17
kapitalların birləşməsi hüquqlarında köklü fərqlər var. Qapalı səhmdar cəmiyyəti ilə
məhdud məsuliyyətli cəmiyyət arasında isə belə fərq yoxdur. Qapalı səhmdar
cəmiyyəti daha çox məhdud məsuliyyətli cəmiyyətdir, açıq səhmdar cəmiyyəti deyil.
İqtisadi təbiətinə görə səhmdar cəmiyyətləri – açıq cəmiyyətdir, çünki yalnız bu
cəmiyyətlərdə məhdudiyyətsiz formada bazar iştirakçılarının kapital birləşmələrinin
bütün imkanları mümkündür. Yalnız açıq səhmdar cəmiyyəti səhmi səhm edir, yoxsa
azad işlənməyən səhm qiymətli kağız xarakterini itirir. Təkcə nizamnamə kapitalına
qoyulan əmanətə şahidlik funksiyasını daşıyır. Bazar istirakçılarının tələbləri
kapitalın bir neçə mərhələdə, miqyasının nəzərə alınması ilə birləşdirilməsini, onun
keçid formada mövcudluğunu və məhdud məsuliyyətli cəmiyyətlərin olması ilə baglı
məhdud cəmiyyətlərin mövcudluğunu vacib edir.
1.3. Qiymətli kağızlar bazarında səhm bazarının yeri və rolu
Maliyyə bazarı, onun inkişafı və təkmilləşdirilməsi həmişə ölkə iqtisadiyyatı
üçün vacib məsələlərdən olmuşdur. Ümumilikdə bir ölkənin maliyyə sistemi üç
hissədən ibarətdir ki, bunlar bank sistemi, siğorta bazarı və qiymətli kağızlar
bazarıdır. Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələblə onun təklifinin
qarşılıqlı olduğu münasibətlərdən ibarət olmaqla, inkişaf etmiş iqtisadiyyatın əsasını
təşkil edir. Qiymətli kağızlar bazarı anlayışını ümumi şəkildə qiymətli kağızların
emissiyası, buraxılışı, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin
bağlanması və dövriyyəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusu kimi
müəyyənləşdirmək olar. Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət
olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd
olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız,
qiymətli kağızlar bazarının əsas obyektidir. Qiymətli kağızların özünəməxsus
əlamətləri vardır. Bunlara aiddir:
-Qiymətli kağızlar kapital üzərində mülkiyyət hüququnu təsdiq edir. Bura səhmlər
aiddir.
-Qiymətli kağızlar investorla (qiymətli kağız sahibləri) emitent arasında olan borc
18
münasibətlərini əks etdirir ki, bura veksel, istiqrazlar və depozit sertifikatları aid
etmək olar.
-Qiymətli kağızlar onun sahibinə emitentdən müəyyən gəlir dividend almaq
hüququnu verir.
-Səhm səhmdarlara səhmdar cəmiyyətin idarə edilməsində iştirak hüququ verir.
-Qiymətli kağızlar alınıb satıla və girov qoyula bilir. Beləki, alınan kreditin təminatı
kimi qiymətli kağızlar girov qoyula bilər.
Qiymətli kağızlar dövriyyədə olan sərbəst pul kütləsinin sterilizasiya edilməsi
və həmçinin inflyasiyanın qarşısının alınmasında əvəzolunmaz rol oynayır. Bu bazar
müxtəlif iqtisadi sahələr arasında əlaqələndirici rol oynamaqla maliyyə vəsaitlərinin
tarazlı şəkildə yayılmasına şərait yaradır. Qimətli kağızların əsas xüsusiyyətləri
aşağıdakılardır:
-Seriyalılıq, qiymətli kağızların seriya ilə buraxılışını nəzərdə tutur.
-Mülki dövriyyədə iştirak, qiymətli kağızların mülkiyyət münasibələrinin obyekti
kimi çıxış etməsi imkanı ilə bağlıdır.
-Standartlılıq, eyni tip qiymətli kağızların standart məzmuna malik olmasıdır.
-Dövr etmə xüsusiyyəti.
-Qiymətli kağızların bazarda alqı satqı predmeti və ya digər əmtəələrin dövriyyəsini
qabaqlayan ödəniş aləti kimi (çeklər, veksellər, konosamentlər) çıxış edə bilməsi.
-Dövlət tərəfindən tanınması və tənzimlənməsi.
-Sənədlilik.
-Qiymətli kağızların mövcudluğu müvafiq qanunlarla tənzimlənir. Qiymətli
kağızların təstiq etdiyi hüquqlar, qiymətli kağızların məcburi rekvizitləri, qiymətli
kağızların formasına olan tələblər, emissiya qaydaları, onların dövriyyəsinin digər
parametrləri
qanunvericiliklə
tənzimlənir.
Dövlət
tərəfindən
tənzimlənmə
investorların maraqlarının müdafiə edilməsinə, onlara qiymətli kağızlar bazarında
bərabər şərait yaradılmasına yönəldilmişdir. Qiymətli kağızların gətirdiyi gəlir,
qoyulmuş vəsaitlərin geri qaytarılması imkanı çox amillərdən asılıdır.
-Qiymətli kağızların verdiyi hüquqların sənədlə təstiq edilməsidir ki, bunlar sənədli
19
qiymətli kağızlar üzrə qiymətli kağızlar sertifikatı, elektron qiymətli kağızlar üzrə isə
depo hesabından çıxarışdır
-Qiymətli kağızların investisiya xüsusiyyətləri
-Likvidlik, gəlirlilik, etibarlılıq
-Qiymətli kağız nominal qiymətə malik olaraq müəyyən miqdarda real kapitalı
göstərir. Qiymətli kağızların bazar qiyməti onların nominal qiymətindən əsaslı
surətdə fərqlənə bildiyindən, gəlirlilik müxtəlif olur. Qiymətli kağızların gəlirliliyi
dividend, faiz, və digər formada ola bilər. Qiymətli kağızların likvidliyi onların alqı-
satqı vasitəsilə pul vəsaitlərinə çevrilə bilməsidir. Qiymətli kağızların etibarlılığı
onun gətirdiyi gəlirin sabit olması ilə əlaqədardır və bir çox amillərdən asılıdır.
Qiymətli kağızlar bazarı pul yığımlarının yenidən bölgüsü mexanizmlərindən
biri olmaqla iqtisadiyyatın digər sferaları ilə sıx əlaqədə fəaliyyət göstərərək,
kapitalın sərbəst pul resurslarına malik sahələrdən inkişafını maliyyələşməyə ehtiyac
duyan sahələrə axınını təmin edir. Qiymətli kağızları sonradan, əlverişli şərait
yarandıqda mənfəətli satışın mümkünlüyü investorları qiymətli kağızları almağa və
bu yolla kapitalı ona ehtiyac duyan müəssisələrə verməyə sövq edir. Buna görə də
qiymətli kağızlar bazarının rolu iqtisadiyyata müvəqqəti sərbəst pul vəsaitlərini cəlb
etməkdən ibarətdir. Qiymətli kağızlar bazarının iqtisadi rolu onun fəaliyyətinin
məqsəd və vəzifələrində, həmçinin onun funksiyalarında təzahür edir. Qiymətli
kağızlar bazarının rolu və əhəmiyyəti ümumi şəkildə aşağıdakılarla müəyyən edilir:
- qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vəsaitlərin investisiyaya cəlb
edilməsini təşkil edir;
- kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə, ayrı-ayrı sahələrin
fəaliyyətini tənzimləyir;
- dövlət büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait cəlb edir;
- əhalinin istehsalın idarə edilməsi işində iştirak etməsini təmin edir;
- satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir;
- fond bazarının göstəriciləri əsasında iqtisadiyyatın vəziyyətinin
qiymətləndirilməsinə imkan yaradır;
Dostları ilə paylaş: |