münaqişələrin yaranması üçün əllərindən gələni əsirgəməmişlər.
Müasir dövrdə xalqların və millətlərin milli oyanışı ölkədə,
eləcə
də
dünyada
gedən
milli-demokratik
prosesin
qanunauyğun nəticəsidir. Milli oyanış, milli özünüdərketmə hər
bir xalqın və millətin ümumi inkişafında mütərəqqi bir
hadisədir. Milli oyanış, milli özünüdərketmə heç də milli
eqoizmə, milli fərdiyyətçiliyə aparmamalıdır. Bu, çox qorxulu
haldır. Çünki milli eqoizmin mövcud olduğu yerdə bütün
mütərəqqi xüsusiyyətlər arxa plana keçir, onların yerini sırf
millətçilik meyllərindən irəli gələn, həm başqa millətlərə və
xalqlara, həm də elə həmin millətin özünə xas olmayan yabançı
xüsusiyyətlər tutur ki, bu da millətlər və xalqlar arasında milli
nifaqın yaranmasına səbəb olur.
Bu haqda respublikamızda 21-24 aprel 1999-cu il tarixində
«Milli özünüdərketmə» mövzusunda keçirilmiş beynəlxalq elmi
kollokviumda ətraflı danışılmışdır74.
Millilik və millətçilik arasında bir addım məsafə olsa da,
məzmun, mahiyyət etibarilə bu məfhumların hər ikisi bir-birinə
ziddir. Öz milli xüsusiyyətlərini saxlayıb, qoruyub inkişaf
etdirmək hər bir xalqın qanuni borcudur. Millilik olmayan
yerdə heç bir özünüdərketmə, kökə qayıdış, milli oyanış ola
bilməz. Lakin bu millilik ifrat millətçilik səviyyəsinə çatdıqda
cəmiyyətdə
xoşagəlməz
bəlalar
törədə
bilər,
xalqları
yaxınlaşdırmaq əvəzinə bir-birindən daha da uzaqlaşdırar,
aralarında milli nifaq, ədavət yarada bilər.
90-cı illərin əvvəllərində Azərbaycanda gedən milli-
demokratik prosesin boğulmasında xüsusi marağı o k n bəzi
74 Milli özünüdərketmə. Beynəlxalq elmi kollekviumun tezisləri. 21 24 aprel
1999-cu il. Bakı: Azərnnşr, 1999, s. 1-260.
ib ra h im A ğ a y e v
_________________________________________________________
qüvvələr
azsaylı
xalqlar
barəsində
antidemokratik,
antihumanist siyasət yeridirdilər. Respublikamızda gah kürd,
gah talış, gah da ləzgi probleminin ortaya atılması bütövlükdə
Azərbaycan dövlətini parçalamaq, qarşıdurmanı gücləndirmək,
müstəqilliyimizi zəiflətmək məqsədi daşıyırdı. Bu işdə xüsusi
marağı olan bədnam qüvvələr çox vaxt Azərbaycan ərazisində
güya həmin xalqların, digər etnik azlıqların hüquqlarının
tapdanmasını, hətta dillərinin, mədəniyyətlərinin inkişaf
etdirilmədiyini, əksinə bu hüquqların onların əllərindən
alındığını, assimilyasiyaya məruz qaldıqlarını iddia edirdilər.
Vətənimizdə yaşayan azsaylı xalqlar azərbaycanlılar kimi
nəinki öz milli mənsubiyyətlərini qoruyub saxlamış, onlar
Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi bütün
hüquqlardan bərabər səviyyədə istifadə etmiş, həm də çox
mühüm
əhəmiyyət
kəsb
edən
başqa
bir
keyfiyyətə
yiyələnmişlər. Hər bir xalq öz milli xüsusiyyətlərini saxlamaqla
bərabər, ərazimizdə yaşayan digər xalqların və millətlərin, etnik
azlığın həyat tərzində, məişətində, adət və ənənəsində,
mədəniyyətindəki bir çox mütərəqqi xüsusiyyətləri əxz etmiş və
onları qarşılıqlı şəkildə inkişaf etdirmişdir. Ümumi birgə
yaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-
birinə daha çox yaxınlaşmışlar. Bunun da nəticəsində
Azərbaycanda yaşayan etnik azlıqların demək olar ki, hamısı
öz müstəqil dillərini, milli-etnik xüsusiyyətlərini saxlamışlar və
bu gün də onları inkişaf etdirirlər.
Demokratik qüvvələrin hakimiyyət başına gəlməsi ilk
vaxtlar Azərbaycanı düşdüyü bu ağır böhranlı vəziyyətdən,
daha doğrusu, parçalanmaqdan xilas etdi. Keçmişdə milli
münasibətlər sahəsində buraxılmış nöqsanların tədricən aradan
_______________________
M üasir şeraitdə Azorbəycanda m illi-etnik proseslər
5 5
5 4
İbrah im A ğayev
qaldırılmasına, bu sahədə müəyyən məqsədyönlü işlərin
aparılmasına, hər bir xalqın, millətin milli inkişaf meyllərinə
qayğı ilə yanaşılmağa başlanıldı. Adi bir həqiqət dərk edildi ki,
respublikanın düşdüyü bu ağır vəziyyətdə millətlərarası
münasibətlərin yaxşılaşdırılmasında təkcə dövlət deyil, həm də j
bütün xalq iştirak etməlidir. Çünki bu sahədə öz sözünü qanun,
fərman şəklində deyən dövlətin siyasətini həyata keçirən
xalqdır. Xalq özü insanlar, millətlər arasında tarixən mənəvi
körpü rolunu oynayır, münasibətlərin tənzimləyicisi kimi çıxış
edir. Bu baxımdan Azərbaycan ərazisində yaşayan xalqlar,
etnoslar və etnik qruplar əsrlər boyu məskunlaşdıqları bu
vahid, ümumi evi birgə qorumalı, saxlamalı parçalanmağa
qoymamalı,
milli
əlahiddəliyə
doğru
çağırışları
yekdil
mövqedən dəf etməlidirlər. Xalqları qarşı-qarş ya qoymaq, süni
ziddiyyətlər yaratmaq məqsədilə törədilən fitnəkarlıq halları
qətiyyətlə ifşa edilməlidir, bu mühüm, dövlət əhəmiyyətli işdə
mütləq xalqların öz qüvvəsindən istifadə ol ırmalıdır.
Fransanın
Azərbaycandakı
keçiri'
fövqəladə
və
səlahiyyətli səfiri Jan Perrən respublikamızda gedən milli-
demokratik
prossesə öz münasibətini
bildirərkən
milli
münasibətləri zəif binaya bənzətmişdir. Onun fikrincə, bu
binanın bir daşı götürülərsə tikili uça bilər.
Lakin bir qədər sonra özlərini demokrat adlandıran bu
qüvvəllər ölkədə elə bir vəziyyət yaratd.lar ki, Azərbaycanın
müstəqilliyi, dövlətçiliyimiz yenidən təhlükə altına düşdü.
Bu dövrdə respublikamızda etnik p insiplərə əsaslanaraq
yaradılan və fəaliyyət göstərən siyasi partiyalar heç də milli
demokratik prosesin üstünlüyü kimi qəiəmə verilməməlidir.
Çünki etnik prinsiplərə əsaslanan parliyaların yaradılması |
5 6
Mü a s ir şəraitdə Azərbaycanda m illi-etnik proseslər
siyasi inkişafda geriyə baxmağın nəticəsi kimi ortaya çıxır.
Dünya dövlətlərinin bu sahədə siyasi təcrübəsinə istinad etsək,
aydın görərik ki, heç bir sivlizasiyalı ölkədə dövlətin
parçalanmasına zəmin hazırlayan, etnik prinsipləri əsas götürən
siyasi partiyanın yaranmasına imkan verilmir. Çünki belə
addım demokratiyaya, milli-demokratik prosesin gedişinə, de
mokratiya ruhuna, başlıcası isə geniş xalq kütlələrinin
hüquqlarına ziddir. ABŞ-ın təcrübəsi göz qabağındadır. Əgər
burada yaşayan milli etnik qruplar, yaxud xalqlar siyasi
partiyaların
yaradılmasında
həmin
prinsipdən
istifadə
etsəydilər, onda ölkəni etnik prinsiplərə əsaslanan partiyalar
bürümüş olardı. Lakin bunun siyasi demokratiyaya zidd bir
hərəkət olduğunu dərk edən Amerika xalqı bu yolla getməmiş,
həm dövlətin gələcəyi, həm də xalqın hüquqları nəzərə
alınmışdır.
Məsələn, XX əsrin 90-cı illərinin əvvəllərində yaradılmış
Azərbaycan Talış Xalq Partiyasının bəyanatında talışçılıq
ideyasının təbliğ olunmayacağı, Azərbaycanda yaşayan bütün
xalqlar arasında həqiqi dostluğun təbliğ ediləcəyi, vahid,
bölünməz, müstəqil Azərbaycan uğrunda mübarizə aparılacağı
fikri irəli sürülsə də, etnik prinsiplərə əsaslanan belə partiyanın
yaranması istər-istəməz hamını narahat etməyə bilmirdi.
Respublika ərazisində yaşayan milli azlıqların, azsaylı xalq
və etnik qrupların ümummədəni inkişafına dövlət səviyyəsində
göstərilən yüksək diqqət, aydın məsələdir ki, millətlərarası
münasibətlərin yaxşılaşdırılmasını istəməyən, xalqlar arasında
ayrı-seçkilik, düşmənçilik toxumu səpən bəzi üzdəniraq,
aııtidemokratik qüvvələr imperiya ambisiyası, habelə yaranmış
qarşıdurmadan öz şəxsi mənafeləri üçün istifadə edən müəyyən
5 7