Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Gəncə şəhər Mədəniyyət və Turizm idarəsi
Mərkəzləşdirilmiş kitabxana sisteminin metotika şöbəsi
“Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi”
Mirzə İbrahimov – 100
(metotik vəsait)
Gəncə - 2011
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki işlərin təşkili şöbəsi
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
M. İbrahimov - 100
(metodik vəsait)
Gəncə - 2011
Lap qədim zamanlardan
bədii yaradıcılığı, ədəbiyyat
və incəsənət əsərlərini ruhun,
qəlbin qidası adlandırırlar.
Mənə elə gəlir ki, bu çox
doğru tərifdir. Axı həqiqətən-
də əsil sənət əsərləri insanın
ruhunu qidalandırır, ürəyini
sevinclə, yüksək duyğular və
ehtiraslarla doldurur, yəni
insanı mənən, fikrən ucaldır,
mübarizə qabilliyətini, həyat
eşqini artırır.
M. İbrahimov
Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19 iyul 2011
2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2011-ci il.
Ön söz Kitabxana işçilərinə təqdim etdiyimiz bu metodik vəsaitdə əsas məqsədimiz XX-ci ərsdə yaşayıb-yaratmış və heç bir janırda bədii söz ustası kimi kəsəri azalmamış xalq yazıçısı Mirzə İbrahimovun yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdən ibarətdir. 2011 ci ildə Azəbaycan Respublikası Prezidenti İ. Əliyev Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Yaxşı olardı ki, hər bir kitabxana işçisi vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə edərək görkəmli xalq yazıçısı M. İbrahimovu öz oxucularına daha dərindən tanıtsın, onun geniş yaradıcılığı ilə onları tanış etsin. Metodik vəsait iki hissədən ibarətdir. Birinci hissədə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir, ikinci hissədə isə yubiley tədbirlərinin keçirilməsindən bəhs olunur. Vəsaitdə verilmiş tədbir formaları uşaq və gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyət kəsb edəcəkdir. I-ci hissə: Həyat və yaradıcılığı:
İbrahimov Mirzə Əjdər oğlu - nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı Azərbaycan Elmlər Akademiyasının akademiki SSRİ Dövlət mükafatı laureatı Azərbaycan Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı Azərbaycanın əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı,SSRİ xalq deputatı Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Onun «Qazılan buruq» adlı ilk şeiri 1930-cu ildə «Aprel alovları» məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci № ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuş «Qiqantlar ölkəsi» oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir “Həyat” pyesi bu dövrün bəhrəsidir. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır.
M.F.Axundov adına Azərbaycan Dövlət və Balet Teatrının direktoru, sonra isə XKS-ya incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin ağır sınaq
illərində istər əsərləri ilə, istərsə fabrik-zavodlarda, istərsə də kəndlərdə zəhmətkeşlər qarşısında, əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə döyüşçüləri qələbəyə ruhlandrır, düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə sovet ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda» qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak etmişdir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat”, “Madrid”, “Məhəbbət” pyeslərindən iyirmi il fasilədən sonra, “Kəndçi qızı”,“Yaxşı adam”,”Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin «Kral Lir», “On ikinci gecə”, “yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, "Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XX-XXVI qurultaylarında MK Büro üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi Helsinki, Banqkok, Ümumdünya sülh tərəfdarları konqresi Stokholm, və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXYI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya),Suriya (Dəməşq),
Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin yaranmasında ciddi əməyi olmuşdur (1948-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi (1970-1986) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Xalq yazıçısı Mirzə İbrahimovun həyat və
yaradıcılığının əsas tarixləri
1911 Oktyabr ayının 28-də cənubi
Azərbaycanın Sərab şəhəri yaxın-
lığında Evə kəndində anaqdan ol-
muşdur.
1918 Atası ilə bərabər Bakıya neft mədən-
lərinə işləməyə gəlib.
1926 Suraxanıda açılan ilk sovet fabrik-
zavod məktəbinə daxil olub.
1929-1930 “Qazılan buruq” adlı şeri ilə ilk
yaradıcılığa başlayıb.
1930 Partiya sıralarına daxil olub.
1932-1933 Sovet yazıçılar ittifaqı təşkilat komi
təsinin məsul katibi seçilmiş və
Azərbaycan dövlət elmi- tədqiqat
Institutunun hazırlıq şöbəsinə
daxil olmuşdur.
1933 Naxçıvanda çapdan çıxan “Sürət”
qəzetinin redaktoru işləmişdir.
1932-1933 “Həyar üçün”,”Sənət aşiqləri”,”Qor
xulu səs”, “Yol ayrıcında”,”Qaçaq”
adlı hekayələrini və
1935 “Həyat”dramını yazmışdır.
1937 “Madrid” pyesini yazmışdır.
1937 Leninqradda Şərqşünaslıq İnstitu-
tunun Akademiyasında təhsil
almışdır.
1942-1946 Azərbaycan SSR xalq maarif komis
sarı işləmişdir
1942 Uzaq Şərqdə Xabarovsk,Vladivostok
və s. Hərbi dairələrdə 416- cı divizya
nın döyüşçüləri ilə görüşlərdə işti-
rak etmişdir.
1945 Azərbaycan Elmlər Akademiyası
təsis edilərkən onun ilk həqiqi üzv-
lərindən biri seçilmişdir.
1946-1950 Azərbaycan Respublikası Nazirlər
Soveti Rəyasət Heyətinin
sədrinin müavini işləmişdir.
1950 Azərbaycan SSR Ali Soveti Rəyasət
heyətinin sədri işləmişdir.
1946-1954 Azərbaycan Yazıçılar İttifaqı
idarə heyətinin sədri işləmişdir
1954-1958 Azərbaycan Respublikası Ali
Soveti Rəyasət Heyətinin sədri
işləmişdir.
1961 Xalq yazıçısı adına layiq görülüb.
1965-1975 SSRİ Yazıçılar İttifaqının İdarə
heyətinin katibi işləmişdir.
1965 Azərbaycan Dövlət Mükafatı adını
alıb.
1941 “Məhəbbət” pyesini yazmışdır.
1961 “Kəndçi qızı” pyesini yazmışdır.
1963 “Yaxşı adam” pyesini yazmışdır.
1967 “Közərən ocaqlar” pyesini
yazmışdır.
1979 Hindistanın Cəvahirləl-Nehru
mükafatına layiq görülüb.
1981 Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülüb.
1991 Azərbaycan Yazıçılar Birliyi
Ağsaqqallar Şurasının üzvü se-
çilmişdir.
1993 Dekabrın 17-də Bakıda vəfat
etmişdir
Görkəmli şəxsiyyətlərin M.İbrahimov haqqında
dedikləri.
Onun qələmi həmişə cilalı, parlaq, kəsərli, heç vaxt
qınına salınmayan silahdır. Həyatımızın elə bir sahəsi
yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin
səsi-sözü eşidilməsin. O təbiətən fəal, özünə tələbkar
şəxsiyyətdir.
Mir Cəlal. Xalq yazıçısı
Mən onun fikir və mülahizələrinin vüsətinə, zəkasının
incəliyinə, duyğu və həyəcanlarının səmimiliyinə, dostluğunun
təmənnasızlığına, yüksək bəşəri ideyalarına sədaqətinə heyran
qalmışam.
Vahid Zahidov. Özbəkistan Elmlər
akademiyasının akademiki
M. İbrahimov öz gərgin yazıçı əməyi ilə zəmanəmizin
böyük nəsrini yaradan bir yazıçı kimi Azərbaycan
xalqının həyat səlnaməsini yazan böyük sənətkarlardan-
dır.
Anatoli Safronov. Yazıçı Sosialist Əməyi
qəhrəmanı
M.İbrahimovun dram əsərləri, hekayə və romanları
müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri
yerlərdən birini tutur.
Mehdi Hüseyn. Xalq yazıçısı
C. Cabbarlının vəfatından sonra səhnədə və dramatur-
giyada bir durğunluq əmələ gəldi. Orijinal əsər yox idi, teatr yalnız tərcümə ilə məşğul idi. Mirzənin ilk dram əsəri olan “Həyat” dramaturgiyanın inkişafı üçün sanki bir açar oldu. “Həyat” Mirzədə güclü dramaturqluq istedadı olduğunu meydana çıxartdı. Ondan sonra yazdığı
“Madrid” və “Məhəbbət”dramlarının da müvəffəqiyyəti bu istedaddan doğur. M. İbrahimov xalqın sevimlisidir,
təcrübəli və püxtə bir yazışıdır.
Sabit Rəhman. Yazıçı dramaturq
Mirzə sənin hələ bərkiməmiş qələmlə yazdığın ilk
şeirlərin, kamil əsərlərin ---- həyatın dadı, duzu, günlərin isti-soyuğu, insan arzuları, insan nəfəsi məhz bu həyat
universitetinin töhfəsi deyilmi?!
Rəsul Rza. Xalq şairi
Mirzə sən nəsr yazırsan , lakin ürəyin narahat şair
ürəyidir.
Sergey Vasilyev Rus sovet şairi
SSR Əməkdar incəsənət xadimi
Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər,
adı və şöhrəti dillər əzbəri olsun.
Azərbaycan xalqının sevimlisi, istedadlı yazıçı və
dramaturqumuz , görkəmli ictimai xadim, dostumuz
Mirzə İbrahimov məhz belə sənətkarlardandır.
Mikayıl Abdullayev. Xalq rəssamı
Mirzə müəllim böyük insan, qüdrətli yazıçı
və şəxsiyyət idi.
Çingiz Abdullayev. Xalq yazıçısı
Mirzə İbrahimov həmişə özünü xalqına borclu
hesab edirdi, danışmaqdan çox iş görürdü.
Onun şəxsiyyəti örnək idi
Rəhim Əliyev. Filologiya elmləri doktoru
Mirzə İbrahimov gözəl tədqiqatçı idi.
O, aşıq Ələsgəri bir filosof sənətkar kimi təqdim
edib, aşıq ədəbiyyatının müstəsna yerini
müəyyənləşdirib. Təsadüfi deyildir ki, aşıq obrazı
ilk dəfə məhz Mirzə müəllimin romanı əsasında
çəkilən “Böyük dayaq”filmində əbədiləşdirilib.
Qəzənfər Paşayev. Professor
II-ci hissə: Yubiley tədbirlərinin keçirilməsi
M.İbrahimovun anadan olmasının 100 illiyi
münasibətilə bütün mədəni-maarif müəssisələrində, o
cümlədən kitabxanalarda da müxtəlif səpgidə tədbirlər
hazırlanmaqdadır.
İlk növbədə xalq yazıçısı M. İbrahimovun anadan
olmasının 100 illiyi ilə əlaqədar olaraq əsərlərindən ibarət
sərgi tərtib edə bilərik. Sərgi əyani təbliğat formalarının ən
geniş ya-yılmış növüdür.Çünki əyani təbliğat daha geniş
oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların
mütaliəsinə müsbət təsir göstərir. 15-20 gün müddətinə
tərtib olunmuş sərgilər yazıçının bütün yaradıcılığını
oxucuların gözü qarşısına gətirir. Bu müddətdə sərgiyə
daha çox oxucu baxır , yazıçının bütün əsərləri barədə
oxucu geniş məlumat ala bilir. Sərgilər əsasən gözlə görmə
prinsipinə əsaslandığına görə oxucular üçün daha
faydalıdır.
Sərgini belə tərtib edə bilərik:
-
Başlıq: Xalq yazıçısı Nirzə İbrahimov-100
-
Portreti
-
M.İbrahimov haqqında materiallar
-
Yazıçının ayrı-ayrı əsərləri:
-Gələcək gün
- Böyük dayaq
- Pərvanə
- Mədinənin ürəyi
- Seçilmiş əsərləri I-ci c
- Seçilmiş əsərləri II-ci c
- Seçilmiş əsərləri III-cü c.
- Seçilmiş əsərləri IV- c.
- Seçilmiç əsərləri V-c.
5. Dövrü mətbuatda çıxan materiallar.
6. Sərgidə verilmiş sitatlar:
- “Sənət əsəri sənətkarın kəşfidir, yaradıcı fikrin
məhsuludur, yəni həyat onu heç vaxt hazır şəkildə təqdim
etmir, onu sənətkar xəyalı yaradır”
M.İbrahimov
- “Hər bir xalqın və bütün bəşəriyyətin səadəti ancaq
sülhdədir, qardaşlıq və birlikdədir”
M.İbrahimov
Kitabxanalarda M.İbrahimovun anadan olmasının 100
illiyi ilə əlaqədar olaraq hər hansısa bir əsərinin icmalını
keçirə bilərik. Məsələn ədibin “Böyük dayaq” əsərini
götürək.
Aparıcı:
Əziz tədbir iştirakçıları bu əsərdə bir- birini təmiz
məhəbbətlə sevən iki gəncin həyatından, zəhmətkeş
insanların işində möhkəm, əsil azərbaycanlı ailəsindən
söhbət açılır. Burada öz zəhmətini, təmiz adını hər şeydən
uca tutan insanlarla tanış oluruq. Əsərdə bütün
müdaxilələrə baxmayaraq məhəbbət, haqq-ədalət qalib gəlir.
Kitabxanaçı icmalı bu yerdə saxlayaraq oxuculara müraciət
edir:
Əziz oxucular əyər siz əsərdə cərəyan edən bütün
hadisələri bilmək, iki gəncin təmənnasız məhəbbətinin
sonunu öyrənmək və əsil azərbaycan kəndi, onun
zəhmətkeş, mərd insanları ilə tanış olmaq istəsəniz bu
gözəl əsəri oxuyun.
Bundan başqa ictimai xadim, gözəl romanlar,
publisistik və samballı elmi əsərlər müəllifi M.İbrahimovun
həyat və yaradıcılığını bu günkü gənc nəslə tanıtmaq,
sevdirmək üçün kitabxanalarda sual-cavab gecəsi də
keçirilə bilər.
Sual-cavab gecəsini aşağıdakı suallar ətrafında təşkil
etmək olar:
-
M.İbrahimov neçənci ildə və harada anadan olmuşdur?
-
Yazıçı neçənci ildə və hansı əsəri ilə bədii yaradıcılığa başlamışdır?
-
M. İbrahimovun hansı əsərlərini oxumusunuz?
-
Hansı romanı üzrə kino çəkilmişdir?
-
Teatr səhnəsində hansı əsərləri oynanılıb?
-
Hansı fəxri adlara layiq görülüb?
-
Əsərlərində xöşunuza gələn qəhrəmanlar?
-
Neçənci ildə və harada vəfat edib?
-
M.İbrahimov yaradıcılığının bu günkü gənclərin
tərbiyəsində rolu?
-
Sovet dövründə yaşayıb yaratmış məşhur Azərbaycan
yazıçı və şairlərdən kimləri tanıylrsınız?
Kitabxanalarda keçirilən samballı tədbirlərdən biri də oxucu
konfransıdır. Konfransı belə adlar altında keçirmək olar:
“Mirzə İbrahimovun yaradıcılığında səhnə əsərləri”, “Xalq
yazıçısı Mirzə İbrahimov”“ Samballı romanlar müəllifi vəs.
Bu tədbiri keçirmək üçün kitabxanaçı ayrıca proqram tərtib
etməlidir. Proqramda keçirilən tədbirin adını, giriş sözü ilə
və başqa çıxış edəcək şəxslərin adını göstərməli
dir. Proqramda tədbirin keçirildiyi yer, vaxt qeyd
edilməlidir. Əsasən tədbirin çox vaxt aparması üçün deyil,
məzmunlu və maraqlı keçməsi üçün çalışmaq lazımdır.
Konfransa hazılıq 1,5 aya qədər davam edə bilər.
Konfransa hazırlaşarkən çıxış edəcək hər bir oxucunu
hazırlaşmaq üçün kitabla təmin etməlidir. Ümumiyyətlə
kitabxanaçı konfransa hazırlaşərkən oxucularla daima əlaqə
saxlamalı, onların çıxışlara nə vaxt hazır olacaqlarını bilməli
və yalnız bundan sonra tədbirin vaxtını təyin etməlidir.
M. İbrahimovun ədəbi irsinin təbliği üçün keçirilən
oxucu konfransının daha maraqlı keçməsi üçün məruzə və
çıxışlara qabaqcıl ziyalıları, yazıçının yaradıcılığı ilə
yaxından tanış olan insanları cəlb etmək lazımdır. Konfrans
keçirilərkən protokol tərtib edilir və məruzəçilərin
çıxışlarının mətni kitabxanada saxlanılır.
Kitabxanalarda daha çox oxucunu əhatə edən
tədbirlərdən biri ədəbi-bədii kompazisiyadır.
Vəsaitdə M. İbrahimovun yaradıcılığının təbliğı ilə
əlaqədar olaraq keçirilən “Görkəmli ədib”adlı ədəbi-bədii
kompazisiyanın ssenarisini sizə təqdim edirik:
Aparıcı səhnəyə daxıl olur:
Salam əziz tədbir iştirakçıları və hörmətli qonaqlar!
100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz görkəmli xalq yazıçısı M. İbrahimovun yaradıcılığına həsr etdiyimiz bu
tədbirdə hər birinizi xoş gördük.
M. İbrahimov yaradıcılığı oxucular tərəfindən sevilən,
oxunan yaradıcılıqdır.
II Aparıcı:
Mirzə İbrahimov xalqının yazıçısı olaraq düşünən və
düşündürən yazıçıdır. Yazıçı Azərbaycan xalqına zəngin
bir irs qoyub getmişdir. Ədibin xalqımızın tarixi
keçmişindən, həyatından bəhs edən əsərləri bu gün də
sevilə-sevilə oxunur.
I Aparıcı:
M.İbrahimovun həyatı zəngin və çoxsahəlidir. Onun
yaradıcılığından, ictimai fəaliyyətindən söz açan xalq
yazıçısı İ Şıxlı yazırdı: “M. İbrahimov bir sənətkar və
ictimai xadim kimi geniş, əhatəli fəaliyyəti mənə fransız
maarifçiliyini xatırladır.
O da ensklopedistlər kimi, hər şeydən əvvəl öz xalqına yeni
söz demək, yeni fikir aşılamaq istəyir”.
II Aparıcı:
İndi tədbirimizdə iştiraki edən hörmətli qonaqlardan birinə
söz verək
I Aparıcı:
M. İbrahimov şəxşiyyət idi, özü də çox təmkinli şəxsiyyət
idi.
Ömrünün müdrik çağlarından dönüb arxaya boylananda
bəlkə nəyəsə təəssüflənməyi olub,hansı əsərisə
tamamlamayıb, hansısa işi yarımçıq qoyub amma heç vaxt
özünə xas olan təmkinini pozmayıb, həmişə çalışıb ki
tərəflər arasında sülh olsun.
I Oxucu:
Vətənimin hüsnü əzəldən məni valeh eləmiş
Ey gözəllər! Bilin o təkcə nigarımdır mənim
Bir bütə səcdə qılır dünyada hər kəs inanın
Məbədim,səcdəgahım doğma diyarimdır mənim.
II Oxucu:
Min səadət dilərəm hər elə hər xalqa müdam,
Bir günəşdir nəzərimdə yaradan hər insan.
Eşqi, ilqarı təmiz yurduma oldum heyran,
Xoş günüm,xoş nəfəsim cismidə canımdı mənim.
II Aparıcı:
Görkəmli ədib Azərbaycan ədəbiyyatına bütün ömrü boyu
göstərdiyi xidmətlərə görə Azərbaycan yazıçılar birliyinin
üzvü, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Elmlər
Akademiyasının akademiki, SSRİ dövlət mükafatı
laureatı, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru
mükafatı laureatı, Azərbaycanın əməkdar İncəsənət Xadimi,
Sosialist Əməyi qəhrəmanı kimi fəxri ad və mükafatlara
layiq görülmüşdür.
M.İbrahimov, hər şeydən əvvəl şərəflə, vətən sevgisi ilə
yaşayan zəhmətdən yorulmayan bir şəxsiyyət kimi
insanlara təsir edib.
Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox
xarici dillərə tərcümə olunub.
I Aparıcı:
Xalq yazıçısı M. İbrahimov 1932 ci ildən partiya və
hökumətin tanınmış adamı kimi böyük vəzifələrə irəli
çəkilmişdir. Böyük ədib şəxsiyyəti, insanlığı və ziyalılığı ilə
hər kəsin dərin hörmət və məhəbbətini qazanmışdır.
II Oxucu:
Gəncliyim bir quş oldu, havaxt uçdu bilmədim
Budaq-budaq gəzirəm tapa bilmirəm onu.
Şirin bir yuxu kimi gəldi keçdi o günlər.
Xəyal etməzdim əsla gəncliyin də var sonu.
II
Gəzərdim ehtiyacdan qayğılardan aralı,
Bilməzdim yuxusuzluq, yorğunluq, aclıq nədir.
Dağları, qayaları oynadardım yerindən
Bilməzdim ki, cavanlıq misilsiz xəzinədir.
I Aparıcı:
İstedadlı yazıçımız M İbrahimovun “Cənub hekayələri”, və
“Gələcək gün”əsərləri onun şah əsərlərindəndir.
Bu günün özündə də o əsərlər öz vətənpərvərlik missiyasını
uğurla yerinə yetirirlər.
M. İbrahimovun “Pərvanə” romanı klassik Azərbaycan
romanının ən möhtəşəm nümunələrindən biri və bəlkə də
birincisidir.
Azərbaycan dilinin həm rəsmi həm də bədii incəliklərini
öyrənməyə gələndə də ilk müəllimlərdən biri elə
M.İbrahimovdur.
II Aparıcı:
Ədibin yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları
ilə bölüşmək üçün söz qonağa verilir.
M.İbrahimov Azərbaycan xalqının qürurudur. Orta
nəslin nümayəndələri demək olar ki, onun əsərlərini
oxuya-oxuya püxtələşib.
İstedadlı yazıçımızın əsərləri bu günkü müasir oxucuların
da zövqünü oxşayır, əsərləi yenə də sevilə-sevilə oxunur.
İnanırıq ki, bu gələcəkdə də belə olacaq.
Sonda M. İbrahimovun həyat və yaradıcılığını əks etdirən
sərgiyə baxış keçirilir,
Tədbir iştirakçıların fəallığı ilə başa çatır.
Ədəbiyyat siyahısı
Mirzə İbrahimovun əsərləri
-
Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh
-
Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115, səh
-
Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107,səh
-
Həyat(pyes). Bakı: Azərnəşr, 1938 ,110,səh
-
Böyük demokrat(Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939,160 səh
-
Həyat və əbədiyyat. Bakı, Azərnəşr 1947,213 səh
-
Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh
-
Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157, 213 səh
-
Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh
10.Gələcək gün.Bakı, Azərnəşr, 1951, 753 səh
11. Seçilmiş əsərləri(dörd cilddə). I c. Bakı: Azərnəşr
1954, 406səh
12.Seçilmiş əsərləri(dörd cilddə) Iic. Bakı: Azərnəşr,
1954, 323 səh
13. Gələcək gün. Bakı: Azərnəşr,1956, 622 səh
14. Seçilmiş əsərləri(dörd cilddə) IIIc Bakı: Azərnəşr,
1956, 622 səh
15. Azərbaycan dili( məqalələr). Bakı: SSR EA Nəşriyyatı,
1957, 74
16. Böyük dayaq(roman). Bakı: Azərnəşr,1958, 582 səh
17. Sarı sim (xatirələr,məqalələr,oçerklər). Bakı: Azərnəşr,
1958, 301 səh
18. Mədinənin ürəyi(hekayələr). Bakı: Uşaqgəncnəşr,
1961, 213 səh
19. Xəlqilik və realizm cəbhəsindən(məqalələr). Bakı:
Azərnəşr , 1961, 524 səh
20. Böyük şairimiz Sabir. Bakı: Azərb.SSR EA Nəşriyyatı,
1962, 38 səh
21. Murovdağın ətəyində(hekayələr). Bakı: Azərnəşr, 1964,
93 səh
22. Ədəbi qeydlər.Bakı: Azərnəşr, 1970, 299 səh
23. Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh
24. Seçilmiş əsərləri(dörd cilddə) IVc. Bakı: Azərnəşr.
1972, 455 səh
25. Əsərləri (10 cilddə). Ic. Yazıçı, 1978, 512 səh
26. Əsərləri (10 cilddə). IIc. Yazıçı, 1978, 504 səh
27. Əsərləri (10 cilddə). IIIc. Yazıçı,1979, 592 səh
28. Əsərləri (10 cilddə) IVc. Yazıçı, 1979, 506 səh.
29. Əsərləri (10 cilddə) Vc. Yazıçı, 1980, 339 səh
30. Əsərləri (10 cilddə) VI c. Yazıçı, 1981, 376 səh
31. Əsərləri (10 cilddə) VII c. Yazıçı, 1981, 332 səh
32. Əsərləri (10 cilddə) VIII c. Yazıçı, 1981, 303 səh
33. Əsərləri (10 cilddə) IX c. Yazıçı, 1982, 664 səh
34. Əsərləri (10 cilddə). X c. Yazıçı, 1983,507 səh
35. Pərvizin həyatı(hekayələr və povestlər). Bakı:
Yazıçı, 1975,248 səh
36. Pərvizin həyatı (povestlər və hekayələr). Bakı:
Gənclik, 191981, 251 səh
37. Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh
38. Gələcək gün (roman). Bakı: Gənclik,1973, 586 səh
39. Gələcək gün(roman) Bakı: Maarif,1984, 472 səh
40. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı 552 səh
41. Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı:
Gənclik, 1986, 336 səh
42. Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr,
197 səh
Tərcümələri (ruscadan)
-
N.Q. Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında
Roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
-
N.Q. Çernışevski. Nə etməli (Yeni adamlart haqqında söhbətlər, poman). Bakı: Gənclik, 1974, 536 səh
-
Ş Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh
Haqqında olan ədəbiyyat
-
Quliyev E. M. İbrahimov: Ədəbi-estetik görüşlər və
sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997,96 səh
2. Tənha müəllimin son səfəri. Azərbaycan qazeti,
1994, 2 fevral.
3.Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin
sərəncamı. Azərbaycan qəzeti, 1996,6 fevral.
-
Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002,
16 yanvar
İnternetdə
WWW. anl.az
WWW.wikopedia.orq.
Filimoqrafiya
-
Böyük dayaq (film, 1962)
Tərtib edən:
Əhmədova Şahnaz :
MKS-nin Metodiki İşlərin təşkili
şöbəsinin böyük metodisti
Rəy verən :
Qədimova Fəridə:
MKS-nin direktor müavini
Kompyüterdə yığan:
Əhmədova Şahnaz
Kompyüter dizaynı:
Abbasova Leyla
Dostları ilə paylaş: |