37
“toplanma effekti” vacibdir. Vərəmin multirezistent və polirezistent formalarının
müalicəsində istifadə olunan rezerv preparatlar daha uzun müddətli təyin edildiyi
üçün daha çox toksiki təsir göstərirlər.
Sözsüz, vərəm əleyhinə dərmanların qəbulu zamanı toksiki və allergik
reaksiyaların birgə müşahidə olunması da mümkündür. Ədəbiyyatdan bəllidir ki,
allergik reaksiyalar toksiki reaksiyalardan bir qədər əvvəl başlayır. Sözsüz, qara
ciyər, böyrək, ürək-damar və sinir sistemində patologiya müşahidə olunan xəstələrdə
hər iki reaksiya müalicənin erkən dövrlərində müşahidə oluna bilir. Bu baxımdan
xəstələrin kliniki-biokimyəvi müayinələrinin nəticələrinin vaxtaşırı izlənilməsi və
baş vermiş dəyişikliklərin aradan qaldırılması müalicənin əsas prinsiplərindən
sayılır. Baş vermiş hər hansı bir əlavə təsir dərhal aradan qaldırılmalıdır.
Periferik və vegetativ sinir sistemi, qanda müxtəlif toksiki maddələrin
toplanmasına həssascasına reaksiya verir. Bu baxımdan əlavə təsirlərin 12-24%-ni
nevroloji dəyişikliklər təşkil edir. Sinir sisteminə xüsusi aqressiv təsir göstərən vərəm
əleyhinə dərmanlardan hidrozit izonikotin turşusunu-izoniazidi, sikloserini,
tioaçetazonu göstərmək olar. İzoniazidin vena daxili təyini preparatın sinir sisteminə
neqativ təsirini daha da artırır. HİNT qrupu preparatları ilə yanaşı etionamid,
sikloserin, təsadüfi hallarda etambutol və streptomisin sinir sistemində eyforiya,
yuxusuzluq, baş ağrısı, bəzən qısa müddətli şüurun itməsi, qıcolmalar, psixoz kimi
arzu olunmayan hallar yaradır. Etambutolun qəbulu zamanı depressiya baş verə bilər.
Neyrotoksiki fəsadların xarakteri və ağırlıq dərəcəsi xəstələrin emosional
ləbilliyindən, onlarda sinir sistemi xəstəliklərinin olmasından, alkoqolizm kimi
yanaşı faktorların olmasından çox aslıdır.
Görmə orqanının zədələnməsi ən çox etambutolun təyini zamanı təsadüf etdiyi
üçün 13 yaşına kimi uşaqlara bu preparatın təyini əks göstərişdir. Yaşlı pasientlərdə
rəng seçmə qabiliyyəti, xüsusən yaşıl və qırmızı rənglərin seçilməsi, görmə
sahəsinin daralması, bəzi hallarda, görmə itiliyinin zəifləməsi, görmə sinirinin nevriti,
kataraktanın yaranması və inkişafı kimi əlavə təsirlər yarana bilər. Nəzərə almaq
lazımdır ki, etambutol bu preparat üçün depo-hüceyrə rolunu oynayan eritrositlərdə
toplanır. Bu səbəbdən preparatın qəbulunu kəsdikdən sonra da onun patoloji təsiri
davam edə bilər. Etionamid və izoniazidin görmə sinirinə patolji təsir etməsi halları
da mümkündür.
Vərəm əleyhinə antibiotiklər baş beyinin VIII cüt sinirinə toksiki təsir
edərək, eşitmənin və vestibulyar aparatın patologiyasına səbəb ola bilir. Streptomisin
ən çox eşitmə aparatına mənfi təsir göstərir (daxili qulağın endolimfasında
streptomisinin miqdarı periferik qana nisbətən 50-100 dəfə çox olur). Kanamisin
əsasən vestibulyar aparatın patologiyasını yaradır. Bu preparatların eyni vaxtda
38
yaratdığı oto və nefrotoksiki təsiri antibiotiklərin orqanizimdə kumulyasiyası
nəticəsində baş verir ki, bu da VIII cüt baş beyin sinirinə neqativ təsiri dərinləşdirir.
Eşitmə qabiliyyətinin pozulmasının ilk vaxtlarında preparatıların istifadəsi
kəsilməlidir. Belə ki, müalicənin həmin preparatla davamı tam karlığa gətirib çıxara
bilər.
Ədəbiyyatdan belə məlum olur ki, birinci sıra preparatlar fəqərəarası disklərdə
distrofik dəyişikliklər yarada bilir.
Ürək-qan damar sisteminə əsasən HİNT preparatları, xüsusən izoniazid toksiki
təsir göstərir. Ürəyə həmçinin streptomisin və kanamisin arzu olunmaz təsir edə bilir.
Kliniki olaraq bu özünü ürək nahiyyəsində ağrılar, arterial təzyiqin yüksəlməsi,
taxikardiya, EKQ-da miokardda distrofik dəyişikliklər kimi biruzə verir. Birbaşa
olaraq vərəm əleyhinə preparatların ürəyə təsiri haqqında məlumatlar yoxdur. Lakin,
məlumdur ki, bu preparatlar artıq yaranmış ürək patologiyasını dərinləşdirə bilir. Belə
ki, kardiotoksiki reaksiyalar xəstələrin 15% hissəsində müşahidə olunur.
Multirezistent və geniş dərmana davamlı xəstələrin müalicəsində istifadə olunan
aktivliyi müəyyənləşdirilən dərmanlar qanın plazmasını metobolik balansını
pozduğu üçün ürəyin fəaliyyətinə mənfi təsir edə bilir. Belə preparatlara delamanid,
bedaqulin aiddir. Dərmanların qəbulu zamanı elektrokardioqrafiyada QT
intervalının yüksəlməsi ciddi aritmiyalar yaradır və ölümlə nəticələnir.
Vərəm əleyhinə preparatlar tənəffüs orqanlarında da toksiki zədələnmələr
törədə bilərlər. Əksər hallarda əlavə təsiri spesifik prosesin fəallaşmasından
fərqləndirmək mümkün olmur. Antibakterial preparatlar alveolyar makrofoqların
aktivliyini 28 dəfə, interstisial makrofaqların aktivliyini 4 dəfə azaldır. Həmçinin,
rifampisinin ağ ciyər hüceyrələrinə toksiki təsiri haqqında məlumat vardır. Bu
preparat limfosit və alveolyar makrofoqlar arasında təması pozur. Vərəm
xəstələrində izoniazid ağ ciyər kapillyarlarının rezistentliyini azaldaraq qanhayxırma
və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara səbəb olur.
Aparılan təhlildən belə bir nəticəyə gəlmək olur ki, spesifik dərmanların hər
biri ayrılıqda yanaşı təsirlər törədir. Dərmanların kombinasiya şəkilində işlədilməsi
zamanı isə bu təsirlər birləşərək daha ciddi şəkil alırlar. Əksər hallarda yanaşı
təsirlərin səviyyəsi dərmanların dozasından asılıdır. Yanaşı təsirlərin qarşısını almaq
üçün müalicə başlanan andan profilaktik tədbirlər aparılmalıdır. Yanaşı təsir baş
verdikdə onun hansı preparatdan olduğunu, preparatın qəbul edilən dozasının
düzgünlüyü, yanaşı təsirin ağırlıq dərəcəsi müəyyənləşdirilməlidir. Yüngül yanaşı
təsirlər zamanı preparatın dozası azaldılmalı, lazım gələrsə qəbulu dayandırılmalıdır.
Adətən belə hallarda dərmanlar aşağı dozadan başlayaraq təyin edilir, sonra isə doza
tövsiyyə olunan səviyyyə qədər artırılır. Bəzən dərmanların gündəlik dozası bir neçə