2
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına
Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur
Redaktor:
Y.M.Mahmudov
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
Rəyçilər:
İ.A.Babayev
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
V.H.Əliyev
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
Q. C. Cəbiyev. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, «ġərq-Qərb»,
2010, 616 səh.
Əsərdə erkən orta əsrlərdə Qafqaz Albaniyasında mövcud olan inzibati-
siyasi vahidlərdən birinin - Girdiman vilayətinin tarixindən bəhs olunur. Yazılı
mənbələrin məlumatları, arxeoloji materiallar, qədim toponimlər və etnik-mədəni
reallıqlar əsasında Girdiman ərazilərinin indiyədək güman edildiyi kimi
Albaniyanın qərbində, yaxud da Ģimal-qərbində deyil, ġirvan ərazisində olduğu
əsaslandırılır. Ərazinin təbii-coğrafi xarakteristikası və əhalinin məskunlaĢma
dinamikası verilməklə maddi-mədəniyyət abidələri və təsərrüfat həyatından bəhs
olunur. Girdiman vilayətinin Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni
həyatında yeri və rolu araĢdırılır. Bir sözlə, bu kitab Albaniyanın inzibati-siyasi
vahidlərindən biri olan Girdiman vilayətinin tarixinə həsr olunmuĢ ilk xüsusi
tədqiqat əsəridir.
ISBN 978-9952-448-99-3
© Qafar Cəbiyev, 2010
3
GĠRDĠMANIN GERÇƏK TARĠXĠ
XX əsrin 50-ci illərinədək respublikamızda nüfuzlu albanĢünaslıq məktəbi
hələ formalaĢmadığından antik dövrdə ġimali Azərbaycan ərazisində təĢəkkül
tapmıĢ Albaniya dövlətinin tarixi ilə daha çox Azərbaycandan kənarda olan elmi
mərkəzlərdə məĢğul olublar. Bu səbəbdən də 30-40-cı illərdə SSRĠ xalqlarının
tarixinə dair Moskvada, yaxud da Moskvanın sifariĢi ilə aparılan tədqiqatlar
ermənilərin və onların təsiri altına düĢən ifrat ermənipərəst dairələrin nəzarətində
olub. O illərdə SSRĠ tarixinə dair ümumiləĢdirici əsərlərin Qafqaz Albaniyası
tarixinə dair fəsil və bölmələrinin yazılmasının Moskva tərəfindən məhz
S.T.Yeremyana həvalə edilməsi də buna sübutdur. Təbiidir ki, bu qəbildən olan
əsər və tədqiqatlarda Albaniya tarixinin bir sıra prinsipial məsələləri bilərəkdən,
həm də məqsədli Ģəkildə təhrif olunaraq saxtalaĢdırılmıĢdır. Girdiman tarixi və
Girdiman ərazilərinin lokalizəsi ilə bağlı əvvəlcə SSRĠ tarixĢünaslığında, daha
sonra isə Azərbaycan tarixĢünaslığında özünə yer alan və uzun illər ərzində
tədqiqatçılar arasında çox ciddi polemikaya səbəb olan yanaĢma və ehtimallar da
məhz bu zəmində meydana gəlmiĢdir.
Ötən əsrin 50-ci illərindən baĢlayaraq Azərbaycan albanĢünasları tərəfindən
Albaniya tarixi həm arxeoloji, həm də mənbəĢünaslıq baxımından intensiv surətdə
öyrənilməkdədir. Z.M.Bünyadovun, Ġ.H.Əliyevin, M.X.ġəriflinin, Y.A.Paxomo-
vun, Z.Ġ.Yampolskinin, R.B.GöyüĢovun, C.Ə.Xəlilovun, A.B.Nuriyevin, Q.Ə.Qey-
bullayevin, N.Ġ.Rzayevin, K.H.Əliyevin, T.M.Məmmədovun, S.M.Qazıyevin,
Ö.ġ.Ġsmizadənin, R.M.Vahidovun, F.L.Osmanovun və qeyrilərinin tədqiqatlarında
bu araĢdırmalar xüsusilə geniĢ spektrdə aparılmıĢdır. Bununla belə Albaniyada
mövcud olmuĢ inzibati-siyasi vahidlərdən heç birinin tarixi indiyədək xüsusi
tədqiqat mövzusu olmamıĢdır. Girdiman tarixi barədə isə bu və ya digər əsər və
tədqiqatlar çərçivəsində olduqca yığcam, bir çox hallarda ziddiyyətli məlumatlar
verilməklə kifayətlənilmiĢdir. Bu baxımdan tarix elmləri doktoru Q.C.Cəbiyevin
oxuculara təqdim olunan «Girdiman tarixi (IV-IX əsrlər)» əsəri Albaniyada
mövcud olmuĢ inzibati-siyasi vahidlərdən birinin - Girdiman vilayətinin erkən orta
əsrlər tarixinə həsr olunmuĢ ilk monoqrafik tədqiqat əsəridir.
Əsərdə irəli sürülən və Azərbaycan tarix elmi üçün tamamilə yeni olan bəzi
məqamlar üzərində xüsusi dayanmaq istərdim. Əvvəla Girdiman vilayətinin
lokalizəsi barədə. Məlum olduğu kimi, Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və
mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin lokalizəsi ilə bağlı
tədqiqatçılar arasında bu günədək çox ciddi fikir ayrılıqları mövcuddur. Belə ki,
əksər tədqiqatçılar Girdiman vilayəti ərazilərini Albaniyanın qərbində lokalizə
ediblər. Ġlk dəfə məhz Q.C.Cəbiyev Girdimanın ġirvan ərazisində, daha konkret
desək Ağsuçay, Girdimançay və Göyçay çayları hövzəsində lokalizəsinə dair
mülahizəni bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalıĢmıĢ və
buna müvəffəq olmuĢdur. Koryunun, M.Kalankatuklunun, habelə orta əsr ərəb