tendensiyaların proqnozlaşdırılması.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsədinin seçilməsi və vəzifələrinin düzgün qoyuluşu böyük əhəmiyyət kəsb edir. Qarşıya qoyulmuş məqsədlər və mövcud imkanlar əsasında müəssisənin əsl vəziyyəti müəyyənləşdirilir, optimal qərarların qəbul olunması üsulları işlənib hazırlanır, idarəetmə metodları seçilir, müəssisənin təşkilati, texnoloji, kommersiya və digər fəaliyyət növlərində müxtəlif ölçülmələr aparılır. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsəd və vəzifələr sistemi məzmununa, həyata keçirilmə vaxtına və səviyyələrinə görə konkretləşdirilir. Maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin predmeti – müəssisənin istehsal və iqtisadi göstəricilərinin, maliyyə vəziyyətinin, sosial inkişafın nəticələrinin və əmək ehtiyyatlarından istifadənin, əsas fondların vəziyyətinin və istifadəsinin, məhsulun (işin, xidmətin) istehsalına və realizasiyasına çəkilən xərclərin təhlili, səmərəliliyinin qiymətləndirilməsidir.

İqtisadi təhlil idarəetmənin metodu kimi. İdarəetmənin iqtisadi təhlil metodu təsərrüfat mexanizminin əsasını təşkil edir. İstehsal kollektivlərinin və onların ayrı-ayrı üzvlərinin iqtisadi marağı məhsuldar qüvvələrin inkişaf səviyyəsini və istehsal münasibətlərinin xarakterini əks etdirir. Cəmiyyətimizdə idarəetmənin iqtisadi təhlil metodu iqtisadi qanunlardan şüurlu istifadənin forması kimi çıxış edir.


Yüklə 36,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə