TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
4
G. Əliyeva, S.M.Nəçəfova
VII sinifdə riyaziyyat və informatika fənləri arasında
inteqrasiyanın realizasiyası
.........................................................................................................64
A. Rəsulzadə, X.B.Məmmədov
Tədris prosesində texniki vasitələrdən istifadə
metodikası
........................................................................................................................................70
Ş.Musayeva
Universitetlərin “İnformatikanın tədrisi metodikası” dərslərində anlayışların
formalaşdırılmasına tələbələrin metodik hazırlığının təsiri....................................................74
Ş.H.Əlizadə, Ş.Ə.Ağayeva
“Mexaniki iş” mövzusunun interaktiv metodla tədrisi metodikası.........................................77
Ş.H.Əlizadə ,G.N.Əsgərli
“İstilik miqdarı” mövzusunun interaktiv metodla tədrisi........................................................82
Ahmet Yılmaz, Murquzov Mirzəli
Fiziki hadisələrin öyrənilməsində kompüter modelləşməsindən istifadə.............................88
Mötəbər Yusifova , Nərgiz Əlizadə
Paralel hesablama proseslərinin proqramlaşdırılması..........................................................95
İ.A.Cəfərova , Ç.C.Musayev
Bəzi triqonemetrik ifadələrin və tənliklərin həllində optimal üsulun seçilməsi..........101
İ.A.Cəfərova , Ç.C.Musayev
Triqometrik şəkildə verilmiş funksiyaların limitlərinin hesablanmasında optimal üsulların
seçilməsi.............................................................................................................................113
A.Ş.İskəndərova
Praktik psixoloq üçün tələb olunan İKT üzrə peşə bacarıqları ......................................127
K.Q.Qasımova, M.A.Musayeva
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
5
Аli məktəblərdə texnoloji təlim metodlarının tətbiqi üsulları
Azərbaycan Dövlət Pedaqoji Universiteti
F.A. Rüstəmov
pedaqoji elmlər doktoru, professor
Xulasə
Məqalədə texnoloji təlim texnologiyalarından istifadə təlimin keyfiyyətinin yüksəlməyinin
mühüm şərti kimi təhlil olunur. Məqalədə göstərilir ki, texnoloji təlim effektiv təhsil formalarından
biridir.
Açar sözlər: texnoloji təlim
Аннотация
В данной работе применения електронных технологий обучения исследуются как
важное условие усоверщенствования.
В статье рассматриваются особенности организации електроного обучения как одной
из форм обучения
Ключевые слова: технологическое обучение
Abstract
Usage is analysed rise the quality of training as conditional in the article in training colleges.
Features of forming of the texnoloji training one forms of the continuous education are investigated.
Key words: texnoloji training
«Təlim metodu» anlayışı pedaqogika elmində bu günə qədər diskussiya və mübahisə
doğurur. İstər xarici, istərsə də Azərbaycan pedaqoqlarının metodun mahiyyəti haqqında fi-
kirləri birmənalı deyil. Buna baxmayaraq, təlim metoduna verilən təriflərin böyük
əksəriyyətinə onun mahiyyətini özündə ehtiva edən komponentlərdə xas olan ümumi cəhətlər
mövcuddur. Bu baxışlarda olan ümumilik təlim metodunun – təhsil alanların, başqa sözlə,
öyrənənlərin təlim-idrak fəaliyyətinin təşkili yolu kimi başa düşülməsində özünü göstərir.
Metod-yunan sözü (metodos) olub, həqiqətə, gözlənilən nəticəyə doğru irəliləmək yolu
mənasını verir. Ən ümumi mənada, metod – qarşıya qoyulmuş məqsədə çatmağı təmin etmək
üçün müəyyən qaydalar əsasında fəaliyyət təşkili üsuludur.
Deməli, təlim metodu təlim-tərbiyə məqsədlərinə nail olmaq üçün öyrədən və
öyrənənlərin müəyyən qaydaların tətbiqi ilə təşkil olunmuş prosesi tənzimləyən qarşılıqılı fəa-
liyyətidir. Hər bir təlim metodu özündə iki fəaliyyət növünü birləşdirir.
öyrədənin fəaliyyəti, başqa sözlə, öyrətmə fəaliyyəti;
öyrənənlərin fəal tədris-idrak fəaliyyətinin təşkili, başqa sözlə, öyrənmə fəaliyyəti.
Öyrətmə və öyrənmə fəaliyyətinin qovuşması yeni fəaliyyət növünü – birgə fəaliyyəti,
başqa sözlə, təlim fəaliyyətini (prosesini) doğurur.
Beləliklə, ali məktəbdə təlim metodunun mahiyyəti müxtəlif didaktik vəzifələrin həlli
məqsədilə müəllimin təlimi idarə etməsi və tələbənin tədris-idrak fəaliyyətinin təşkili yolları
başa düşülür. Metod layihələşdirilmiş məqsədlə son nəticə arasında birləşdirici həlqədir.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
6
«Məqsəd-məzmun-metodlar-formalar-təlim vasitələri» sistemində metodun rolu müəyyən-
edicidir.
Metod didaktik vəzifələrin həllinə yönəldiyindən, müəllimin fəaliyyəti (öyrətmə
fəaliyyəti) ilə bağlı olduqda – tədris metodları, öyrənənin fəaliyyəti ilə bağlı olduqda öyrənmə
metodları, öyrədən və öyrənənlərin birgə fəaliyyəti ilə bağlı olduqda – təlim metodları kimi
işlədilir.
Didaktikada təlim metodu anlayışı ilə yanaşı təlim tərzi və təlim vasitələri məvhumları
da işlədilir. Tərz (priyom) metodun tərkib hissəsidir, elementidir, yaxud ayrıca bir xassəsidir.
Priyom metodun tətbiqində özünə yer tutan ayrıca bir amildir. Metod həcminə, strukturuna
görə sadə və məhdud olduqda tərz yerində çıxış edir. Hər bir metod bir sıra spesifik tərzlərdən
yaranır. Ümumi anlayış olan metoda tərz xüsusi komponent kimi daxil olub onu tamamlayır.
Təlim vasitələri müəllimin öyrətmə, tələbənin öyrənmə prosesində istifadə
texnologiyaları kimi başa düşülür. Metod və vasitə təlimin ayrı-ayrı komponentləri olsa da,
hər ikisi təlim məqsədlərə xidmət edir: metod «işi necə görməli?», vasitə isə «işi nə ilə
görməli?» sualına verilən cavablardır.
Təlim metodlarında təhsil-tərbiyənin məqsədi, məzmunu, obyektiv qanunauyğunluqları,
prinsip və formaları öz əksini tapmaqla dinamik, didaktik bir sistem təşkil edir.
Təlim metodlarının strukturu obyektiv (didaktik tələblər və qanunauyğunluqlar, təlimin
məqsədi, məzmunu, formaları) və subyektiv (öyrədən və öyrənənin fərdi psixi xüsusiyyətləri,
tələbatı konkret şərait) xüsusiyyətləri ilə fərqlənirlər. Metodun strukturunda obyektiv və
subyektiv amillərin qarşılıqlı əlaqəsi onun son dərəcə mürəkkəb xarakterini müəyyənləşdirir.
Metod anlayışı təlim-idrak fəaliyyətinin məqsədi və vəzifələri, onlara nail olmaq
vasitələri, yolları və tərzləri, birgə fəaliyyət formaları, didaktik münasibətlər, təhsil-tərbiyə
prosesinin məzmunu və məntiqi, qanunauyğunluq və prinsipləri, pedaqoji prosesin
iştirakçılarının fəallığı, müəllimin ustalığı və digər mühüm komponentləri özündə birləşdirir.
Pedaqoji ədəbiyyatda «metod» anlayışı ilə yanaşı, ərəb sözü olan «üsul» anlayışı da işlədilir,
fikrimizcə, «metod» ifadəsinin işlədilməsi daha məqsədəuyğundur, çünki o, beynəlxalq
termin kimi qəbul edilmişdir. Didaktikanın bir sahəsi kimi ayrı-ayrı fənlərin tədrisini özündə
birləşdirən «metodika» ifadəsi də buradan götürülmüşdür.
Pedaqoji ədəbiyyatda təlim metodu müxtəlif forma və məzmunda şərh olunur. Metod,
bir halda, öyrədən və öyrənənin iş vasitələri (B.P.Yesipov); öyrədən və öyrənənlərin qarşılıqlı
fəaliyyəti kimi (E.Y.Qolant); digər halda öyrədənin öyrənənlərə bilgilər verməsi, öyrənənlərin
isə onları mənimsəməsi yolu və vasitəsi (D.O.Lordkipanidze), öyrənənlərin idrak və əməli
fəaliyyətinin təşkilinə yönələn fəaliyyət sistemi (M.N.Skatkin, İ.Y.Lerner və b.); qarşıya
qoyulmuş təhsil-tərbiyə məqsədlərinə nail olmaq üçün müəllimin və təhsil alanların qarşılıqlı
əlaqə vasitəsi (Y.K.Babanski); tələbələrin bilik və bacarıqları mənimsəməsini və şəxsi
inkişafını təmin edən fəaliyyətin müəllim tərəfindən təşkili yolları (D.V.Çernilevski) kimi
təqdim edilir.
Bəzi tədqiqatçılar (Ə.X.Paşayev, F.A.Rüstəmov) təlim metodunu təhsil-tərbiyə
məqsədlərinə nail olmaq üçün öyrədən və öyrənənlərin nizama salınmış qarşılıqlı fəaliyyət
prosesi kimi, qarşıya qoyulmuş konkret məqsədlərə çatmağı təmin edən alqoritmləşdirilmiş
məntiqi əməliyyatlar sistemi kimi şərh edirlər. Təlim prosesində metod müəyyən təlim-tərbiyə
məqsədlərinə nail olmaq məqsədilə müəllim və şagirdlərin nizamlanmış qarşılıqlı fəaliyyətidir
Dostları ilə paylaş: |