TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
29
-
kafedranın tədris-kurs layihələrinin və tələbələrin pedaqoji təcrübələrinin
nəticələrinin birlikdə öyrənilməsi və bunun əsasında məqsədli proqramların səmərəliliyinin
yüksəldilməsi üçün müvafiq korreksiyaların aparılması və s.
Modelin təhsil sahəsində səriştəli kadr hazırlığının elmi-metodiki təminatı adlanan
üçüncü bloku texnoloji fəaliyyətin inkişafı və tənzimlənməsi qaydalarına dair müasir
tendensiyalardan istifadə olunmasının əsas şərtlərini müəyyənləşdirir və onların tətbiqini
təmin edir.
Blokun birinci modulu fənnin tədris-metodiki kompleksinin yaradılması və
modernləşdirilməsi ilə bağlı olub, onun bazasında müasir pedaqoji texnologiyaların tədris-
metodik təchiz edilməsinin vahid modelinin formalaşmasını təmin edir. Belə təchiz edilmənin
strukturuna aşağıdakılar daxil edilməlidir:
-
tədris kabinetlərinin, labratoriyaların, tədris-istehsalat emalatxanalarının,
tələbələrin
təcrübəyə
səmtləşdirilmiş
texnologiyalar
əsasında
hazırlanmasının
modernləşdirilməsi;
-
akademik fənlərin tədrisində və təcrübələrin təşkilində istifadə olunan didaktik
vasitələrin təkmilləşdirilmiş bütöv komplektlərlə təmin edilməsi. Göstərilən pozisiyaların
(mövqelərin) işlənilməsi tədris prosesinin didaktik təminatında oynadığı praqmatik funksiya
rolu ilə yanaşı, müəllimlərin peşəkar fəaliyyətinin innovasiya xarakterli olmasının
stimullaşdırması funksiyasını da həyata keçirir.
Bu blokun pedaqoji kadr potensialının inkişafı ilə bağlı modulu (komponenti) gənc
tədqiqatçılar qrupunda, ümumiyyətlə, məktəbdə səriştəli yanaşmanın əsasları üzrə dərslərin
təşkil edilməsini, dissertasiya mövzuları üzrə araşdırmaların aparılmasına şəraitin
yaradılmasını, ixtisas sahələri üzrə elmi konfranslarda iştirakın təmin edilməsini, müəllimlərin
və rəhbər işçilərin özünütəhsil planlarının və s. yerinə yetirilməsini əsas məqsəd kimi qarşıya
qoyur.
Yuxarıda sadalanan bütün tədbirlər ali məktəb mütəxəssislərinin təcrübəyə səmtləşmiş
peşə (sənət) qabiliyyətlərinin yüksəldilməsi üçün istiqamətlənmiş fəaliyyət xarakteri
daşıdığından, onların tədris müəssisəsində hərtərəfli həyata keçirilməsi sahəsində
məqsədyönlü fəaliyyət gücləndirilməlidir.
Bu blokun üçüncü-elm-təhsil üzrə tərəfdaşlıqla bağlı modulu ali məktəbin professor-
müəllim heyətinin səriştəli orientasiyası, elmi-tədqiqat nəticələrinin tətbiqi sahəsində
əməkdaşlarla birgə fəaliyyətin stimullaşdırılması, professional müəllim hazırlığında səriştəli
yanaşmanın səmərəli yollarının aşkara çıxarılması və əsaslandırılması sahəsində keyfiyyətli
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
30
araşdırmaların aparılmasını önə çəkir. Belə fəaliyyətin optimal formalarını müxtəlif tipli
pedaqoji kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin regionlar üzrə nümayəndələrini
özündə birləşdirən elmi laboratoriyalar təşkil edir. Qabaqcıl pedaqoji qüvvələrin belə
konsolidasiyası regionlar üzrə səriştəli pedaqoji kadr hazırlığının tamlığını, onun strukturuna
daxil olan sistemlərin inteqrasiyasını təmin edir. Başlıcası isə pedaqoji nəzəriyyə və təcrübə
arasındakı əlaqələri gücləndirir, yeni yetişən gənc pedaqoqların peşə hazırlığında yeni
kompetensiyaların formalaşdırılması ilə bağlı müxtəlif innovasiya xarakterli ideyaların
aprobasiyası üçün şərait yaradır.
Bu blokun dördüncü elmi-nəşriyyat fəaliyyəti ilə bağlı modulu effektiv nəşriyyat
fəaliyyəti sisteminin yaradılmasını önə çəkir. Bu sistem keyfiyyətli nəşriyyat məhsullarının
hazırlanması üçün tələb olunan səviyyəni təmin etməli, ayrı-ayrı fənlər üzrə elmi-praktik
axtarışların nəticələrinə dair materialların tirajını müəyyənləşdirib, onların vaxtında
istifadəçilərə çatdırılmasını həyata keçirməlidir. Bu fəaliyyətin səmərəli idarəedilməsi onun
tematik istiqamətliliyinin üstünlüyünü qorumaqla, planlı formada onun adresantlarının
dairəsinin genişləndirilməsini təmin etməlidir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, təklif olunan model çərçivəsində, pedaqoji
yönümlü ali məktəblərdə səriştəli pedaqoji kadr hazırlığında keyfiyyətin idarəedilməsinin
həyata keçirilməsində əlaqələndirici, istiqamətverici həlqə kimi monitorinq götürülməli,
mütəmadi olaraq onun həyata keçirilməsi təmin edilməli və vaxtında korreksiya tədbirləri
görülməlidir. Bu problemin araşdırılması üzərində bir qədər geniş dayanaq.
Monitorinq yeni inkişaf faktoru istiqamətində informasiyanın toplanması, təhlili və
dəyişdirilməsinin universal sistemi olub, səriştəli pedaqoq hazırlığının idarəolunması
sahəsində aşağıdakı ardıcıl proseslərdən keçir:
-
məzunlarının hazırlığında etalon normaların müəyyən edilməsi, onların
indikatorlar ( ölçülən kəmiyyətlər), kriteriyalar və hazırlıq səviyyələri üzrə
müəyyənləşdirilməsi;
-
kriteriyalar və göstəricilərin yerinə yetirilməsinə dair məlumatların toplanması,
fəaliyyətin nəticələrinin qiymətləndirilməsi;
-
modelin fəaliyyətində ehtimal olunan ara vermələrin (fasilələrin) səbəblərinin üzə
çıxarılması;
-
etalona uyğun qəbul edilmiş tədbirlərin nəticələrinin qiymətləndirilməsi və
müvafiq tədbirlərin görülməsi [4-6].
Dostları ilə paylaş: |