məhdud cəhətlərinə görə qarşı tərəf
qəbul etməmişdir.
Məsələn, türk alimi Ziya Goyalpın fikrincə, millət qədim türk
dövlətinin yaranması ilə əlaqədardır25. İslam ideoloqları milləti
ümmət kimi qələmə vermiş, yəni bir dinə inanan adamların
məcmusu kimi başa düşmüşlər. F.Nortrona görə “millət vahid
bir orqanizm kimi fəaliyyət göstərən insan cəmiyyətidir”26.
Keçən əsrdə Avropada millət deyiləndə nə isə yeni bir
cəmiyyətin, insan birliyinin meydana gəldiyini başa düşürdülər.
Millət latın dilində “nationalen” istilahı ilə işlədilmişdir ki, bu
da dağılma, yenidən qurulma kimi başa düşülürdü.
Adam Smit və Con Stüartın əsərlərində millət bir iqtisadi
kateqoriya kimi nəzərdən keçirilirdi27. Yəni millət iqtisadi
əməkdaşlıq münasibətlərində birləşmiş insan qruplarıdır.
Yaxud elə keçən əsrdə bəziləri “millət” adı altında yuxarı
təbəqəni, hakim elitanı nəzərdə tuturdular.
Əsrin əvvəllərində mövcud olmuş müxtəli' sosialist
nəzəriyyələr, xüsusən psixoloji coğrafi cərəyan adlanan
konsepsiya tərəfdarları milləti eyni peşəyə və eyni şüurlu
xüsusiyyətlərə malik olan adamların toplusu kimi nəzərdə
tuturdu.
Azərbaycan alimlərindən Ə.Tağıyevin və M.Şükürovun
yazdığına görə millət eyni cür düşünən, eyni cür hərəkət edən
fərdlərin birliyidir28 *
5
2
. Onlar dil birliyini əsas saymırh.r. Çünki
onun tarixi əsası vardır. Yəhudilər illərlə müxtəlif ölkələrə
dağılmış və içərisində yaşadıqları adamların dillərini qəbul
İb ra h im A ğayev
__________________________________________________________
25 Göyaip Z. Türkçülüyün əsaslan. Bakı: Maarif, 1991, s. 2S
26 Tağıyev Ə.M. Etnik siyasət. Bakı: İnam plüralizm mərkə. i, 1997. s. 12.
27 Yenə orada, s. 13.
2K Tağıyev Ə.M., Şükürov M.A. Elnopolitologiya. Bakı: E m, 2000, s. 114.
2 2
etmişlər. Ona görə də bugünkü İsrail əhalisinin cəmi 5%-nin dili
ivrit dilidir29.
Bir sıra Qərb alimləri coğrafi amilləri ön sıraya çəkirlər.
Məsələn, Ş.Monteskyeyə və C.Lokka görə vahid coğrafi amil
kimi bir ərazidə yaşayan adamlar bir millət kimi qəbul
edilməlidir30. Başqa bir qrup alimlər isə dil amilini əsas
götürürdülər.
Nortron belə hesab edirdi ki, millət - millət olmaq qərarına
gəldikdən sonra meydana gəlir31. Makiavelli və digərləri
millətin yaranması üçün birinci şərt kimi dövlətin yaranmasım
irəli sürürdülər. Yəni dövlət milləti təşkil edir, millət dövləti
təşkil etmir. Bu müddəada müəyyən həqiqətlər də var. Məsələn,
ougünkü Amerikan millətinin formalaşmasında Amerika
dövlətinin rolu əsas olmuşdur. Yəni bu ölkədə yaşayan müxtəlif
millət və xalqlar vahid dövlət birliyi ideyaları zəmini üzərində
birləşmişlər. Ən nəhayət, marksizm bu təriflərin əksəriyyətini
ümumiləşdirərək belə bir nəticəyə gəlmişdir ki, millət insanların
sabit birliyi olub, vahid dilə və iqtisadi həyat birliyinə malik
olan coğrafi ərazi birliyi və mədəni, psixoloji ümumilik
zəminində formalaşmış insan qruplarıdır32.
Qərb
alimlərinin
çoxu
marksizmin
bu
sahədəki
məhdudluğunu onda görürlər ki, onlar vahid coğrafi ərazini və
iqtisadi həyat birliyini əsas amil kimi qəbul edirdilər. Yəni
________________________
M üasir şəraitdə Azərbaycanda m illi-etnik proseslər
24Tağıyev Ə.M., Şükürov M.A. Elnopolitologiya. Bakı: Elm, 2000, s. 115.
111 Demokratiya: Gediləsi uzun bir yol. Antologiya. / Tərtib edən H.Hacıza
də. İctimai və siyasi araşdırmalar mərkəzi, Bakı: «Azərbaycan», 2001,
s. 134.
21 Tağıyev Ə.M. Etnik siyasət. Bakı: İnam plüralizm mərkəzi, 1997. s.l 1
52 Yenə orada, s.10.
\
millət bu əsaslara görə millət hesab olunur33.
Xalqın tədricən millətə çevrilməsi prosesi kapitalizmin
meydana gəlməsi, onun inkişaf mərhələsinə keçilməsi ilə
əlaqədardır. Yuxarıda qeyd etdiyimiz kimi, bu zaman xalqı
millət kimi formalaşdıran mühüm amillərin hər birinin
özünəməxsus rolu aydın nəzərə çarpır. Belə ki, ümumi ərazi,
ümumi dil, ümumi mədəniyyət, ümumi iqtisadi və mənəvi həyat
birliyi milləti birləşdirən, mahiyyətini özündə əks etdirən
mühüm əlamətlərdir.
Qeyd etmək lazımdır ki, ayrı-ayrı millətlərin inkişaf yolları,
meydana gəlməsi, siyasi-mənəvi prosesləri müxtəlif forma və
mərhələlərdə özünü büruzə verə bilər. Şübhəsiz ki, bu proseslər
arasında müəyyən fərqlərin olması da təbii haldır. Məsələn,
azərbaycanlıların, yaxud ukraynahların bir millət halında for
malaşmaları arasında müəyyən fərqli cəhətlər vardır.
Mədəni cəhətlərinin ümumiliyi və şüur birliyi baxımdan öz
genezisinə görə fərqlənən əhali birliyi metaetnik birlik hesab
olunur. Genetik cəhətdən, dil baxımından və yaxud mədəni ya
xınlıq nəticəsində oxşarlıq qazanan və seçilən bu birliklərin də
öz səciyyəsi vardır. Məsələn, Latın Amerikası xalqlarını dil,
mədəni yaxınlıq və s. xüsusiyyətlər birləşdirir. Şimali Qafqaz
xalqları uzun müddət vahid etnoqrafik bölgədə yaşayan və ta
rixən qarşılıqlı mədəni əlaqələr nəticəsində formalaşan birlikdir1.
Baltikyanı respublikaların əhalisi dil baxımından fərqlənsələr
də, ümumi mədəni və oxşar cəhətlərə malik olduqlarına görə bu
İbrah im Ağayev
_______________________________________________________ __
33 Azərbaycan Sovet Ensiklopediyası: VI c. Bakı: Azərnəşr, 1982, s. 564.
2 4
birliyə aid edilə bilər. Dini və mədəni birlik əsasında formalaşan
qruplar da az deyildir34.
Müxtəlif tipli etnik əmələgəlmələr arasında tayfa, xalq və
millətdən savayı iri və inkişaf etmiş ölkələrdə çoxdan məskun
laşmış mühacirlər və ələlxüsus onların törəmələrindən ibarət
keçid etnik qrupları da mövcuddur. Belə etnik əmələgəlmələr
kütləvi mühacirət ölkələri, ilk növbədə, ABŞ, Kanada, Avstra
liya üçün səciyyəvidir35.
Etnosun mahiyyətində diqqəti cəlb edən məfhumlar ara
sında etnik azlıq, milli azlıq, yaxud azsaylı xalq anlayışlarının
olmasıdır. Cəmiyyətin həyatında onların hər birinin özünəməx
sus yeri və rolu var. Professor V.Arzumanlı yazır ki, milli azlıq
lar dedikdə bu və ya başqa ölkədə, dövlətdə, respublikada ya
şayan, ölkəııin, dövlətin, respublikanın əhalisinin çoxunu təşkil
edən millətdən sonra azlıqda qalan hissə nəzərdə tutulur. Məsə
lən, əgər Rusiyada, Ukraynada, Belorusiyada, Gürcüstanda,
Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkələrdə milli azlıq
hesab edilirlərsə, Azərbaycan Respublikasında yaşayan ruslar,
ukraynalılar, beloruslar, gürcülər Azərbaycanda yaşayan milli
azlıqlar hesab olunurlar36.
Çoxmillətli respublikamızda milli azlıqlarla yanaşı azsaylı
xalqlar da yaşayırlar. Bu xalqlar özlərini daim haqlı olaraq bu
ölkənin yerli əhalisi hesab edir, daha sıx yaşamağa üstünlük ve
rirlər. Belə xalqlar azsaylı xalq kimi tanınır. Məsələn, Azərbay
34 Dünya xalqları. Tarixi-etnoqrafik ensiklopedik məlumat kitabı / R.H.Zey-
nalovanın redaktəsi ilə. Bakı: «Azərbaycan ensiklopediyası» NPB. 1998,
s.8.
35 Yenə orada, s.10.
36 Cavadov Q.C. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və
Müasirlik), Bakı: Elm, 2000, s.9.
________________________
M üasir şəraitdə Azerbaycanda m illi-etnik proseslər
25