AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTR HAZIRLIĞI MƏRKƏZİ
Əlyazması hüququnda
MƏMMƏDOVA GÜLAY FİRDOVSİ qızı
“KORPORATİV MÜNASİBƏTLƏRİN TƏŞKİLİNİN MÜASİR
PROBLEMLƏRİ”
Mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı : 060409 - “Biznesin idarə edilməsi”
İxtisaslaşma :
“ Biznesin təşkili və idarə edilməsi”
Elmi rəhbər:
Magistr proqramının rəhbəri:
i.ü.f.d.,b/m.A.T.Hüseynli i.ü.f.d., dosent. R.Ə.Abbasova
“Biznesin idarə edilməsi”
kafedrasının müdiri:
i.e.n.,dosent M.Ə.Əliyev
BAKI-2015
2
M Ü N D Ə R İ C A T
GİRİŞ.........................................................................................................................3
I FƏSİL. Korporativ münasibətlərin formalaşmasının nəzəri aspektləri
1.1. Korporativ münasibətlərin məzmunu və formalaşması xüsusiyyətləri............6
1.2. Korporativ idarəetmə problemi..........................................................................13
1.3.Korporativ idarəetmədə mənafelərin toqquşması və aidiyyəti şəxslərlə
əlaqələr........................................................................................................................20
II FƏSİL. Korporativ münasibətlər sisteminin inkişafının müasir tendesiyaları
2.1. Korporativ münasibətlər sisteminin hazırlanmasının əsas şərtləri...................27
2.2. Korporativ münasibətlərin səmərəliliyinin qiymətləndirilməsində reytinq
sistemi.........................................................................................................................32
2.3.
Korporativ
münasibətlərin
iştirakçıları
arasında
əlaqənin
qurulması
mexanizmi..................................................................................................................48
III FƏSİL. Korporasiyaların Direktorlar surasının nümayəndəlik vasitəsi ilə
nəzarətinin təşkili
3.1 Korporariv idarəetmənin mərkəzi nümayəndəlik vasitəsi ilə həyata keçirdiyi
daxili nəzarətin təşkili.................................................................................................57
3.2 Direktorlar şuralarının tərkibi və təmsil olunma şərtlərinin təkmilləşdirilməsi...65
3.3 Korporativ münasibətlər sisteminin təşkili və biznes strategiyası ilə
əlaqələndirilməsi..........................................................................................................71
Nəticə və təkliflər
İstifadə edilmiş ədəbiyyat siyahısı
3
GİRİŞ
Tədqiqatın aktuallığı. Son illərdə səhmdar cəmiyyətlərinin ölkənin iqtisadi
inkişafında rolunun artması bu sahədə yaranan problemlərin həllini tələb edir ki, bu
problemlərdən biri də korporativ idarəetmədə münasibətlərin təşkili səviyyəsi ilə
əlaqədardır. Bu baxımdan korporativ idarəetmənin mahiyyətinin öyrənilməsi,
sənayedəki səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahəsində mövcud
problemlərinin aşkar edilməsi və bu problemlərin həlli yollarının müəyyən edilməsi
bu disertasiyada böyük əhəmiyyəti kəsb edir. Korporativ idarəetmə müəssisənin
fəaliyyətində maraqlı olan subyektlər arasındakı təşkilati-iqtisadi, hüquqi və
idarəetmə münasibətləri sistemi əks etdirir. Belə münasibətlər sisteminin inkişafı
müəssisənin sahibləri və onun fəaliyyətinin maraqlı tərəflərin mənafələrinin nəzərə
alınması səviyyəsindən asılı olur. Korporativ münasibətlər şirkət səhmdarları və
səhmdarlardan ayrılmış idarəçilik qurumu , elecə də menecment və şirkətin başqa
üzvləri və şirkət arasında olan münasibətlər sistemidir. Qeyd edək ki, korporativ
münasibətlər ilk növbədə korporasiyanın öz daxilindəki müxtəlif iştirakçı qruplar
arasında olan münasibətlərdir.
Korporativ idarəetmə şirkətin idarəedilməsi və nəzarəti üçün istifadə olunan
daxili mexanizmlərdir ki, bu da şirkətin menecmenti, direktorlar şurası, səhmdarları
və digər maraqlı tərəfləri arasında əlaqələri nəzərdə tutur. Korporativ idarəetmə
şirkətin
məqsədlərinin
və bu
məqsədlərə nail
olmaq
üçün
vasitələrin
müəyyənləşdirilməsi və bu prosesə nəzarətin həyata keçirilməsi üçün istifadə olunan
strukturdur. Yaxşı təşkil edilmiş korporativ idarəetmə şirkətin və onun səhmdarların
maraqlarına cavab verən məqsədlərin şura və rəhbərlik tərəfindən əldə edilməsi üçün
lazimi stimul yaratmalıdır. O, həmçinin effektik monitorinqi asanlaşdırmaq, şirkətin
resursların daha effektiv istifadəsinə təhrik etməlidir.
Korporativ idarəetmənin xüsusiyyətləri iqtisadiyyata necə təsir edirsə,
iqtisadiyyatın vəziyyəti də korporativ idarəetmənin xarakterinə eləcə təsir göstərir.
Korporativ idarəetmə problemi kifayət sayda maraqlı qruplar - səhmdarlar,