39
-
Qanaxma
-
Plevrit
-
Pnevmoniya (həm əməliyyat
keçirilmiş, həm də əks tərəfdə)
-
Plevranın empieması
-
Pnevmotoraks
-
Bronxial fistula
-
Əməliyyatdan sonrakı yaranın irinləməsi
Ağ ciyərdə aparılmış exinokokkektomiyadan sonra qalan boşluqdan asılı olan
ağırlaşmalar 4,3-8% xəstələrdə qeyd olunur. Ən çox rast gəlinəni qalmış boşluğun
irinləməsidir. Qalıq boşluğun irinləməsi halı praktiki olaraq, boşluğun ləğvi
əməliyyatlarının hər bir növündə rast gəlinir.
Ağ ciyərin exinokokkektomiyasından sonra ən çox rast gəlinən ağırlaşma
xüsusən irinləmiş və drenə olunan böyük sist olan xəstələrdə yalançı
pnevmosistlərin inkişaf etməsidir. Çox az hallarda retorakotomiyaya göstəriş ola
bilən ciddi ağırlaşmalara rast gəlinir. Retorakotomiyaya ən çox səbəb olan
ağırlaşma əməliyyatdan sonrakı hemostatik konservativ terapiyanın effekti
olmadığı plevradaxili qanaxmadır. Plevranın əməliyyatdan sonrakı empieması
plevranın drenləşdirilməsi və ya plevranın təkrari punksiyası yolu ilə
müvəffəqiyyətlə müalicə olunur. Əməliyyatdan sonrakı yaranın sağalması da
konservativ tədbirlərlə ləğv edilir.
Yemək borusu əməliyyatlarından sonrakı ağırlaĢmalar.
Yemək borusunun döş qəfəsi şöbəsi digərlərindən daha uzun olması və yemək
borusu anastomozlarının tez-tez icra olunduğu boşluq döş qəfəsidir. Yemək
borusunda aparılan əməliyyatlar texniki icrasına görə ən mürəkkəb növlərə aiddir.
Həm də onların çoxu zəifləmiş qrup xəstələrdə aparılır. Bu əməliyyatdan sonrakı
dövrdə xəstənin ümumi vəziyyətinin həm dəyişməsi, həm də əməliyyat zamanı baş
verən texniki səhvlər üzündən baş verən ağırlaşmalara şərait yaranır.
Aşağıdakı ağırlaşmalar ayırd edilir:
40
Yaralanma
-
Qanaxma
-
Yemək borusu – bağırsaq və ya yemək borusu mədə anastomozunun
çatmazlığı;
-
Boyun anastomozunun çatmazlığı;
-
Transplantın qanqrenası;
-
Plevranın empieması;
-
Hilotoraks.
Ürəkdə aparılan əməliyyatlardan sonrakı ağırlaĢmalar.
Ürək-damar cərrahiyyəsinin müasir inkişaf səviyyəsi, əməliyyatlarda toplanan
çox böyük təcrübə xəstənin başlanğıc vəziyyətindən, xəstəliyin nozoloji forması,
yanaşı patologiyalar və s. amillərdən asılı olaraq əməliyyat risklərini əvvəlcədən
xəbər verməyə imkan yaradır.
Avropa Torakal və Ürək-Damar Cərrahları Assosiasiyası müxtəlif
kardiocərrahiyyə
mərkəzlərində
aparılan
çoxillik
müşahidələrinin
ümumiləşdirilməsi nəticəsində 1998-ci ildə ürəkdə aparılacaq əməliyyat riskinin
qiymətləndirilməsi sistemini təklif etdi.
Əməliyyat riskinin qiymətləndirilməsi balların hesablanmasına görə aparılır.
Gözlənilən ölüm 0-dan-2-yə qədər (aşağı risk) 1,27-1,29%, 3-dən – 5-ə qədər (orta
risk) – 2,90-2,94%, 6-dan yuxarı (yuxarı risk) – 10,93 – 11,54% təşkil edir.
Ürəkdə əməliyyat riskinin Avropa qiymətləndirmə sistemi.
Pasient – asılı faktorlar
Təyin olunma
Yaş
60 yaşdan yuxarı hər 5 ilə
Cins
Qadınlar
Ağ ciyərlərin xroniki xəstəlikləri
Bronx
genişləndiricilərin
və
hormonların ağ ciyər xəstəliklərinə görə
uzun müddət
qəbulu
Periferik angiopatiyalar
Bunlardan biri və ya bir neçəsi;
Fasiləli axşama, okkulyuziya və ya
stenoz >50% BMA;
Qarın aortasinda keçirilmiş və ya
41
planlaşdırılan
operasiya;
Ətratfların arteriyalarında və ya BMA.
Nevroloji pozğunluqlar
Gündəlik fəaliyyəti ciddi pozan xəstəlik
Ürəkdə keçirilmiş operasiyalar
Perikard boşluğunun açılması ilə
operasiya
Zərdabda
kreatinin səviyyəsi
0,2 mmol/l-dən çox
Aktiv endokardit
Ürəkdə
əməliyyat
ərəfəsində
endokarditə
görə
antibakterial
terapiyada olan xəstələr
Əməliyyatdan
əvvəlki
kritik
vəziyyət
Bunlardan
biri və ya bir neçəsi;
Mədəcik taxikardiyası və ya fibrilyasiya
və
ya
klinik
ölümdən
sonra:
əməliyyatxanaya qəbul olunana qədər
STA;
Əməliyyatdan
öncə
başqa
qolla
dayanıqlığın vacibliyi;
Aortadaxili balon kontrapulsasiyası;
Kəskin böyrək çatmazlığı (anuriya və ya
oliqouriya<10 ml/saat)
Ürək – asılı
faktorlar
Təyin
olunma
Qeyri stabil stenokardiya
Əməliyyatxanaya qəbul olunana qədər
b/d nitratlar tələb edən stenokardiya
Sol mədəciyin disfunksiyası
Nisbi (FB 30-50%)
Daha qabarıq (FB<30%)
Miokard infarktı
90 gündən az
Ağ ciyər hipertenziyası
Sistolik (DLA) 60 mm Hg-dən çox
Əməliyyatdan asılı faktorlar
Təyin olunma
Təcililik
Növbəti gün başlayanadək operasiyanı
tələb edir.
AKŞ əməliyyatından başqa digər
operasiyalar
AKŞ-dən daha böyük əməliyyatlar və ya
AKŞ-yə əlavə
Döş aortasında operasiya
Qalxan,
qövsdə və enən aortada
MJP (MAÇ) infarktdan sonra
cırılması
Ürək çatmazlığı.
Ürək çatmazlığı – orqan və toxumalarda normal qaz mübadiləsi üçün vacib
olan adekvat ürək atımını nasos kimi dəstəkləyən ürəyin acizliyi ilə xarakterizə