49
Rifampisinin uzunmüddətli qəbulu zamanı qısa kurslarla (10-14) öd qovucu
preparatların istifadəsi lazımdır. Medikamentoz hepatitin klinikasında ağrı sindromu
olarkən onların təyini antispastik dərmanlarla yanaşı olmalıdır. Qara ciyərin ağır
toksiki zədələnmələri zamanı qlükokortikosteroidlərin təyini göstərişdir.
Vərəm əleyhinə preparatlar yalnız insulyar aparatı deyil, digər endokrin vəzlərə
də toksiki təsir edə bilirlər. Etionamidin, PAST-ın antitiroid təsiri haqqında məlumat
mövcuddur. Kişilərdə ginekomastiya, qadınlarda menstrual tsiklin pozulması
izoniazid, etionamid qəbulunda müşahidə edilir.
Xəstələrin əksər hissəsində kimyəvi terapiyanın altıncı ayında vitamin
mübadiləsində nəzərə çarpacaq dəyişikliklər müşahidə olunur. Bağırsaqlarda baş
verən dəyişikliklər nəticəsində vitamin çatmamazlığı, əsasən B qrup vitaminlərin
bakterial sintezi və sorulması prosesi kəskin şəkildə pozulur. Vitamin
mübadiləsinin pozulması sinir sistemi tərəfindən astenovegetativ sindrom,
ensefalopatiya şəklində özünü biruzə verir. Həmçinin miokardin, qara ciyərin
funksional fəaliyyətinin dəyişikliyini yarada bilir.
Spesifik dərmanlardan rifampisin, pirazinamid əsasən etambutol və
levofloksasin ilə kombinə edildikdə mədəaltı vəzin funksional fəaliyyətinin həm
ekskretor zonasının, həm də insulyar aparatının pozulması baş verə bilir. Ağ ciyər
vərəmi olan xəstələrdə yanaşı “şəkərli diabet” xəstəliyi varsa yuxarıda göstərilən
preparatlar və eləcə də nadir hallarda izoniazid, mədəaltı vəzin fəaliyyətində olan
dəyişikliyi daha da dərinləşdirir. Nəticədə diabet xəstəliyi ağırlaşır.
Böyrəklərin zədələnməsi. Vərəm əleyhinə preparatların əksəriyyəti sidiklə
xaric olur ki, bu da onların nefrotoksiki təsirinə səbəb ola bilir. Spesifik dərmanlardan
kəskin böyrək çatışmazlığına səbəb ola bilən preparatlara- streptomisin, amikasin,
kanamisin, kapreomisin və bedaqulin aiddir. Nadir hallarda rifampisin, PAST
böyrəklərə nefrotoksiki təsir göstərir.
Böyrək çatışmazlığı qeyri-steroid iltihab əleyhinə dərman vasitələrindən,
sulfanilamid, diuretiklərdən də yarana bilər. Bəzi yanaşı xəstəliklər, o cümlədən
sepsis, vaskulitlər və şəkərli diabet böyrək çatışmazlığına səbəb ola bilər. Böyrək
çatışmazlığı ehtimalı yaşlı insanlarda, xüsusən, ağır yanaşı xəstəlikləri olan xəstələrdə
tez-tez rast gəlinir. Böyrəklərin zədələnməsinin yüngül əlamətləri spesifik müalicə
üçün təhlükəli sayılmır. Zədələnmələrə xas olan ağır əlamətlərə oliquriya və ya
anuriya, şişkinlik, anasarka, təngnəfəslik, və eyni zamanda, psixikanın və davranışın
dəyişməsi, huşun pozulması (yuxululuq, huşun qarışıq olması) və ya serozitlər aiddir.
Spesifik preparatlarla müalicə fonunda mikrohematuriyanın, albuminuriyanın
yaranması, böyrəklərin yumaqcıq, kanal və ekstramedulyar aparatının morfoloji
dəyişikliyi ilə əlaqəli funksional fəaliyyətinin nəzərə çarpacaq dərəcədə pozulduğunu
50
göstərir. Yumaqcıq filtrasiyasının zəifləməsi azot ifrazı funksiyasını pozur.
Böyrəklərin qatılaşdırma funksiyasının azalması nəticəsində dərin, bəzən geriyə
dönməyən dəyişikliklər baş verə bilir. Nefrotoksikliyin müəyyən edilməsinin ən
yaxşı üsulu kreatininin qan zərdabında təyini sayılır. Bu zaman əldə olunan nəticə
ilkin nəticə ilə müqayisə olunmalıdır. Buna görə də hər ay kreatinin müayinəsinin
təyin edilməsi tövsiyə olunur. Kreatinin səviyyəsinin təyini spesifik dərmanların
parenteral yolla qəbulu zamanı simptomsuz nefrotoksik təsiri müəyyən etməyə
imkan verir.
Böyrək çatışmazlığını əlavə maye qəbulu və ya parenteral yolla qəbul edilən
dərmanların dayandırılması yolu ilə aradan qaldırmaq olar. Kreatinin klirensi
əsasında müalicədən əvvəl böyrək çatışmazlığı müəyyən edilmiş xəstələrdə vərəm
əleyhinə dərmanların dozaları müəyyənləşdirilməlidir. Böyrək çatışmamazlığının
ağır nəticələri turşu-qələvi və elektrolit balansının pozulması ilə müşahidə olunduğu
üçün kreatininin və sidik cövhərinin səviyyəsinin biokimyəvi yolla müayinəsi
aşkarlanması lazımdır. Kretinin və sidik cövhərinin səviyyəsinin cüzi artması zamanı
parenteral terapiyanı davam etdirmək olar. Toksik təsirin azaldılması üçün dozanı
azaltmaq və preparatın daxil edilməsi intervalını artırmaq olar. Böyrək
çatışmazlığının bəzi hallarında inyeksion dərman vasitəsinin həftədə üç dəfə
verilməsinə keçmək olar.
Ağır böyrək çatışmazlığı zamanı parenteral müalicəni tam dayandırmaq və
xəstənin xəstəxana şəraitində müalicəsinin davam etdirməsi məsələsini həll etmək
lazımdır. Belə hallarda mütəxəssis nefroloqun məsləhəti vacibdir.
Rifampisin qəbulu zamanı sidiyin qırmızı və ya qəhvəyi rəng alması tez-tez
müşahidə olunur. Xəstələrə belə əlamətlərin ola biləcəyi haqqında əvvəlcədən
məlumat vermək lazımdır. Belə hallarda dozaların uyğunlaşdırılması tələb olunmur.
Sümük-əzələ sistemi tərəfindən simptomlar. Vərəm xəstələrinin müalicənin
ilk aylarında pirazinamidin, ftorxinolonların və tiamidlərin yanaşı təsiri kimi keçici
artralgiyalar, artritlər və əzələ ağrıları müşahidə olunur. Z və Cm-lə müalicə zamanı
xəstələrin 25%-də artralgiya və mialgiya ola bilər. Bu əlamətlər adətən iltihab
əleyhinə dərman vasitələri ilə azaldıla və sonralar tam aradan qaldırıla bilər.
Müalicə başlandıqdan bir neçə ay sonra bəzi oynaqlarda davamlı oynaq və
əzələ simptomları əmələ gəlir. Podaqra və oynaqların degenerativ xəstəlikləri eyni
simptomlara malik ola bilər. Simptomlar müşahidə olunmadığı zaman hiperurikemiya
müalicə kursunun dəyişdirilməsi üçün əsas deyil və spesifik dərmanların qəbulu
dayandırıldıqdan sonra əlamətlər aradan qalxır. Əsas müalicə vasitəsi iltihab əleyhinə
dərmanların qəbuludur (indometasin 50 mq gündə 3 dəfə, sonra 25 mq; və ya
ibuprofen 400-800 mq gündə 3 dəfə; və ya naproksen 750 mq sonra 250 mq gündə 3