26
nəzərə alınması təklif olunurdu. Bütün bunlar son nəticədə daha realist və universal
BƏB modelinin qurulmasına öz müsbət töhvəsini vermiş oldu.
Müasir dövrdə BƏB-in daha da dərinləşdirilməsi həmçinin modernizasiyası və
beləliklə də B M-in inkişafının yeni mərhələlərə qaldırılması üçün yeni
təkliflər,ideyalar, nəzəriyyələr irəli sürülür. Bu ideyaların əsas mahiyyəti ondan
ibarətdir ki, inkişaf etməkdə olan ölkələrə süni maneələrin ləğv edilməsi,
proteksionizm siyasətindən imtina etmək, iqtisadiyyata xarici investisiyaları geniş
surətdə cəlb etmək məsləhət görülür.
Qərb iqtisadçılarının və siyasətçilərinin “Cənubun, yəni EOÖ-in proteksionizm
siyasətini yumşaltmaq çağırışlarına cavab olaraq “cənublular” da inkişaf etmiş
“şimal”dan eyni addımların atılmasını, həmçinin bəzi əlavə imtiyazlar tələb edirlər.
Qərb iqtisadçılarının nöqteyi-nəzərincə “təzə” və “modernləşdirilmiş” BƏB
ideyalarının əsas praktiki mahiyyəti EOÖ-in yeni sahəvi ixtisaslaşmasını təmin
etməkdir. EOÖ-in tələbini ödəmək məqsədilə ixracına istiqamət olmaq təklif edilir.
EOÖ öz növbəsində qüvvələrini iqtisadiyyatın yüksəkixtisaslı əməyin və ETT-nin
nailiyyətlərinin intensiv istifadə edildiyi sahələrində cəmləşdirməlidirlər. Lakin
aydındir ki, bu əksər EOÖ-in strateji maraqlarına uyğun gəlmir.
Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, istənilən dövlətin B M-də
iştirakı məsələsini bu və ya digər aspektdən araşdırarkən nəzərə almaq lazımdır ki, hər
bir dövlətin burada müəyyən istiqamətdə iştirakının obyektiv əsasını BƏB təşkil edir.
BƏB ona görə təşəkkül tapmışdır ki, istənilən ölkə çərçivəsində tələb olunan
ə
mtəələrin bütün nomenklaturasının istehsalını yüksək texnoloji səviyyədə təmin
etmək praktiki cəhətdən qeyri-mümkündür. Ona görə də ölkələr müəyyən üstünlüyə
malik olduqları sahələrdə ixtisaslaşmış və həmin məhsulları ixrac etmişlər. Üstünlüyə
malik olmadıqları sahələrin məhsullarını isə onlar idxal etməyə başlamışlar. Nəticədə
ayrı-ayrı ölkələrin BƏB sistemində müxtəlif istiqamətlərdə ixatisaslaşmaları
beynəlxalq mübadiləni zəruri etmiş, beləliklə də B M-in əsası qoyulmuşdur.
27
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, ölkənin BƏB-də bir və ya bir
neçə əmtəə istehsalı üzrə ixtisaslaşması və digər əmtəələrin istehsalından imtina etməsi
heç də onun həmin əmtəələrin istehlakından da imtina etməsi demək deyildir. Bu
səbəbdən də ixtisaslaşma və BƏB-də iştirak ölkələri istehsalından imtina edilmiş
ə
mtəələrə olan daxili tələbin ödənilməsi üçün milli sərhədlərdən kənara çıxmağa vadar
edir və bununla da B M-in təşəkkülü, inkişafı üçün ilkin ünsürlər formalaşır.
Digər tərəfdən BƏB-də iştirak etmək ölkələrə öz istehsal güclərini və iqtisadi
potensiallarını müəyyən bir sahə, əmtəə üzərində cəmləşdirməyə imkan verir. Ona
görə də həmin sahə, yaxud əmtəə istehsalı üzrə əmək məhsuldarlığı ölkədə sürətlə
yüksəlir, beləliklə BƏB-də hər hansı istiqamətdə ixtisaslaşmaqla çıxış edən ölkə daxili
istehlakı və istehsal tələbini ödəməkdən əlavə məhsul istehsal edir. Belə vəziyyət özü-
özlüyündə artıq qalan əmtəələrin reallaşdırılması üçün dünya bazarına çıxmağa,digər
ölkələrlə B M qurmağa məcbur edir. Həm də təsərrüfat subyektləri özləri bilə-bilə
artıq məhsul buraxaraq həmin əmtəələri dünya bazarında realizə etməklə onlar üçün
zəruri və digər ölkələrdə bol olan əmtəələri əldə edirlər. Müəyyən əmtəə qrupunun
istehsalı üzrə ixtisaslaşmanı dərinləşdirməklə, möhkəmləndirməklə ölkələr özlərinə
lazım olan məhsulları beynəlxalq bazarda həmin əmtəə qrupu üzrə ixtisaslaşmış
ölkələrlə mübadilə etmək vasitəsilə daha ucuz qiymətlərlə əldə edirlər.
Bütün bunlar belə bir fikir söyləməyə imkan verir ki, BƏB B M-in təşkilati
formasıdır.
Nəticə etibarı ilə qeyd etmək olar ki, məhz BƏB-in dərinləşməsi B M-in
inkişafını şərtləndirən ən əsas amildir. Çünki, BƏB B M-in inkişafı üçün ilkin əsas
yaradır.
B M-in özünü isə BƏB-ə əsaslanmış xüsusi fəaliyyət sferası kimi xarakterizə
etmək olar. B M – imkanları, perspektivi və rolu, onun əsas formalarının nisbəti və
inkişaf istiqamətləri BƏB-in dərinləşməsi, onun daha yüksək formalarına keçidlə
28
şə
rtlənmişdir. BƏB ilk növbədə qarşılıqlı asılılıq doğurur, bu isə B M-in daha da
sürətlə inkişafına səbəb olur.
Lakin onu da qeyd etmək lazımdır ki, hazırki dövrdə B M-in coğrafiyası BƏB-
dən əlavə ölkələrin siyasi orientasiyasından da ciddi şəkildə asılılığa düşmüşdür.
Müasir dövrdə beynəlxalq hüquq normalarını pozmuş ölkələrə qarşı ticarət
sanksiyaları və iqtisadi blokada geniş tətbiq edilir (məsələn, raq, Serbiya ilə ticarətə
qoyulan beynəlxalq qadağalar). Şərqi Avropanın da beynəlxalq iqtisadi
münasibətlərinin coğrafiyası II Dünya müharibəsindən sonra onların xarici siyasəti
SSR -nin təsiri altına düşdükdən sonra əsaslı şəkildə dəyişdi, sosialist respublikasına
istiqamətləndi. Əlbəttə, bunu II Dünya müharibəsindən sonra iqtisadiyyatı demək olar
ki, dağılmış SSR -nin müharibə nəticəsində bu və ya digər sahədə müqayisəli
üstünlüklər əldə etməsi ilə izah etmək çox gülünc olardı. Təəssüf ki, bütün bu siyasi
amillər ölkələrin BƏB-də malik olduqları müqayisəli üstünlükləri B M vasitəsilə
vaxtında, dövlətin milli mənafeyinə tam uyğun şəkildə reallaşdırmağa imkan verir.
Hazırda da buna bir çox misallar göstərmək olar. Məsələn, ranın ABŞ-la soyuq
münasibəti ilə əlaqəldar birincinin dünya təsərrüfat əlaqələrindən sıxışdırılması,
həmçinin eyni səbəbdən ABŞ-ın səyi ilə Kubanın, Şimali Koreyanın B M-dən
izolyasiyasını göstərmək olar. Hərçənd, bu halda ran, Kuba, Şimali Koreya
ölkələrinin milli iqtisadi mənafelərinə uyğun olmasını, yaxud həmin dövlətlərin heç bir
müqayisəli üstünlüklərə malik olmadığını söyləmək ən azı “iqtisadi yaxıngörənlik”
olardı. Bütün bunlar nəticəsində B M sisteminin kökündən yenidənqurulmasına
obyektiv tələbin artması onu göstərir ki, təşəkkül tapmış BƏB və ona əsaslanan dünya
təsərrüfat əlaqələri artıq bir qrup ölkələrin, xüsusən də EOÖ-in həm iqtisadi, həm də
siyasi maraqları ilə toqquşmuşdur. BMT tərəfindən səsləndirilmiş fikirlərdə göstərilir
ki, BƏB və B M artıq kor-təbii şəkildə, yalnız rəqabət mübarizəsinin qanunlarının
təsiri altında formalaşdırıla bilməz, bazar mexanizmi dünya iqtisadiyyatı miqyasında
resursların səmərəli inkişafı və istifadəsini təmin edə bilmir. Lakin onu da qeyd
Dostları ilə paylaş: |