Dizel generatoru (25 KVA 0.4 kV-luq,AVR sxemi iləbirlikdə və avtomatik sistemə qoşulan)
1. Generatorun çıxışında olan nominal güc 25 kVa
2. Rezerv gücü 28 kVa
3. Əsas rejimdə nominal cərəyan 36A
4. Güc əmsalı cosφ ≥ 0.8
5. İzolyasiya sinifi H
6. Generatorun çıxışında gərginlik 230/400V. Gərginlik yükdən aslı olaraq avtomatik tənzimlənməli (AVR) və sabit qalmalıdır.
7. Generator sinxron 3 fazlı
8. Səsboğucu kabini olsun
9. Tezlik – 50 Hs
10. Dövrlər sayı 1500 d/d
11. AVR şkafı ilə birlikdə. AVR şkafı şəbəkədə gərginlik itən zaman ehtiyyat qida mənbəyinin sistemə qoşulması üçündür.
12. İdarə etmə paneli ( İEP ) 3-cü dərəcəli avtomatlaşdırılması ilə olsun.
13. Mühərrikin gücü – 36 at gücü
14. Yanacaq növü – dizel
15. Soyutma sistemi – maye və yağla
16. Mühərrikin karterinin qızdırma sistemi olsun.
17. Aşağıda göstərilən qəza vəziyyətlərində mühərrik söndürülmə sistemi ( İEP ) ilə təmin edilsin:
- Yağın təzyiqinin aşağı olmasından
- Soyutma mayesinin yüksək temperaturda olmasından
- Yanacağın və soyutma mayesinin səviyyəsinin aşağı düşməsindən
- Generatorun çıxışındakı müəyyən olunmuş gərginliyin yüksək və aşağı olmasından
- Generatordan alınan cərəyan tezliyinin yüksək və aşağı olmasından
- Generatorun çıxışındakı müəyyən olunmuş cərəyan şiddətinin yüksək olmasından
18. Mühafizəsi – İP 43
19. İstehsal ili 01.04.2017-ci il tarixindən əvvəl olmasın.
20. Azərbaycan Respublikasında servis xidməti olsun.
21. Texniki sənədlər Azərbaycan və ya Rus dillərinə tərcümə edilsin.
22. İlkin işə buraxılması firmanın mütəxəssislərinin texniki rəhbərlyi altında həyata keçirilsin.
23. Texniki zəmanət 18 ay olsun.
24. Zəmanət vaxtı texniki qulluq firma tərəfindən təmin olunsun
|