TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
7
(J.F.Xarlamov); habelə müəllimin və şagirdlərin qarşılıqlı fəaliyyət qaydaları (M.Mehdizadə)
sistemi kimi də dəyərləndirilir.
Təlim metodu anlayışının mahiyyəti «qarşıya qoyulmuş məqsədə optimal yolla necə nail
olmalı?» sualına verilən cavabla bağlıdır (B.Əhmədov). Digər müəlliflər təlim metodu
deyərkən, təlim prosesində qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün müəllimlə
şagirdlərin birlikdə göstərdiyi fəaliyyətin səmərəli yollarını nəzərdə tuturlar (Y.Talıbov,
Ə.Ağayev, İ.İsayev, A.Eminov).
Təlim metodu qarşıda duran didaktik məqsədlərə nail olmaq üçün müəllim və
şagirdlərin birgə fəaliyyətinin yollarını əks etdirir (M.A.İsmixanov).
Təlim metodu öyrədənin və öyrənənin təlimin didaktik vəzifələrinin həll edilməsinə
yönəlmiş birgə fəaliyyətidir (L.Qasımova, R.Mahmudova).
Təlim metodu təlimin mərhələlərinə uyğun olaraq müəllimin rəhbərliyi altında
tələbələrin müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnməsi, tərbiyə olunması və inkişaf
etməsi yollarıdır (N.M.Kazımov).
Göründüyü kimi, bütün bunlar təlim metodlarının izahında müxtəlif nöqteyi-nəzərlərin
olduğunu təsdiq edir. Bu izahların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, ümumi
cəhətləri də çoxdur.
Ümumiyyətlə, metoda verilən bütün izahlarda:
təhsil-tərbiyənin qarşısında duran vəzifələr;
təhsil verənin və təhsil alanların birgə fəaliyyəti və qarşılıqlı əməkdaşlığının
xarakteri;
mənimsəmə yolları nəzərə alınır.
Təlim metodlarına verilən izahları ümumiləşdirsək aşağıdakı nəticələrə gələ bilərik:
«ictimai sifariş»ə və dövlətin mənafeyinə və milli xüsusiyyətlərə uyğun olaraq
təhsilin qarşısında duran məqsəd və vəzifələr dəqiq surətdə konkretləşdirilməlidir;
qarşıya
qoyulmuş
məqsədə
və
vəzifələrə
uyğun
olaraq
məzmun
müəyyənləşdirilməlidir;
bilik mənbələri müəyyənləşdirilməlidir;
təlim tərzləri sistemindən istifadə olunmalıdır;
təlim metodu müəllimin öyrətmə fəaliyyətini əks etdirərək «necə öyrətmək?» sualına
cavab verməlidir;
təlim metodu təhsil alanın öyrənmə fəaliyyətini əks etdirərək, «necə öyrənmək?»
sualına cavab verməlidir;
təlim metodu birgə fəaliyyətin, başqa sözlə, öyrədənlə öyrənənin qarşılıqlı
əməkdaşlığı yollarını müəyyənləşdirməlidir;
pedaqoji prosesin məntiqi, qanunauyğunluqları və prinsipləri nəzərə alınmalıdır;
təhsil-tərbiyə prosesinin iştirakçılarının fəallığı təmin olunmalıdır;
təhsil alanların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
müəllimin ustalığı nəzərə alınmalıdır;
təlim metodu pedaqoji prosesin komponentlərini əhatə etməlidir.
Metodun burada qeyd etdiyimiz və qeyd etmədiyimiz bir çox səciyyəvi xüsusiyyətləri
bir daha sübut edir ki, doğrudan da, metodun tam, dolğun, əhatəli və birmənalı izahı
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
8
olmadığına görə onun tərifini də vermək çox çətindir. Yuxarıda qeyd edilən izahların hər
birində metodun bu və ya digər xüsusiyyətləri ön plana çəkilir. Ən yaxşı hesab olunan izah
belə, olduqca mürəkkəb, çoxmənalı, çoxüzlü, çoxcəhətli hadisə olan metodu tam əhatə etmək
imkanına malik deyil.
Təlim metoduna müxtəlif izahlardan doğan nə cür tərif verilirsə-verilsin, o, mütləq
müəllimin öyrədici fəaliyyəti və təhsil alanların aktiv təlim-idrak fəaliyyətinin təşkili kimi
komponentləri nəzərdə tutmalıdır. Müəllimin öyrədici fəaliyyəti və təhsil alanların təlim-idrak
fəaliyyəti tədris materialının mənimsənilməsinə və bununla bağlı didaktik vəzifələrin yerinə
yetirilməsinə yönəlməlidir.
Deməli, təlim metodu özündə aşağıdakı əsas əlamətləri birləşdirməlidir:
təlimin məqsədi;
təlimin məqsəd və vəzifələrinə uyğun olaraq müəyyənləşdirilmiş əməliyyatlar
sistemi, başqa sözlə, texnologiyalar;
zəruri vasitələr;
mənimsəmə üsulu;
təlim subyektlərinin qarşılıqlı təsirinin xarakteri;
obyektin dəyişilməsi prosesi;
metodun tətbiqinin verdiyi nəticələr (əldə edilmiş məqsəd).
Metodun özündə birləşdirdiyi əlamətlərdən də məlum olur ki, təlim prosesinin obyekti
(müəllimin təsir obyekti) olan təhsil alan şəxs (şagird, tələbə), həm də bu prosesin subyektidir.
Yəni təlim prosesinin gedişinə, müəllimin təsirinə uyğun olaraq tələbənin (öyrənənin)
göstərdiyi fəaliyyətə onun motivləri, diqqəti, tələbat və maraqları, iradəsi və istəkləri,
qabiliyyət və bacarıqları əsaslı surətdə təsir göstərir. Əgər müəllim tələbəni (öyrənəni)
qarşısına qoyduğu konkret məqsədlərə ardıcıl sistemlə yönəldə bilmirsə, onda metod istənilən
nəticəni verə bilməz.
Buradan da aydın olur ki, təlim metodunun strukturu təlim prosesinin obyektlərinin (və
deməli, həm də subyektlərinin) fəaliyyəti istiqamətləri ilə müəyyənləşir. Metod, hər şeydən
əvvəl müəllimin məqsədini, onun malik olduğu vasitələri və bunlara müvafiq istifadə etdiyi
texnologiyaları nəzərdə tutmalıdır. Müəllim məqsədinə uyğun istifadə etdiyi vasitələr və
texnologiyalar tələbənin (öyrənənin) müvafiq məqsədlər və malik olduğu vasitələrə rəğmən
fəaliyyət göstərməsini təmin etməlidir. Sonuncu isə tələbənin tədris olunan materialı
mənimsəməsinə və beləliklə də təlimin məqsədlərinə nail olmasına, müəyyən nəticələr əldə
etməsinə səbəb olur. Əldə olunmuş nəticə metodun düzgün seçilməsinin və təlimin vəzi-
fələrinin optimallaşmasını müəyyən edən kriteriyadır.
Beləliklə, hər bir metod müəllimin təhsilin məzmununu mənimsətmək məqsədilə təhsil
alanların idrak və praktik fəaliyyətinin təşkilinə yönəlmiş məqsədyönlü əməliyyatlar
sistemidir. Təlim metodu tədris materialının dərk edilməsi və mənimsənilməsi ilə nəticələnən,
öyrədən və öyrənənin fəaliyyət prosesidir. Bu fəaliyyət tələbənin (öyrənənin) öyrənilən obyek
üzərində apardığı işdir.
Məlumdur ki, təhsilin məzmunu öz tərkibinə görə müxtəlif və rəngarəngdir. Təhsilin
məzmununu əks etdirən hər bir tədris fənni özünəməxsus xüsusiyyətlərə malikdir. Deməli,
ümumdidaktik metodlar da fənnin məzmununa uyğun müəyyənləşdirilməlidir. Lakin metodun
Dostları ilə paylaş: |