9
müstəzad, qəsidə, müsəmmət, təştir, tərdiyyə, şərqi, tərcibənd,
tərkibbənd kimi nəzmlə yazılan formaları ilə yanaşı sənədlərin
toplandığı məcmuələr, salnamələr, avtobiografik əsərlər, hekayətlər,
tərcümə və şərhlər kimi nəsr formasında yazılmış əsərlərin də klassik
ədəbiyyatı səciyyələndirən əsərlər olduğu qeyd olunur.
Klassik ədəbiyyatın türk ədəbiyyatından kənarda deyil, məhz onun
daxilində
inkişaf
edərək
nəzəri
və
estetik
bazasını
İslam
mədəniyyətindən almaqla, fars ədəbiyyatının təsiri altında formalaşan,
görkəmli əsərlərin ortaya çıxdığı XIII əsrin axırlarından XIX əsrin
ikinci yarısına qədərki böyük bir dövrü əhatə edən, ərəb-fars sözlərinin
geniş miqyasda istifadə olunduğu bir dil, bir ədəbiyyat nümunəsi kimi
mövcudiyyətini altı əsr davam etdirərək türk ədəbiyyat tarixində
özünəməxsus yer tutduğundan söz açılır.
Hələ M. Kaşqari “Divan”ının yazıldığı dövrlərdən dilə daxil olan
“divan” sözünün zaman keçdikcə divan müəlliflərinin hesabına “Divan
ədəbiyyatı” kimi tanınmağa başlanması və Nabi, Baki kimi görkəmli
söz ustalarının bu ədəbiyyatın nümayəndələri olduğu barədə məlumat
verilir.
Qeyd edək ki, ilk “Divan ədəbiyyatı” nümunələrinə XI-XII əsrlərdə
təsadüf olunsa da, tarixi əsasən XIII əsrə aid edilir. Həmin dövrlərdə
Mövlanə Cəlaləddin Ruminin fars dilində yazdığı “Divani-Kəbir”,
“Məsnəvi”, “Fihi Ma Fih”, Əhməd Fakihin türk dilində qələmə aldığı
“Çarxnamə”, Mövlanənin oğlu Sultan Vələdin yazmış olduğu əsərləri,
Divan şeirinin ən görkəmli nümayəndəsi hesab olunan Dəhhaninin
mənzumələri o dövrü səciyyələndirmək üçün ən gözəl sənət nümunələri
sayıla bilər. Lakin bunlarla yanaşı həmin mürəkkəb dövrün sadə dildə
yazmış məşhur qələm ustalarını, başda isə Yunus Əmrənin adını
çəkməmək olmaz. Bu XIII-XVII əsrlərdə inkişaf edən “Divan
ədəbiyyatı” nın sadə xalqın dilində, daha anlaşıqlı şəkildə yazan
nümayəndələrinin də olduğunu göstərir. Bu eyni zamanda fars şeir
üslubunun dilə nə qədər təsir göstərmiş olsa da, xalq dilinin ədəbiyyatda
ən gözəl şəkildə qorunub saxlanmasına dəlalət edir. Şairin bizə gəlib
çatan “Divan”ı və didaktik əsəri sayılan “Risalət-ün-nushiyə”si fars və
ərəb dillərinin türk dilinə ən güclü təsir etdiyi bir dövrdə yazılmasına
baxmayaraq Yunus Əmrənin dilində ərəb-fars mənşəli sözlərin heç də o
qədər çoxluq təşkil etmədiyini göstərir. Sadəcə bu nümunələri nəzərdən
10
keçirmək kifayətdir ki, XII-XIV əsr türk dilinin sadəliyini təsəvvür
etmək mümkün olsun:
Ben yürürüm yane yane,
Gâh eserim yeller gibi,
Aşk boyadı beni kane,
Gâh tozarım yollar gibi,
Ne akîlem, ne divâne,
Gâh akarım seller gibi,
Gel gör beni aşk neyledi.
Gel gör beni aşk neyledi.
Biz dünyadan gider olduk, kalanlara selam olsun,
Bizim içün hayır dua kılanlara selam olsun.
XIV əsrdə klassik türk ədəbiyyatı artıq Anadoluda geniş yayılmış,
dini, tarixi və əxlaqi mövzularla bağlı yazılan əsərlər çoxlu şeir və
böyük əsərlər meydana çıxmağa başlamışdı. Həmin dövrlərin əlimizə
gəlib çatan nümunələri arasında Aşıq Paşanın “Qəribnamə”, Əhmədinin
“Təvarixi-mülüki ali Osman”, Qazi Bürhanəddinin Azərbaycan türkcəsi
ilə yazılmış qəzəl, rübai və tuyuğlardan ibarət “Divan”ını göstərmək
olar ki, bunlarda türk mənşəli sözlərin çoxluğu, ərəb-fars mənşəli
sözlərdən uzaq olması diqqəti cəlb edir. Şairin Bağdadın müharibələr
nəticəsində dəfələrlə dağıdılıb yenidən inşa edilməsi ilə bağlı yazmış
olduğu mənzuməyə nəzər salaq:
Şol ki kuş tutkan kuşın âzad kılur
Sanma ki dünyada ol az ad kılur
Bağdatnı kim viran kıla bilür
Ol yine bu virani Bağdad kılur.
Bunu həmin dövrlərdə yaşamış, yaxın qonşu Azərbaycan xalqının
yetişdirdiyi dünyaca məşhur şairlərlə müqayisələr də təsdiq edir.
Məsələn, böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığı ilə müqayisələr
görkəmli şəxsiyyətlərin çoxunun yaradıcılıqlarında xalq dilinə
əsaslandıqlarını, əcnəbi dillərdən daha çox xalq dilinə söykəndiklərini
göstərir. Təbii ki, onlar da dövrün tələbləri və aldıqları təhsillə bağlı
ərəb-fars mənşəli sözlərə müraciət etmişlər. Lakin onların yaradıcılığını
izləyərkən həmin sözlərin işlənmə tezliyinin azlığı əyani şəkildə özünü
göstərir. Məsələn, Nəsiminin dilinə nəzər salaq:
Çün bəni Bəzm-i Əzəl’də eylədi ol yâr məst,
Ol cəhətden görünür bu çeşmimə dəyyar məst,
Eşqi sübhânî meyindən vâleh oldı şöylə bil,
Ərş məstü, fərş məstü kövkəbi səyyâr məst.
11
Nəsimi yaradıcılığı da divan ədəbiyyatına daxil edildiyi üçün
onun yaradıcılığında da qeyd etdiyimiz kimi həmin mənbələrdən alıb,
müəyyən məqamlarda istifadə etdiyi sözlər vardır. Məsələn, aşağıdakı
misralarda şair bu ərəb və fars mənşəli sözlərdən istifadə etmişdir:
Mərhabâ xoş gəldin ey rûhi- rəvânım,mərhabâ,
Ey şəkər ləb yârı şîrîn lâməkânım mərhabâ.
Ar. (mərhaba, rûh, lâ, məkân) F (xoş, rəvân, şəkər, yâr, şîrîn)
Tədqiqat özbək şairi Əlişir Nəvainin dilində də bu üsuldan istifadə
olunduğu görülür. Bütün bunları sadalamaqda məqsədimiz “Divan
ədəbiyyatı”nın yaranma səbəblərinə az da olsa işıq salmaq, nüfuz
etmək, onun əhəmiyyətinin nə dərəcədə olduğunu nəzərə çatdırmaqdır.
Bu aspektdə aparılan araştırma ilk növbədə klassik ədəbiyyat
nümayəndələrinin çoxunun öz dilini, ümumxalq dilini necə sevərək
əsərlər ortaya qoyduğunu göstərməklə yanaşı, həm də türk əsilli şair və
nəsr ustalarının öz qələmlərini ərəb və fars dillərində sınamaqla da
tarixdə qalan əsərlər yazdıqlarını göstərdi. Bu ilk növbədə türk
müəlliflərin yaradıcılıq imkanlarının genişliyinə dəlalət edir.
Həmin dövrlərdə yaşayan müəlliflərin hər biri klassik ədəbiyyatın
müəyyən janrında gözəl əsərlər yazdıqlarına görə məşhurlaşmışdılar.
Belə ki, nəsr sahəsində Əhməd Dai, həcv ustası kimi Şeyxi, Əhməd
Paşa, türk atalar sözləri və ibarələrdən geniş istifadə etməsi ilə məşhur
olan Nəcati, yeni ideyalarıyla məşhur olan Zati, sufiliyin təbliğatçısı
Xəyali, zəngin və axıcı şeirləriylə tanınan Nevi, tərkibbəndləriylə
məşhur olan Bağdadlı Ruhi tanınmaqda idilər. Məhz dissertasiya işini
həsr etdiyimiz Nabi də qeyd etdiyimiz mərhələdə, XVII əsrdə yaşamış
və “hikəmi”, yəni türk şeirində fəlsəfi cərəyanın, fəlsəfi məktəbin
əsasını qoyan, banisi sayılan böyük sənətkarlardan olmuşdur.
Ümumiyyətlə, demək olar ki, XVII əsr klassik türk ədəbiyyatında
sadə və rəvan dillə yazan şair və nəsr ustaları çoxluq təşkil edirdi, lakin
bunlarla yanaşı bər-bəzəkli ifadələrdən istifadə etməklə Səbki-Hindi
cərəyanının təsiri ilə şeirdə ərəb və fars sözlərini həddindən artıq işlədən
müəllifləri də görmək mümkün idi ki, bunların da başında Naili və Nabi
dururdu. Yuxarıda qeyd etdiyimiz müəlliflərlə müqayisədə onların
dilinin zəngin olmasına baxmayaraq dövrün türk dilindən xeyli uzaq
olduğu diqqəti cəlb edir.
Yem-î âteş hurûş-ı dilde oldukça sükûn peydâ
12
Eder her dâg-ı hasret tende bir girdâb-ı hûn peydâ (Nâilî)
Zihî hayyât-ı hil’ât-dûz-ı bâzâr-ı hakâyık kim
Kad-i ma’nâyı itmiş câme-i terkîb ile ber-pâ (Nâbî)
I fəslin ikinci yarımbaşlığı “Klassik türk ədəbiyyatının dili və
mövzusu” adlanır. Burada klassik türk ədəbiyyatının yarandığı gündən
yeni mərhələyə qədəm qoyduğu müddət ərzindəki bütün inkişaf
mərhələləri izlənir və həmin mərhələlərdə dilin inkişafı, ədəbi dildə baş
verən dəyişikliklər, türk dilinin inkişaf səviyyəsi, türk sözlərinin
ədəbiyyatda işlənmə tezliyi, dilə daxil olan yabançı ünsürlər və onların
sayı kimi məsələlərdən bəhs olunur. Burada klassik türk ədəbiyyatının
dilinin XI əsrdən XV əsrə qədər digər dillərin təsirindən uzaq, təmiz
türk dili olduğu, klassik türk ədəbiyyatının arealının yalnız Osmanlı
İmperatorluğu ilə məhdudlaşmadığı kimi dilinin də Osmanlıca ilə
çərçivəyə alınmadığı, Xarəzm, Cağatay, Xaqani və Azərbaycan
türkcəsinin də bu ədəbiyyatın inkişafında rolu olduğu, bu dönəmdə türk
dillərinin
bir-birindən
təsirləndiklərindən
bəhs
olunur.
Türk
ədəbiyyatının ilk nümunələrində türk sözlərinin işlənmə tezliyi yüksək
olduğu halda, dilin sonrakı inkişaf mərhələlərində bu faizin hiss olunur
dərəcədə azaldığının, əksinə alınma sözlərin işlənmə faizinin artdığının
müşahidə edildiyi qeyd olunur. Aparılan tədqiqatdan məlum olur ki,
“Atabət-ül Həqayıq”də bu faiz 20, Yunus Əmrənin dilində 13, Aşıq
Paşanın “Gəribnamə”’sində 20, Mevliddə 26, Bakidə 65, Nəfide 60,
Nâbidə isə 54 təşkil edir. Göründüyü kimi, dilə daxil olan yad
ünsürlərin faiz dərəcəsi fars dilinin poeziyada, ərəb dilinin elm,
mədəniyyət və dində hakim mövqe tutması ilə get-gedə yüksəlmişdir.
Mənbələrdən məlumdur ki, hələ İslamiyyətdən çox-çox əvvəl şeir
Ərəbistanda ən inkişaf etmiş janr hesab olunurdu. VII əsrdə farslar
İslamiyyəti qəbul etməklə yanaşı, şeiri də ədəbiyyata gətirib onu inkişaf
etdirərək Şərq aləmində ən yüksək zirvəyə çatdırdılar. Türk klassik
ədəbiyyatı yarandığı zaman fars şeiri özünün ən parlaq dövrünü
yaşadığı üçün bu istər-istəməz qonşu ölkələrə, onların ədəbiyyatlarına
və dilinə təsir etməyə bilməzdi. Məhz Osmanlı Türkcəsi adlanan dil də
bu təsirlərin nəticəsi kimi ortaya çıxmışdı. Digər tərəfdən mədrəsələrdə
də dərslər ərəb və fars dillərində keçirildiyindən həmin dövrlərdə türk
dili, demək olar ki, bu dillərin az qala əsirinə çevrilmişdi. Başqa sözlə
desək, xalq öz ana dilini qorumaqda davam etsə də, yüksək dairələrdə,