141
Azərbaycanda Ali İcraedici şəxs Azərbaycan Respublikasının Prezidentidir. Ali
Dövlət İcra Orqanı Azərbaycan Nazirlər Kabineti başda olmaqla Azərbaycan
hökumətidir.
İctimai inkişaf – cəmiyyətdə hamıya, hər kəsə aid olan ümumi inkişaf.
İctimai mühit – cəmiyyətin hər bir üzvü tərəfindən istəyərək və ya
istəməyərək formalaşmış ümumi hal, əhval-ruhiyyə, şərait. İctimai mühiti
cəmiyyətin üzvləri formalaşdırır, ondan razı qalıb-qalmamaqda isə bir-birlərindən
fərqli fikirlər irəli sürürlər.
İctimai nəqliyyat – hər kəsin eyni hüquqda istifadə edə biləcəyi nəqliyyat
növü (avtobus, troleybus, tramvay, metro, qatar, gəmi, təyyarə).
İctimai təşkilatlar və birliklər – vətəndaşların qarşılarına qoyduqları
məqsədi və ya məqsədləri həyata keçirmək məqsədi ilə könüllü birləşmələri
nəticəsində meydana çıxan qurum.
İctimai yerlər – Hər kəsin (ictimaiyyatın) istifadə etdiyi, xalqa açıq yerlər.
Məsələn, parklar, küçə, bulvarlar, mağazalar, kino və teatrlar, kafe, bufet, restoran
və s.
İdarə olunma – İşi, davranışları bir başqası tərəfindən, yaxud hər hansı bir
hüquqi sənədə görə idarə edilən.
İdeya – 1. İnsan şöurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən
və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür.
2. Dünyagürüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. 3.
Fikir, qayə, məqsəd.
İftar – din. Oruc açma, oruc açdıqda yeyilən yemək.
İftira – Olmayan bir şeyi olmuş kim danışmaq və ya nağıl etmək.
İftira son dərəcə pis hadisədir. Həm iftira edən, həm də ona iftira edilən
adam üçün olduqca narahatedici edici bir davranışdır.
İqtisadi hüquq – insanlararası iqtisadi münasibətləri tənzim edən hüquq
normaları.
İqtisadi idarəetmə – təsərrüfatı, idarəni, müəssisəni iqtisadi baxımdan,
iqtisadi qayda və qanunların tələblərinə görə idarə etmək.
142
İqtisadiyyat – 1. Hər hansı bir ictimai quruluşun, Cəmiyyətin istehsal
qövvələrinin inkişafına uyğun olan istehsal münasibətlərinin məcmusu. 2. Hər
hansı bir ölkənin, rayonun və s.-nin təsərrüfatının vəziyyəti. Təsərrüfatın hər hansı
bir sahəsinin maliyyə və maddi cəhətdən quruluşu, vəziyyəti. 3. Xalq təsərrüfatının
hər hansı bir sahəsinin maliyyə və maddi tərəfini öyrənən elm.
İlahi riza – Allahın razı qalması deməkdir. İnsan nə edirsə etsin, gördüyü
işin Allah tərəfindən bəyənilib-bəyənilmədiyini nəzərə almalı, gördüyü işdən onun
razı qalıb-qalmadığını hesaba almalıdır. İlahi riza, daha çox insanın Allahın onun
üçün yazdığına razı olması, ona qarşı çıxmaması deməkdir. İslam əxlaqında İlahi
rizaya qarşı çıxmaq axmaqlıq sayılır.
İlayi-Kəlimətullah – Allahın adını ucaltmaq üçün iş görmək, Allahı inkar
edənlərə qarşı mübarizə aparmaq. Cihad sözünün sinonimi kimi işlədilir.
İlğım – Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi
görünməsi hadisəsi.
İncil – Allah tərəfindən Həzrəti-İsaya göndərilən, Tövratın əslini təsdiq
edən, Qurani-Kərim tərəfindən təsdiq edilən və bir mənası da "yol göstərici,
aydınladıcı" olan (əl-Maidə, 5/46-48), dörd böyük kitabdan biri. Bu gün əldə olan
İncil dörd variantdan ibarətdir. Bu da onun insanlar tərəfindən necə
dəyişdirildiyinə sübutdur. Qurani-Kərimdə Uca Allah buna işarə edərək İncilə görə
hökm çıxarılmamasını, ona görə hərəkət edilməməsini əmr edir:
İnfaq – Nəfəsə verib keçindirmə, bəsləmə, Allah yolunda xərcləmək.
İnfrasturuktur – latın dilindən alınma söz olub infra — «aşağı», «alt».
lаt. structura — «quruluş», «yerləşmə, mövqe» mənalarını bildirir. Termin olaraq
sosial, nəqliyyat, mühəndislik, iqtisadiyyat, hərbi və b. sahələrin mövcud
olmasında iştirak edən vasitələrə verilən ümumi addır.
İnkişaf – İrəliyə doğru tərəqqi etmə, artma, yüksəlmə; tərəqqi, yüksəliş.
İnkişaf etdirmək – 1) irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. 2)
kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq,
möhkəmləndirmək, qüvvətləndirmək. Inkişaf etmək – 1) tərəqqi etmək, irəliləmək,
artmaq, yüksəlmək, genişlənmək. 2) kamilləşmək, yetkinləşmək, artmaq. 3)
143
böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İnkişaf etmiş. 1) yüksək
səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi
etmiş. İnkişaf etmiş ölkələr; 2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş, göröş dairəsi
geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam.
İnsan – 1. Adam, bəşər. Ruh və bədən meydana gələn ağıl sahibi varlıq.
İnsan fəaliyyəti – 1. İnsanın bütün sahələrdə fiziki, əqli çalışması.
İnsan hüquqları – Konstitusiya ilə insana verilən hüquq və səlahiyyətlər
məcmusu.
İnsan hüquqları üzrə beynəlxalq sistem – Beynəlxalq təşkilatlar
tərəfindən hüquqlarının qorunması məqsədi ilə qurulmuş sistem. Haaqadakı
Beynəlxalq İnsan Haqları Məhkəməsi də bu sistemə daxildir.
İnteqrasiya, qarşılıqlı təsir – Əlahiddə hissələrin tamda birləşməsi
haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və
ya ictimai proseslər.
İrq – Mənşə və bəzi irsi xüsusiyyətlərinə (saçlarının, dərilərinin rənginə,
başlarının quruluşuna və s.) görə bir olan tarixən təşəkkül tapmış insanlar qrupu.
Heyvan və bitki təsnifatını bildirmək üçün bir termin kimi də işlənir.
İrqçilik – is. “Yüksək” və “aşağı”, “kamil” və “qeyri-kamil” insan irqləri
olması fikrinə əsaslanan ifrat mürtəce, dinə və elmə zidd nəzəriyyə və siyasət;
irqlər (xalqlar) arasında nifaq və ədavət salma.
İslam dininə görə haqqın, hüququn qaynağı İlahi iradədir. Buna görə də
İslamda hüquq dini hökmlərin çıxarıldığı qaynaqlara (kitab, sünnət, icma, qiyas)
istinad edən ilahi ehsanlardır. Hər hansı bir dini dəlilə istinad etməyən dini haqdan
söz edilemez. Haqqın qaynağı Allahu Təaladır, çünki ondan başqa hakim yoxdur.
Dini haqlarda, haqqın sahibi Allah, digər haqlarda həqiqi və ya hökmi şəxslərdir.
İslam hüququna görə şəxsiyyət sağlam doğulmaq şərti ilə, uşağın ana bətninə
düşdüyü andan etibarən başlayır və onu hər hansı şəkildə öldürmək cinayət yətlərə
görə də müvafiq cəzalar tətbiq edilir.
İslamda müharibə intiqam almaq, öldürmək, yağmalamaq, təzyiq altına
salmaq və zülm etmək üçün deyildir, əksinə bu cür halları aradan qaldırmaq üçün
Dostları ilə paylaş: |