30
səmərəli idarə edilməsi və korporativ idarəetmə sahəsində dövlət siyasətinin
formalaşması və həyata keçirilməsinə dair təkliflər hazırlayır, korporativ idarəetmə
sahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir.
Son illərdə səhmdar cəmiyyətlərini ölkənin iqtisadi inkişafında rolunun artması
bu sahədə yaranan problemlərin həllini tələb edir ki, bu problemlərdən biri də
korporativ idarəetmənin səviyyəsi ilə əlaqədardır. Bu baxımdan korporativ
idarəetmənin mahiyyətinin öyrənilməsi, sənayedəki səhmdar cəmiyyətlərində
korporativ idarəetmə sahəsində mövcud problemlərinin aşkar edilməsi və bu
problemlərin həlli yollarının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır.
Korporativ idarəetmə müəssisənin fəaliyyətində maraqlı olan subyektlər arasındakı
təşkilati-iqtisadi,hüquqi və idarəetmə münasibətləri sistemi əks etdirir.Belə
münasibətlər sisteminin inkişafı müəssisənin sahibləri və onun fəaliyyətinin maraqlı
tərəflərin mənafələrinin nəzərə alınması səviyyəsindən asılı olur.
Korporativ idarəetmənin səviyyəsi səhmdarlara ödənilən cari dividendlərin
həcmi və şirkətin səhmlərinin kotirovkasının cari səviyyəsi ilə yanaşı, həm də onun
uzunmüddətli inkişaf perspektivləri, əlavə investisiyanı cəlb etmə imkamları, cəlb
etdiyi maliyyə resurslarından istifadənin səmərəliliyi ilə müəyyən olunur.
Bütövlükdə, təkmil korporativ idarəetmə şirkətin menecmenti üzərində səmərəli
nəzarətə imkan verir, onun fəaliyyətində maraqlı olan subyektlərin böyük hissəsinin
mənafeyini nəzərə alır, şirkətin fəaliyyətinin səmərəliliyinə və onun əlavə rəqabət
üstünlükləri formalaşmasına əhəmiyyətli şəkildə təsir göstərir. Bu da
investorların şirkətə olan etibarını formalaşdırmağa və nəticədə uzunmüddətli
investisiya vəsaitləri cəlb etməyə imkan verir.
Hazırki şəraitdə ölkə sənayesində səhmdar cəmiyyətlərinin inkişaf etdirilməsi
istehsalın yenidən qurulması və genişləndirilməsi üçün zəruri investisiya
qoyuluşlarının cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənayedə
səhmdar cəmiyyətlərinin inkişafı və səmərəli fəaliyyəti müvafiq infrastrukturun
yaradılmasından, onların fəaliyyətini tənzimləyən təkmil qanunvericilik bazasının
31
formalaşdırılmasından və xüsusilə, korporativ idarəetmənin inkişaf etdirilməsindən
əhəmiyyətli dərəcədə asılıdır.
Səmərəli korporativ idarəetmənin əsas məqsədlərindən biri şirkətə investisiya cəlb
edilməsinə potensial investorların inamını artırmaq və bunun əsasında da şirkətin
kapitallaşma səviyyəsini yüksəltməkdir. Beləliklə, korporativ idarəetmənin səviyyəsi
ölkədə investisiya fəallığına təsir göstərən əsas amillərdən biridir.
Aşağıdakı sxem 3-də şirkətlər üçün iqtisadi dəyərin yaradılmasında birbaşa rol
oynayan korporativ idarəetmənin üstünlükləri göstərilmişdir:
Sxem 3. Korporativ idarəetmənin üstünlükləri (1, 39)
Əməliyyat səmərəliliyinin artırılması birbaşa qabaqcıl korporativ idarəetmə
prinsiplərinin həyata keçirilməsindən alınan nəticələrdən biridir. Səmərəliliyin
artırılması və nəticədə mənfəət qazanma potensialının artırılması aşağıdakı amillər
hesabına əldə olunur:
Direktorlar şuraları tərəfindən daha yaxşı rəhbərlik, nəzarət və strateji
istiqamətləndirmə;
Qərar qəbuku prosesinin təkmilləşdirilməsinə gətirib çıxaran, şirkətin daxilində
və xaricində informasiya axınının təkmilləşdirilməsi;
Əməliyyat risklərini və məhkəmə çəkişmələrini azaldacaq daha yüksək
səviyyədə tələblərə riayət və cavabdehlik;
Asiya, Şərqi Avropa, Cənubi Afrika və Latın Amerikasının inkişafda olan
ölkələrinin ən iri şirkətləri üzrə aparılan araşdırmalar müəyyən edib ki, korporativ
Korporativ idarəetmənin üstünlükləri
əməliyyat
səmərəliliyinin
artırılması
investisiyaların cəlb
olunmasının
asanlaşdırılması
cəlb olunan kapital
üzrə xərclərin
azaldılması
reputasiyanın
formalaşdırılması
32
idarəetmə reytinqinin yüksək dördə bir həddində olan şirkətlərdə cəlb olunan
kapitalın mənfəətliyi orta hesabla 33,8% təşkil etmiş, korporativ idarəetmə
reytinqinin aşağı yarısında olan şirkətlərdə isə cəlb olunan kapitalın mənfəətliyi 16%
təşkil etmişdir.Nəticələr yüksək korporativ idarəetmə stdartlarına malik olan
şirkətlərin daha artıq mənfəət qazanmaq üçün daha yaxşı qərərlar qəbul etmək
iqtidarında olmasını göstərir.
Korporativ idarəetmə nöqtəyi-nəzərindən yaxşı təşkil edilmiş şirkətlər
səhmdarların hüquqlarını pozmayaraq gəlir gətirmək imkanına malik olmaları ilə
etibarlılıqlarını nümayiş etdirir və investisiyalar üçün yaxşı tərəfdaş kimi
qiymətləndirilirlər. Korporativ idarəetmə strukturlarıvə üsulları nə qədər yaxşı təşkil
olunsa, bir o qədər aktivlərin səhmdarların maraqlarına istifadə olunması, menecerlər
tərəfindən mənimsənməməsi və öz mənafeyləri üçün istifadə olunmaması təmin
olunar.
Makkinzi təşkilatı tərəfindən aparılmış araşdırma da korporativ idarəetmə
səviyyəsinin nə dərəcədə əhəmiyyətli olması göstərilmişdir: (şəkil 2 )
Şəkil 2. Korporativ idarəetmənin səviyyəsi ( mənbə: www.ifc.com)
Burada direktorlar şurası, geniş açıqlama, səhmdarların hüquqlarının gücü və
bərabərliyi ilə qiymətləndirilən korporativ idarəetmə maliyyə məsələləri ilə
15
16
18
43
44
45
66
61
50
41
40
18
21
7
15
Şərqi Avropa/Afrika
Latın Amerikası
Asiya
Şimali Amerika
Qərbi Avropa
Az əhəmiyyətli
Eyni əhəmiyyətli
Daha çox əhəmiyyətli