vasitəsindən asılı olmayaraq, qısa müddət ərzində səyahət edən
şəxsdir.
Yoxlama suallar:
1.
“Turizm” anlayışını müəyyən edən fərqli yanaşmaları sadalayın
2.
Hüquqi və iqtisadi baxımdan “Turizm” anlayışı və “Turizm” anlayışının 3
meyarı hansılardır?
3.
A.Y. Aleksandrova tərəfindən təklif edilən “Turizm” anlayışının 2 qrupu
hansılardır?
4.
Sistemli analiz baxımından turizmə yanaşmalar necədir?
5.
Turizmi səyahətdən fərqləndirən 5 əlamət və 6 məqsədi sadalayın.
6.
V.A.Kvartalnovun turizmin səyahətdən fərqini göstərən 5 əsas xüsusiyyətlər
hansılardır?
Ədəbiyyat
1. Александрова А.Ю. Международный туризм. M., 2002, 470 с.
2. Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009. 320 с.
3.
Квартальное В.А. Теория и практика туризма. М., 2003, 192 с.
1.2. Turizmdə işlədilən əsas termin və anlayışlar
Dövlətlərin müəyyən iqtisadi maraqları çərçivəsində normativ
aktlarda əks olunan çoxsaylı “turist” anlayışları vardır. Məhz bu
anlayışlar ətrafında mütəxəssislər 50 ildən artıqdır ki, çalışırlar. “Tu
rist” anlayışı ilk dəfə olaraq Millətlər Liqasının Statistika Məsələləri
üzrə Xüsusi Ekspertlər Komitəsi tərəfindən 1937-ci ildə irəli
sürülmüşdür. Xüsusi Ekspertlər Komitəsinə görə müəyyən əraziyə
əmək fəaliyyəti və məşğulluqdan kənar, müvəqqəti gələn şəxslər
turist sayılırdı.
“Turist” anlayışının hərtərəfli təhlilini D.Frextlinq aparmışdır
(1976). O, təhlil nəticəsində 4 əsas meyar irəli sürmüşdür: səyahətin
məqsədi; nəqliyyat vasitələrinin istifadəsinin tipi; ərazidə qalmağın
davamlılığı; qət edilən məsafə. Ümumi qəbul olunmuş qaydaya görə
sonuncu 2 meyar əsas götürülür. Ərazidə qalmağın davamlılığı -
16
BMT-nin tərtib etdiyi anlayış olub, burada turistin getdiyi yerdə 24
saatdan çox və 12 aydan az bir müddətdə olması vacibdir. Bəzi
ölkələrdə (məsələn, ABŞ) məsafə anlayışına önəm verirlər. Belə ki,
ABŞ-da
Turizm
Ehtiyatlarının
Qiymətləndirilməsinin
Milli
Komissiyasına görə evindən işgüzar, əyləncə, şəxsi və ya istənilən
digər məqsədlərlə (iş yerinə getməyi çıxmaqla) 50 mildən çox
məsafəyə uzaqlaşan turist hesab edilir.
E.Köen “turist” anlayışının geniş izahını verən 6 əsas meyar
irəli sürmüşdür (1974): daimilik, könüllülük, istiqamət, məsafə,
dövrlülük (periodiklik) və məqsəd. Ona görə turist - müvəqqəti
səyahətçi adlanır, könüllü olaraq və zövq almaq məqsədilə səyahət
edir və sonda başlanğıc nöqtəsinə qayıdır. Bu anlayış zaman və
məkan sərhədlərinin olmaması kimi çatışmazlıqlara malikdir.
1963-cü ildə Romada keçirilən BMT-nin “Beynəlxalq turizm
və
səyahətlərə
dair”
konfransında “səyahətçi”,
“turist”
və
“ekskursiyaçı” terminlərinin istifadəsi təklif edilmişdir. Konfransda
“daimi yaşamayan və məbləği ödənilən professional fəaliyyətlə
məşğul olmayan ölkəyə gələn, boş vaxtını müalicə, əyləncə, təhsil,
istirahət, dini, idman və ya işgüzar məqsədlərlə keçirən şəxsin turist
adlanması” qəbul olunmuşdur. Yaşayış mühitindən kənarda yerləşən
ərazilərə 12 aydan artıq olmayan müddətdə, eləcə də məvacibi həmin
yerli mənbədən ödənilən fəaliyyətlə məşğul olmamaq məqsədilə
səfər
edənlərə
“səyahətçi”
deyilir.
BMT-nin
konfransında
“səyahətçi” anlayışının istifadəsi statistik məqsədlər üçün tövsiyə
edilmişdir. “Səyahətçi” anlayışının tərkibinə həm “turist”, həm də
“ekskursiyaçı” anlayışları daxildir. Beynəlxalq təşkilatlar tərəfindən
qəbul olunmuş “turist” anlayışı “ekskursiyaçı” anlayışından fərqlənir.
Belə ki, turist - daimi yaşayış yerindən kənarda sutkadan artıq,
ekskursiyaçı isə daimi yaşayış yerindən kənarda sutkadan az vaxt
keçirir.
ÜTT-nin tövsiyələrinə görə xarici hava və dəniz gəmilərinin
heyət üzvləri də turist kateqoriyasına daxildir ki, onlar da səfər edilən
ölkədə yerləşmə vasitələrində bir gecədən az olmamaq şərti ilə
qalırlar. Ekskursiyaçı kateqoriyasına dəniz və
Azerbaycan Respublikası Prezidentinin
kruizlərinin
sərnişinləri (gəminin göyərtəsində yaşayan), xarici hava və dəniz
gəmilərinin ölkəyə bir gündən artıq olmayaraq müvəqqəti gələn
heyət üzvləri, həmçinin birgünlük tranzit səyahətçilər aiddir.
Turist - müvəqqəti olaraq ərazini, yaşayış məntəqəsini, ölkə
və ya regionu zövq almaq və ya müalicə, işgüzar, dərketmə
məqsədilə səyahət edən, vətəndaşlığından, milliyyətindən, cinsindən,
dil və dinindən asılı olmayaraq həmin yerə 24 saatdan az və 12 aydan
çox olmayan müddətə gələn, öz ölkəsindən və ya yaşayış mühitindən
kənarda qalan və bunu fərdi və ya kollektiv yerləşmə vasitələrində ən
azı bir gecələmə ilə reallaşdıran, bu zaman yerli mənbədən haqqı
ödənilən fəaliyyətlə məşğul olmayan şəxslərdir.
“Turizm haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4
iyun tarixli qanunu “turist” anlayışını aşağıdakı kimi müəyyən
etmişdir:
Turist - sağlamlaşdırıcı, dərketmə, tanışolma, professional,
işgüzar, idman, dini və digər məqsədlərlə, haqqı ödənilən fəaliyyətlə
məşğul olmamaq şərti ilə 24 saatdan 12 aya qədər
müddətdə
müvəqqəti olaraq ölkəyə gələn vətəndaşdır.
Turist
hesab
edilməyən
səyahətçiləri
aşağıdakı
xüsusiyyətlərinə görə ayırırlar:
daimi yaşayış yerini dəyişən miqrantlar;
müəyyən yaşama yeri olmayan köçərilər, küçə sərsəriləri
(tüfeyli həyat sürənlər);
qaçqın və məcburi köçkünlər;
məvacibi müvəqqəti olaraq gəlinən ərazidən ödənilən
fəaliyyətlə məşğul olmaq üçün səyahət edən şəxslər;
qastarbayterlər və
frontalyerlər (sərhədyanı
rayonların
sakinləri);
diplomatik strukturların nümayəndələri;
hərbi xidmət məqsədilə səyahət edən hərbiçi və onların ailə
üzvləri;
qeyri-leqal miqrantlar;
müəyyən ölkə və regiondan vətəninə təhvil verilən
məhbuslar;
18
turist səfərlərində qatarlarda gecələyən qrup üzvləri;
turist səfərlərində avtobus salonlarında gecələyən qrup
üzvləri;
kupe və kayutlarda gecələyən gəmi və qatarların heyət
üzvləri;
gələn yerdə gecələyən hava gəmilərinin heyət üzvləri.
Turistlər səyahətdə aktivliyindən və həyat tərzindən asılı
olaraq təsnif edilir. Turistlərin səyahətdə aktivliyindən asılı olaraq 6
qrupa bölünməsi qəbul olunmuşdur:
1. Sakit istirahəti sevən turistlər - gündəlik stressdən azad olmaq
və sakit şəraitdə dincəlmək üçün səyahət edən şəxslər olmaqla,
günəş, qum və dənizə üstünlük verirlər;
2. Zövq almaq istəyən turistlər - istirahət zamanı müxtəlif zövq
axtarışı ilə məşğul olmaqla, yüksək təbəqənin yaşayışına üstünlük
verirlər;
3. Aktiv istirahət edən turistlər - ətraf mühit və təbiəti sevməklə,
bədən quruluşlarına əlavə ağırlıq və güc verir, təmiz havada gəzmək
və hərəkəti üstün tuturlar;
4. İdmanla məşğulluğa üstünlük verən turistlər - aktiv istirahət
edənlərdən fərqli olaraq əsas diqqəti yarışlara verir, onlar üçün idman
əsas xobbi sayılır;
5. Dərketmə və öyrənmə məqsədilə istirahət edən turistlər -
özlərinin təhsil səviyyələrinin yüksəldilməsi və yeni məlumatların
öyrənilməsində maraqlı olmaqla, əsasən görməli yerləri səyahət
edirlər;
6. Macəra həvəskarı olan turistlər - təhlükə, qorxu, qeyri-adi
həyəcan hiss etmək arzusu ilə daima risk altında olmağa üstünlük
verirlər.
Səyahətdə həyat tərzindən asılı olaraq turistlər 4 qrupa ayrılır:
1.
Zövq həvəskarı olan turistlər - istirahətin keyfiyyətinə xüsusi
əhəmiyyət verərək, səyahətə özünün yaxşı tərəflərini göstərmək
vasitəsi kimi yanaşırlar;
19
Dostları ilə paylaş: |