11
Beləliklə, dünyanın kəşfi və dəniz yollarının intensivləşməsi Qərbi Avropanın
inkişafına geniş vüsət verirdi. Beləki, o vaxt quru yollarla daşınan yükdaşımalar 2 dəfə
artdığı halda, dəniz daşımaları 5-10 dəfə çoxalmışdı. 1500-1700-cü illərdə xarici
ticarətin həcmi 3-5 dəfə, o cümlədən Şərq və Qərb ölkələri ilə 15 dəfə artmışdır.
Bütün bunlara baxmayaraq, qeyd edilən kimi Avropada qiymətli metallar – qızıl
və gümüş (ticarəti genişləndirmək üçün) kifayət etmirdi. Ona görə də Asiya
bazarlarına rəqabət qabiliyyətli mallar çıxara bilmirdilər. Şərq ölkələrində işçi qüvvəsi
ehtiyatı da güclü idi. Demoqrafiya amilinin üstün olması fərdi ustalığın – qabiliyyətin
inkişafına zərurət yaradırdı.
Geniş coğrafi kəşflər və müstəmləkə siyasətinin artması nəticə etibarilə
beynəlxalq əmək bölgüsünə və dünya bazarının yaranmasına səbəb olmuşdur. Belə ki,
dənizçilikdən istifadə dünyanın ayrı-ayrı hissələri ilə əlaqə saxlamağa imkan verirdi.
Müstəmləkə sahibkarlığı isə həmin ucqar yerlərdən təsərrüfatçılıq kimi istifadə etməyə
zəmin yaradırdı. Beləliklə, bu iki cəht beynəlxalq mübadilənin genişləndirilməsi üçün
ə
sas təşkil edirdi.
Elə həmin dövrlərdə dünya təsərrüfat əlaqələrinin artması beynəlxalq kreditin
meydana gəlməsinə səbəb olmuşdur.
Kəşf olunmuş torpaqlardan Avropaya külli miqdarda qızıl və gümüş
gətirilmişdir. XVI əsrdə Avropada qızıl ehtiyatı təqribən 550 tondan – 1192 tona,
gümüş ehtiyatı isə 7 min tondan – 214 min tona çatmışdır. Cəmi sərvətin və məhsuldar
kapitalın quruluşunda da dəyişikliklər baş verirdi. XI-XIII əsrlərdə canlı əmək əsas
götürüldüyü halda, XVI əsrdə o, əsas kapitalla əvəzlənirdi, nəqliyyat vasitələrinin,
energetikanın inkişafına üstünlük verilirdi. Bütün bunlar məhsuldar qüvvələrin
inkişafına zəmin yaradırdı.
Ş
imali-Qərbi Avropada hər nəfərə düşən ÜDM 1000-1300-cü illərdə 50-60%,
1300-1500-cü illərdə 5-10%. 1500-1800-cü illərdə isə 45-55% artmışdır. Qeyd etmək
lazımdır ki, bunlara baxmayaraq, hələ XV əsrdə də hər nəfərə düşən ÜDM-ün həcminə
12
görə Avropa dövlətləri qabaqcıl Şərq dövlətlərindən (xüsusilə Çindən) geri qalırdı.
Müəyyən mülahizələrə görə 1500-cü illərdə, digər mülahizələrə görə isə XVI əsrin
ikinci yarısından Qərb iqtisadi inkişaf baxımından Şərqə çatmış və onu qabaqlamışdır.
O vaxtdan da üstün mövqeyi öz əlində saxlayır.
XVI əsr Qərbi Avropanın iqtisadi tarixində dönüş dövrü olmuşdur. lkin kapital
yığımı əsri başlanmışdır. Kəndlilər torpaqlardan qovulur, müstəmləkə talançılığı
güclənir, sənayenin inkişafında gözə çarpacaq nailiyyətlər əldə edilirdi. Sənayenin
inkişafı toxuculuq sənayesində özünü daha çox büruzə verirdi. Əvvəllər Florensiyada,
sonra ngiltərədə manufaktura əsasında yun parça istehsalı artırdı. Bu əmək bölgüsünə
və əl ilə işləyən texnikaya əsaslanan müəssisələr adi sənətkarlığa nisbətən əmək
məhsuldarlığını xeyli artıra bilmişdilər. ri istehsal yaratmaq üçün çoxlu işçi qüvvəsi
lazım gəlirdi (xırda sənət sexləri, emalatxanaları öz müstəqilliklərini saxlamağa
çalışırdı).
Ona görə də kəndli torpaqları zorla onların əlindən alınırdı. Bundan əlavə onlar
müharibələr, müstəmləkəçilik, qul ticarətindən istifadə, dəniz quldurluğu və s.
vasitəsilə öz iqtisadi vəziyyətlərini gücləndirirdilər.
span müstəmləkəçiləri Latın Amerikasını zəbt edərək yerli əhalini pis günə
salırdılar. Eyni ilə Şimali Amerika müstəmləkəçiləri də XVII əsrdə orada yaşayan 2
milyonadək hinduları var-yoxdan çıxarırdı. Hindu tayfalarını məhv etdikdən sonra
Afrikaya üz tutmuşdular. XVI əsrdə kapitalist istehsalı üçün böyük əhəmiyyət kəsb
edən qul ticarəti başlamışdı. Qullardan istifadə etməklə plantasiya (tarla) təsərrüfatları
yaradılırdı. 1870-ci ilin məlumatına görə Afrikadan Amerikaya 10 mln. qul
gətirmişdir. 1680-1775-ci illərdə britaniyalılar Afrikadan Vest-Hind ticarət
kompaniyasına 3 mln. qul gətirmişdilər.
Qərbin bəzi ölkələri (Britaniya, spaniya, Fransa, Hollandiya və s.) üçün o
dövrdə dəniz quldurluğu da böyük əhəmiyyət kəsb etmişdir. Əsasən müstəmləkə
ölkələri talan edilirdi.
13
lkin kapital yığımı ilə bağlı tədbirlərdə himayədarlıq siyasəti də diqqəti cəlb
etməyə bilməz. Burada, xüsusilə, qeyd etmək lazımdır ki, ngiltərə heç də azad bazarla
ticarət ağalığına nail olmamışdır. A.Smitin sonralar yaranan Fritrederçilik ideyası
Britaniya
sənaye
kapitallarını
və
iqtisadi
siyasətçilərini
o qədər
də
maraqlandırmamışdı. Rəqabətdə qalib çıxmaq üçün hər cür vasitələrdən istifadə
edilmişdi.
Belə ki, XVI-XVII əsrlərdə xaricdən gələn hazır məmulatlara çox yüksək
gömrük haqqı müəyyən edilirdi. Ərzaq məhsulları xammalının ixracı qadağan
edilmişdi.Bu tədbirlər 1820-ci illərədək qüvvədə qalmışdır. Məsələn, pambıq parçadan
olan mallara tədbiq edilən gömrük rüsumu onun dəyərinin 75%-i, kətan parçaya isə
183% tətbiq edilirdi.
Beləliklə, yığılmış müəyyən vəsait Qərbin bəzi ölkələrində xarici ticarətin
inhisarlaşmasına zəmin yaradırdı. Britaniyada Afrika və Yaxın Şərq ilə olan bütün
ticarəti Ost-Hindin, Türkiyənin və Afrikanın ticarət kompaniyalarının əlində
cəmlənmişdir.
Həmin Ost-Hind kompaniyasının XVII əsrdən 1813-cü ilədək əsasən Hindistan
və Çin ilə ticarət etmək hüququna malik idi. Bütün XVIII əsr ərzində Hindistanın bəzi
torpaq sahələrini zəbt etmişdir. Aydındır ki, əlavə gəlir əldə etmək üçün vəsait də
xərcləmək lazım gəlirdi. Odur ki, XVI-XVIII əsrlər məhsuldar xərclərin artırılması ilə
də səciyyələnə bilər. Həmin vaxtlardan bayram günlərinin sayı azaldılmış, illik iş
saatlarının sayı artırılaraq 2700-2800 saata çatdırılmışdır (XVII-XVIII əsrlərdəki
2400-2600 saata qarşı).
XVIII əsrin axırlarına Qərb ölkələri iqtisadi inkişaf səviyyəsinə görə artıq Şərqi
1,6-1,8 dəfə ötmüşdür. Bəzi mülahizələrə görə isə hər nəfərə düşən məhsulun həcminə
görə Qərb ancaq XIX əsrin əvvəllərinə Şərqə çata bilmişdir.
Deməli, belə qənaətə gəlmək olar ki, Şərqin inkişaf etmiş ölkələrində hərtərəfli
istehsal sahələri mövcud olmuşdur. Alqı-satqı, muzdlu əmək münasibətlərini
Dostları ilə paylaş: |